USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq hallarını araşdırmağa çağırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

3-07-2023, 21:50

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq hallarını araşdırmağa çağırıb

Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini etiraz aksiyalarının maneəsiz işıqlandırılması üçün şərait yaratmağa və polisin mətbuat nümayəndələrinə qarşı zorakılığını araşdırmağa çağırıb.

İyunun 22-dən etibarən Azərbaycanda polis Azərbaycanın qərbində Söyüdlü kəndində ekoloji etirazları işıqlandıran ən az altı jurnalisti saxlayıb, döyüb, təhdid edib və ya başqa yolla onların işinə mane olub, deyə JMK-nin bəyanatında bildirilir.

KİV-lərin məlumatına görə, iyunun 20-də Söyüdlü kəndində yerli qızıl mədəninə qarşı etirazlar qızışdıqdan sonra polis iyunun 22-dən etibarən kəndə girişi məhdudlaşdırıb, oraya yalnız yerli sakinlərin və hökumətyönlü KİV nümayəndələrinin girişinə icazə verib.

"Azərbaycan hakimiyyətinin davam edən ekoloji etirazların və polisin amansızlıqlarının işıqlandırılmasının qarşısını almaq və beləliklə senzura tətbiq etmək cəhdləri ikrah doğurur və onlara dərhal son qoyulmalıdır", deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib. "Hakimiyyət bütün jurnalistlərin mətbuatda işıqlandırılmalı olan hadisələri işıqlandırmasına icazə verməli və polis tərəfindən mətbuat nümayəndələrinə qarşı zorakılıq və təhdid haqqında bütün bəyanatları açıq şəkildə araşdırmalıdır".

İyunun 22-də Söyüdlüdəki nəzarət-buraxılış məntəqəsində polis "Abzas Media" müstəqil xəbər saytının reportyoru Nərgiz Absalamovanı, "Amerikanın Səsi" yayım şirkətinin Azərbaycan xidmətinin müstəqil reportyoru Nigar Mübarizi və Facebook və TikTok-dakı hesablarında sosial məsələləri işıqlandıran reportyor Elsevər Muradzadəni kəndə buraxmaqdan imtina edib.

Jurnalistlərin sözlərinə görə, reportyorlar başqa yolla kəndə daxil olublar və iki nəfər formalı polis işçisinin və yeddi-səkkiz nəfər mülki geyimli şəxsin onları saxladığını və telefonlarını əllərindən aldığını bildiriblər.

Jurnalistlər zorakılıq tətbiq edilməklə kənddən çıxarılıblar, telefonları yalnız zorla rayon mərkəzinə aparıldıqdan sonra onlara qaytarılıb.

İyunun 22-də Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin əməkdaşları Elməddin Şamilzadəni Söyüdlüdə polis əməkdaşlarının üzləri görünən video yayımladıqdan sonra quruma dəvət ediblər.

Zabitlər hərbi xidmətdən azad olunmasının dəlilini tələb ediblər, baxmayaraq ki, o, 2022-ci ildə universitetdə təhsili ilə əlaqədar 4 il müddətinə möhlət götürüb.
Növbəti gün Bakının Yasamal Rayon Polis Bölməsi Şamilzadəni saxlayıb və videonu silməyi tələb edib. Jurnalist imtina etdikdə üç polis ona fiziki təzyiq göstərib.

Şamilzadə deyib ki, təxminən beş dəqiqəlik huşunu itirib, oyandıqda isə videonu Facebook-dan silib.
İyunun 23-də Bakının Binəqədi Rayon Polis Bölməsi "Söyüdlü"nün baş redaktoru Ülvi Həsənlini Absalamov, Mübariz və Muradzadəni saxlayan iki polisin fotoşəklini Facebook-da yerləşdirdikdən sonra bölməyə dəvət edib.

Polis postu silməyi tələb edib, amma o, imtina edib və dörd saat sonra sərbəst buraxılıb.
Elə həmin axşam ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları Söyüdlüdəki hadisələrlə əlaqədar diplomatik missiyada keçirilən mərasimdə üç Azərbaycanlı fəalın etirazını canlı yayımladıqdan sonra Həsənlini səfirlik ərazisindən çıxarıblar.

Həsənli və fəallar səfirliyin ərazisindən kənarda saxlanılıblar və sonradan sərbəst buraxılıblar.
İyunun 25-də müstəqil "Toplum TV" telekanalının reportyoru Fərid İsmayılov Söyüdlü kəndinə qonşu olan Çovdar kəndinin sakinindən müsahibə götürərkən mülki geyimli iki şəxs ona yaxınlaşıb, özlərini polis kimi təqdim edib və yerli məmurların kənddən reportaj hazırlanmasını qadağan etdiyini bildirərək, onun kamerasını əlindən almağa çalışıb.

Yerli hakimiyyət onu videoreportajları dərc etsə, qohumlarını işdən qovmaqla təhdid edib.
JMK-nin Azərbaycan DİN-ə, Bakı Şəhər Polis İdarəsinə, habelə Yasamal, Binəqədi və Nəsimi rayon polis bölmələrinə elektron məktublarına cavab verilməyib.

ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi JMK-nin elektron poçt vasitəsilə ünvanladığı Həsənlinin səfirlikdən kənarlaşdırılması barədə sorğusuna cavabda bildirib ki: "İyunun 23-də tədbirin yalnız rəsmi hissəsi KİV və çəkiliş üçün açıq idi" və ABŞ səfirliyi etiraz hüququ və söz azadlığı da daxil olmaqla, əsas azadlıqları dəstəkləyir".

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

28-06-2023, 11:36

Gədəbəyin Söyüdlü kəndinə əlavə polis qüvvələri gətirilib

Gündəm / Siyasət / Hadisə / Araşdırma

23-06-2023, 06:53

Jurnalistlər Gədəbəydə polis tərəfindən döyülüb

Gündəm / Sosial / Hadisə / Araşdırma

22-06-2023, 16:46

Söyüdlü kəndində repressiya başladı

Gündəm / Sosial / Hadisə / Araşdırma

22-06-2023, 14:36

Gədəbəyin Söyüdlü kəndinə giriş çıxış məhdudlaşdırılıb

Gündəm / Sosial / Hadisə / Araşdırma

20-06-2023, 18:16

Gədəbəydə "daxili qoşun" xalqı ayaqlar altına salaraq döyüb

Siyasət / Sosial

16-06-2023, 20:41

İsraildəki Azərbaycan diaspor təşkilatı Ermənistanın ekoloji təxribatına etiraz edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-05-2023, 00:19

RATİ Beynəlxalq Mətbuat Azadlığı Günündə bütün tənqidçiləri azad etməyə və ifadə azadlığına çağırış edib

Siyasət / Sosial / Dünya

8-03-2023, 11:10

Gürcüstanda müxalifət yeni etiraz aksiyasına hazırlaşır

Gündəm / Siyasət / Sosial

21-01-2023, 14:22

Laçın-Xankəndi yolunda etirazların 41 günüdür

Gündəm / Sosial

20-12-2022, 18:54

Sülhməramlılarının təminat daşıyan avtomobilləri növbəti dəfə Laçın yolundan maneəsiz keçib

Sosial / Hadisə

27-06-2022, 14:57

Füzulidə minaya düşən.polisin ayağı amputasiya edilib

Hadisə

2-07-2021, 18:33

"Qırmızı Körpü"də gömrük əməkdaşı bıçaqlandı

Son xəbərlər
  • Dün, 18:29
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • Dün, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • Dün, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
  • 13-01-2026, 22:40
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 13-01-2026, 15:05
    Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
  • 12-01-2026, 23:51
    İran prezidenti etirazlara qarşı təşkil olunan hökumətyönlü mitinqdə iştirak edib
  • 12-01-2026, 23:49
    İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
  • 12-01-2026, 21:37
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • 12-01-2026, 17:59
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 17:57
    Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
  • 12-01-2026, 15:58
    Fələstinli yazıçı: “Öz xalqını öldürən hökumət mənim xalqımı azad edə bilməz”
  • 12-01-2026, 15:56
    Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istəyən şəxs saxlanılıb
  • 12-01-2026, 15:53
    Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
  • 12-01-2026, 15:52
    Gəncədə peşə məktəbinin tələbəsi dünyasını dəyişib
  • 12-01-2026, 15:50
    Bakıda iki narkokuryer saxlanılıb
  • 12-01-2026, 15:48
    BMT İranla bağlı təcili iclas çağırıb
  • 12-01-2026, 15:47
    Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib
  • 12-01-2026, 15:45
    Prezident su təchizatı və drenaj sistemləri ilə bağlı müşavirə keçirib
  • 12-01-2026, 15:45
    İranın Milandakı konsulluğunun lövhəsi söküldü
  • 12-01-2026, 15:42
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • 12-01-2026, 15:41
    Pezeşkian təhlükəsizlik qüvvələrini etirazlar zamanı təmkinli davranmağa çağırıb
  • 11-01-2026, 16:40
    İranın Milandakı konsulluğunun lövhəsi söküldü
  • 11-01-2026, 16:38
    İran parlamentinin sədrindən ABŞ-yə sərt xəbərdarlıq
Daha çox
Çox oxunanlar
11-01-2026, 16:29
Beyləqanda azyaşlıya qarşı cinsi zorakılıq — 5 nəfər saxlanıldı
10-01-2026, 15:17
Əraqçi ailəsi ilə qeyri-müəyyən müddətə Livana gedib
10-01-2026, 15:22
Nəsimi Nəbizadənin qardaşı həbs olunub
11-01-2026, 16:38
İran parlamentinin sədrindən ABŞ-yə sərt xəbərdarlıq
11-01-2026, 16:40
İranın Milandakı konsulluğunun lövhəsi söküldü
11-01-2026, 16:25
İranın Londondakı səfirliyində bayraq dəyişdirildi
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
5-01-2026, 20:32
Samir Aşurov aclıq aksiyasını dayandırıb
2-01-2026, 22:02
Nərgiz Absalamova həbsxanadakı bayram hazırlığından yazıb
Sosial
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
Beyin idmanı: Mütaliə vərdişi intellektual səviyyəni necə dəyişir?
İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
Bakıda iki narkokuryer saxlanılıb
Yanvarın 22-də nadir planetlər paradı müşahidə olunacaq

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə