Yandaş mətbuatın maaşlar artırıldı adı ilə şad xəbər kimi dərc etdiyi məlumata görə Baş nazir Əli Əsədov imzaladığı qərarla 2023-cü il yanvarın 1-dən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə (diqqət edin vəzifə) maaşları belə artırılıb. Hələ bu maaşdan da 200 manat çıxılandan sonra yerdə qalan məbləğdən 14 faiz gəlir vergisi, 3 faiz də məcburi dövlət sosial sığorta haqqı, 2 faiz icbari tibbi sığorta haqqı, əməkhaqqının 0,5 faizi İşsizlikdən sığorta üzrə sığorta tarifinə görə tutulacaq. Belə olanda da 400 manatdan 28 manat gəlir vergisi, 12 manat məcburi dövlət sosial sığorta haqqı, 8 manat icbari tibbi sığorta haqqı, 2 manat işsizlikdən sığorta üzrə sığorta tarifi çıxılacaq və işçiyə ən yaxşı halda 350 manat ödəniləcək.
345 manatdan is 20,3 manat gəlir vergisi, 10,62 manat məcburi dövlət sosial sığorta haqqı, 7,08 manat icbari tibbi sığorta haqqı, 1,725 manat işsizlikdən sığorta üzrə sığorta tarifi çıxılacaq və işçiyə ən yaxşı halda 305 manat 27 qəpik ödəniləcək.
Gəlin fikirləşək görək, qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə bu əmək haqqı ilə ailəsini 1 ay necə saxlaya bilər? Nədən onların eyni işi dövlət orqanlarının dərəcəsindən asılı olaraq fərqli ödənişlərə məruz qalmalıdır?