Siz mənə bircə nəfər həqiqi cinayətkar göstərin ki, həbsini qanunsuz sayıb, ona etiraz olaraq aclıq aksiyası keçirsin. Cinayətkar bilir ki, cinayət əməlini törədib və onu da məhz buna görə həbs ediblər, ona görə də aclıq aksiyası keçirməyi ağlının ucundan da keçirmir. Görün, İlham Əliyevin zindanlarında indiyədək nə qədər məhbus aclıq aksiyası keçirib. Şəxsən İlham Əliyevin özünün şərləyib həbsə atdığı bu adamların, öz hüquqlarını qoruması üçün heç bir qanuni müstəvi yoxdur. Hüquq-mühafizə orqanları və məhkəmələr kralın cəza aparatı rolunda çıxış edirlərsə, həmin insanların özlərinin azadlıq haqqını tələb etməkdən ötrü aclıq aksiyası keçirməkdən başqa bir yolu qalmır. Bəxtiyar Hacıyev 35, Elnur Həsəmov 11 və Əlizamin Salayev 8 gündür ki məhbəsdə aclıq aksiyası keçirirlər, çünki İlham Əliyev onlara öz hüquqları uğrunda mübarizə aparmaq üçün başqa imkan saxlamayıb. Bütün siyasi məhbuslara azadlıq!