"Hamınız birlikdə qərar versəniz, müxalifət qərar verərsə, mənim geri qayıtmağımın qanuni haqqı var".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili "Facebook"da canlı yayımda söyləyib.
O hesab edir ki, qayıdış müxalifət birliyini pozmamalı və hər kəsi onun üzündən bir şeyin səhv olduğunu düşündürməməlidir.
"Dostlar, həyatım ölkəmə məxsusdur, hamınız birlikdə qərar versəniz, müxalifət qərar versə və mənim gəlməyimlə onlara maneə olmasam, əlbəttə ki, parlament açılanadək uçuşlar var, mövcuddur, qayıtmaq üçün qanuni haqqım var, bilet alacağam, yanımdakıları da gəlmək üçün dəvət edəcəm, amma sizin qərarlarınızı gözləyirəm. Müxalifətin birliyini pozmaq istəmirəm, eyni zamanda bütün instinktlərim və ürəyim mənə bunu etməli olduğumu bildirir.
Ümüd edirəm o zamana qədər mənə maneə ola bilməyəcək qədər gücsüz olacaqlar. İndi su şırnaqlarından istifadə olunub. Şevernadze dövründəkindən daha yaxşı xüsusi qüvvət polisinə sahibdirlər, çünki bunu mən yaratdım. 2007-ci ildə prezidentlikdən istefa etdikdən sonra bu xüsusi təyinatlı qüvvələrdən istifadə edərkən müddətimi bir il yarım azaltmışdım. 2008-ci ildə çətinliklə, ilk turda 2%-lə qazandım və 2012-ci ildə hakimiyyəti dinc yolla təhvil verdim, bu çox vacib bir həqiqətdir",-deyə Saakaşvili qeyd edib.