AXCP Sabunçu Rayon Şöbəsinin üzvü Elnur Həsənov barədə məlumat əldə etmək mümkün olub. Vəkil Fəxrəddin Mehdiyev İnzibati Həbs olunanların Saxlama Məntəqəsində onunla görüşüb. Elnur Həsənov vəkilə bildirib ki, həbs olunan gündən- yanvarın 31-dən quru aclıq aksiyasına başlayıb. Fevralın 1-i və 2-si zorla onun boğazına su töküblər. Bundan sonra maye qəbul etsə də aclığı davam etdirir. Vəkilin deməsinə görə səhhətində geriləmə var. Həkim müayinəsi tələb etsə də, təmin edilməyib. Elnur Həsənov Bakı Şəhər Ba.ş Polis İdarəsinin bir əməkdaşının hər gün onunla söhbətə gəldiyini də qeyd edib. Həmin əməkdaşın E. Həsənovdan əsas tələbi aclıq aksiyasını dayandırmaq olub.
Elnur Həsənov həbs olunduğu gündən yaxınları ilə telefon əlaqəsinə imkan verilmədiyini də qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl onunla görüşə gedən qardaşına bildirilmişdi ki, Elnur Həsənov İnzibati Həbs olunanların Saxlama Məntəqəsində deyil.