“Şirvan şəhər polis Şöbəsindəyəm hüquqlarını müdafiə etdiyim şəxsi dünən qanunsuz olaraq həbs ediblər qohumları bildirir ki işgəncə verilib şöbədə və 40 dəqiqədən çoxdur ki vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuzu təmin etmirlər!!! Müstəntiq deyir prokuror icazə vermir!!! DİN in 102 və Baş prokurorluğun 961 qaynar xəttinə və şikayətlər etmişəm hələ xəbər yoxdur!!! Prezident administrasiyasının qaynar xəttini 0125353655 və 0125353657 götürən yoxdur!!!Mən vəkilin və təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6, Konstitusiyanın 61, Cinayət prosessual məcəllənin 91, 92 ci maddələrinin tələblərini pozurlar!!!
Hesab edirəm ki işgəncə faktı olduğuna görə görüş vermirlər hansısa qabaqlayıcı tədbir görməyə çalışırlar!!!!
Hüququmuzun təmin olunması üçün dərdimizi kimə deyək bilmirəm!!! Biabırçılıqdır!!!
Bu ölkədə vəkil pozulan hüquqları ilə aidiyyatı qurumlara şikayət verir baxan yoxdursa demək insanlar çarəsiz duruma salınıb!!! Hüquq islahatından söhbət gedə bilməz!!!
Növbəti dəfə 102 yə yığdım bir onu deyirlər ki qeydiyyata almışıq gözləyin!!! Çarəsiz duruma salınmışıq!!!!!”