AXCP sədri Əli Kərimli siyasi məhbusların azadlığı üçün xalqa müraciət edib:
"Bizim nə haqqımız var ki, övladlarımıza dürüst, vicdanlı, vətənpərvər insanların belə asanlıqla şərlənib həbs oluna biləcəyi bir ölkə miras qoyaq?
Biz özümüzə necə vətənpərvər deyə bilərik ki, özü 1-ci Qarabağ müharibəsinin qəhrəmanı, övladı 2-ci Qarabağ savaşının veteranı olan Tofiq Yaqubluya gözlərimiz önündə zülm edilir və biz susuruq?
Biz özümüzə necə ədalətli, bu ölkənin gələcəyini düşünən insan deyə bilərik ki, gözlərimiz önündə nüfuzlu Harvard universitetinin məzunu, ictmai fəal Bəxtiyar Hacıyevi öz bilik və bacarığını bu ölkənin inkişafına yönəltmək istədiyi üçün məhv edirlər və biz özümüzü görməməzliyə vururuq?
Tofiq Yaqubluya Bəxtiyar Hacıyevə və digər siyasi məhbuslara azadlıq tələb etmək üçün müxalifətçi, ictimai fəal olmaq şərt deyil. Vətənpərvər olmaq, ədalətli olmaq, ölkənin sabahını düşünmək yetər ki, bu dəhşətli haqsızlıqlara etiraz edəsən.
Susma, etiraz et!"