DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.
Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Bir daha bəyan edirəm. Tofiq Yaqublunun başına gələcək hər şeye görə İlham Əliyev məsuliyyət daşıyır. Oktay Güləliyevi o hala salanlar, Tofiq Yaqubluya nələr etməzlər. Buna görə də çox narahatıq. Çünki güvəndiyimiz həkim nəzarəti yoxdur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov, Tofiq Yaqublunu dövlət xəstəxanası köçürməklə məsuliyyətiniz daha da artdı. Polis əməkdaşları xəstəxanaya girişə-çıxışa nəzarət edir. Bu qədər izolasiyadan sonra Tofiq Yaqublunun həyatına hər hansı qəsd olarsa, Oktay Güləliyev durumuna düşərsə, buna görə cavab verəcəksiniz!
Tofiq Yaqublunun səhhəti kəskin pisləşib və Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya yerləşdirilib.