Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb. Bu nə deməkdir, bilirsiniz? Hesab edirsiniz ki, Rusiya xarici siyasətinin bizim məsləhətimizə ehtiyacı vardır? Bu o deməkdir ki, Azərbaycan xarici siyasəti Moskvadan idarə olunacaq, Rusiya Azərbaycan XİN-ə BMT-də, ATƏT-də, AŞPA-da və başqa beynəlxalq platformalarda nə etməli olduğunu diktə edəcək. Onzus da indiyədək başqa cür də olmayıb və İlham Əliyevin hakimiyyəti dövründə başqa cür də ola bilməzdi.
Amma ilin-günü bu vaxtında, Rusiyanın dünyada diplomatik təsir gücünü itirdiyi dövrdə Azərbaycan Rusiya ilə 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planını nədən imzalanmalıdır? Rusiyanın məsləhəti ilə qurulan xarici siyasətin hakimiyyət üçün qısa müddətli qazancları Azərbaycan dövləti üçün uzun vədədə böyük problemlər yarada bilər. Nədən hakimiyyət marağının önə çıxaran rejim Azərbaycanı bu qədər rəzil edir? Azərbaycan Rusiyadan başqa hansı dövlətlə XİN-lərarası məsləhətləşmələr Planını imzalayıb, bilən varsa yazsın, mən bilmirəm. Əgər belədirsə, onda Azərbaycan XİN-i də Rusiya XİN-in filialı elan etsinlər, biz də işimizi bilək. Bu cür müstəqillik nəyimizə lazımdır?
Axı, AzTV-lər Rusiyanı tənqid edirdi, nə oldu? Ona görə də sizə məsləhətim odur ki, bu hakimiyyətı inanmayın sabah bunlar gedib İranla da məsləhətləşmə planı imzaya bilərlər.
Qubad İbadoğlu