USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Virusdan ölməkdə davam edən ermənilər və... - GƏLİŞMƏ

Dünya

12-06-2020, 14:31

Virusdan ölməkdə davam edən ermənilər və... - GƏLİŞMƏErmənistan Azərbaycana qarşı apardığı işğalçı siyasətin girovuna çevrilib. Davam edən koronaviris pandemiyası və onun düşmən ölkəyə qonşularla müqayisədə gətirdiyi qat-qat ağır fəsadlar kontekstində indi bunu tam əminliklə söyləmək mümkündür. Aydındır ki, yad torpaqları illərdir nəzarətdə saxlamaq yoxsul ölkənin büdcəsi üçün çəkilməsi müşkül olan bir yükdür. Halbuki bu dəqiqə Ermənistana, Paşinyan hökumətinə hərbi xərcləri artırmaq yox, əksinə, ixtisar etmək və sosial problemlərə yönəltmək hava-su kimi lazımdır. Di gəl, buna getmək Azərbaycan torpaqlarına nəzarəti zəiflətmək deməkdir.

Məsələ də ondadır ki, Ermənistan rəhbərləri gec-tez seçim etməli olacaqlar: ya Azərbaycana, Türkiyəyə qarşı əsassız torpaq iddialarını, işğalçı və pozucu siyasəti davam etdirmək və bu zaman inkişafdan qalmaq, ya da təcavüzkar siyasətə son qoyub əsas qonşularla dinc-yanaşı yaşamaq, onların üstün iqtisadi-maliyyə potensialından faydalanaraq tərəqqiyə qovuşmaq.

Əfsus ki, Ermənistan siyasətçiləri hələ ki onları gözləyən daha fəlakətli sonluğu görməzlikdən gəlirlər. Nəticə nə olmalı idisə, odur: iqtisadiyyat böhran həddə, əhali ac-yalavac durumda və ölkədən səngimək bilməyən kütləvi köç - indi bu köçü yalnız pandemiya səbəbindən sərhədlərin bağlanması əngəlləyib. Müvəqqəti.

*****

Bu fonda işğalçı Ermənistanın müdafiə naziri David Tonoyanın iki gün öncə “ordu quruculuğuna dair yeni konsepsiya”dan, işğalçı ordunu modernləşdirməkdən dəm vurması absurd və gülməli görünür. Axı istənilən bu cür konsepsiya üçün dövlət iqtisadi cəhətcə güclü, maliyyə cəhətcə varlı olmalıdır. Çünki heç bir normal dövlət sənə boşuna maliyyə, silah-sursat verməz, hədiyyə eləməz, hətta hazırda gərgin iqtisadi dönəmdən keçən müttəfiq Rusiya da.

Ermənistan isə işğalçı siyasət üzündən, faktiki, bölgənin “izqoy” (“tullantı”) dövlətinə çevrilib. Dünya okeanına çıxışdan, sanballı təbii qaynaqlardan və Rusiya ilə quru sərhəddən məhrum işğalçı ölkənin Azərbaycan və Türkiyə tərəfindən izolyasiyada saxlanması təbii ki, ona heç bir uğurlu perspektiv, erməni xalqına tərəqqi və rifah vəd eləmir. Ta ki, daşı ətəklərindən töküb, əsas qonşularla normal münasibət quranadək belə olacaq.

Bu xüsusda Azərbaycanın Müdafiə Nazirliyinin Tonoyanın açıqlamasına cavabı diqqətəlayiqdir.

“Ermənistan müdafiə naziri David Tonoyanın ”ordu quruculuğu konsepsiyasına dair" fikirlərinə münasibət bildirərkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, son günlər Ermənistanda yüksək vəzifəli hərbçilərin tutduqları postlardan azad edilməsi fonunda onun öz kreslosunu qoruyub saxlamaq üçün atdığı populist addımdır. Xarici dövlət borcunun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur" - Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi ”konsepsiya" absurddur. Belə ki, onun səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir. Ermənistanın müdafiə nazirinin daxili auditoriyaya ünvanlanmış bu fikirləri müxtəlif xarici hərbi-strateji əsərlərdən götürülmüş nəzəri fərziyyələrdən başqa bir şey deyil. David Tonoyanın çıxışında diqqətçəkən məqamlardan biri isə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, qoşunların təmas xəttində yerləşdirilməsi barədə etirafıdır ki, bu da Ermənistanın işğalçı ölkə olduğunu bir daha rəsmi şəkildə təsdiq edir", - deyə qurumdan qeyd olunub.

*****

Qeyd edək ki, bu arada Azərbaycan XİN də bəyanat yayıb. Bəyanatda öncə rəsmi İrəvanın ölkəmizə qarşı nifrət yaratmaq niyyəti güdən son açıqlamalarına diqqət yönəldilir: “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialarını səsləndirməklə Ermənistan beynəlxalq birliyi yanıltmaq və diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür”.

Sənəddə həmçinin deyilir ki, Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə bir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyanı müdafiə edən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərən Ermənistan, özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz: “Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilib. Ermənistan, etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib. Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında ”etnik uyğunsuzluğa" aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirib və Ermənistanda hökm sürən dözümsüzlük ruhu və bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə edib".

Azərbaycan XİN haqlı olaraq tələb edir ki, Ermənistan, insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı və eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 16 iyun 2015-ci il tarixli qərarının icrasına başlamalıdır: “Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş və onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq edib. Münaqişənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması və yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin insan hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə və mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür”.

*****

Rəsmi Bakı sözsüz ki, öz ərazi bütövlüyünü bərpa eləmək üçün son variantı - işğalçıya qarşı güc tətbiqini də daim göz önündə tutur. Bundan ötrü özünün hərbi potensialını və döyüş hazırlığını daim artırır. Bunu düşmən tərəfdə də bilirlər. Xüsusən də cəbhənin Naxçıvan istiqamətində Azərbaycan Ordusunun ötən il irəliləyərək taktiki üstünlük əldə eləməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən strateji yolu nəzarətə götürməsi düşmən tərəfdə əməlli-başlı təşviş yaradıb.

“Azərbaycan Qarabağdakı təmas xəttindəki hərbi qurğuları xeyli gücləndirdi, onları qabaqcıl infrastruktur və texniki imkanlarla təmin etdi”.

Bu sözləri “Anaket” analitik mərkəzinin rəhbəri, Qarabağ separatçılarının liderinin “təhlükəsizlik məsələləri üzrə” keçmiş “müşaviri Tiqran Abramyan deyib. Onun sözlərinə görə, 2018-ci ildə Düşənbədə məlum ”lift diplomatiyası" adı alan Əliyev-Paşinyan razılaşması əsasında cəbhə xəttində atəşkəs rejimi əldə edilib və tərəflər buna əməl edir, amma Azərbaycan bundan məharətlə istifadə edərək geniş mühəndis istehkam qurğuları və başqa infrastruktur işləri həyata keçirir. “Yəni bu, Azərbaycana imkan verdi ki, cəbhə xətti boyu məsafəni qısaldaraq erməni kəndlərinə yaxınlaşsın” - erməni separatçısı deyib.

Əlbəttə, Azərbaycan Ordusunun hədəfi erməni kəndləri deyil. İşğal altındakı Azərbaycan kəndləri də daxil, bütün ərazilərimizi azad edib ölkəmizin ərazi bütövlüyünü təmin eləməkdir. Bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, o zaman hərbi yol qaçılmaz olacaq...

Paylaş:
Digər xəbərlər

Siyasət

11-06-2020, 13:34

“Elmar Məmmədyarov ən zəif bənddir” - ETİRAZ

Siyasət

9-06-2020, 14:33

Cəhənnəmə addımlayan ölkə, gəmini tərk edən komanda və çarəsiz Paşinyan: - Ölkə müharibə astanasında

Siyasət

6-06-2020, 10:28

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Video

30-05-2020, 14:00

“Ramil Səfərovdan danışarkən Dilqəmlə Şahbazı unudurlar” - GƏLİŞMƏ

Bölgə

24-04-2020, 15:18

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ

Siyasət

24-03-2020, 11:35

Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

Siyasət

6-03-2020, 12:00

DSX: “Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub”

Gündəm

5-03-2020, 12:47

Azərbaycana qaçqın statusu üçün müraciət edənlərin sayı azalıb

Gündəm

21-02-2020, 13:36

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Son xəbərlər
  • Bugün, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
  • Bugün, 21:24
    Qadını sosial şəbəkədə hədələyərək pul alan şəxs saxlanılıb
  • Bugün, 17:47
    Bakı-Qazax yolunda ağır qəza: iki yük maşını aşıb
  • Bugün, 17:45
    Serbiyada saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya edilib
  • Bugün, 17:44
    Qazaxda faciə: ata və qızı göldə boğulub
  • Bugün, 17:43
    İlham Əliyevdən İspaniya Kralına Dünya Kuboku təbriki
  • 18-07-2026, 15:46
    Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
  • 18-07-2026, 15:44
    Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
  • 18-07-2026, 15:42
    Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
  • 16-07-2026, 19:25
    Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
  • 16-07-2026, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • 16-07-2026, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
Daha çox
Çox oxunanlar
14-07-2026, 12:44
AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
16-07-2026, 19:25
Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
14-07-2026, 12:46
Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
14-07-2026, 12:55
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
16-07-2026, 13:56
ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
16-07-2026, 13:54
Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə