USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bəxtiyar Hacıyev haqqında yayılan video materialların saxtalaşdırıldığını bildirib

Gündəm / Sosial / Müsahibə / Araşdırma

9-03-2023, 22:43

Bəxtiyar Hacıyev haqqında yayılan video materialların saxtalaşdırıldığını bildirib
İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin Müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, təcridxanada ümumi kamerada saxlanılır. Bu barədə Turan-a vəkil Rövşanə Rəhimli bildirib.

Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, o, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Son günlər sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayılıb. Bununla bağlı vəkil deyib ki, Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu iddia edir.

"O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress keçirir. Onun dediyinə görə, hətta bununla bağlı REAL televiziyası veriliş hazırlayıb. O, məyusluq hissi keçirdi, dedi ki, bu tamam doğru olmayan hərkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O, bunu ilkin olaraq peqasusla (peqasus casus proqramı - red.) əlaqələndirdi, yəni peqasus vasitəsi ilə götürüldüyünü güman edir", deyə vəkil Bəxtiyar Hacıyevə istinadən bildirib.

Rəhimli bildirir ki, yayılan materallarla bağlı vəkillər iş aparır. "Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik".

Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən prokuroluq orqanlarına müraciət edib.

İndiyədək rəsmi qurumlar Hacıyevin şəxsi məlumatlarını sosial şəbəkədə kimin yerləşdirdiyi haqqında suala cavab və buna hüquqi qiymət verməyib.

Martın 1-də Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılmasında istintaq orqanının əlinin olması ilə bağlı iddiaları təkzib edib.

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik", deyə Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmalarla bağlı şöbə rəisi bildirib ki, bu məlumatların haradan necə qaynaqlandığı, Bəxtiyar Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

"Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır", deyə o qeyd edib.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, rəsmi qurumlar həbsdə olan vətəndaşın şəxsi məlumatının yayılmasının qarşısını almaq üçün araşdırmaya başlamalıdır.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlar var.

"Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb", deyə o vurğulayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və 51 gün aclığı davam etdirdikdən sonra fevralın 28-də dayandırıb. O, həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Müsahibə / Araşdırma

28-02-2023, 20:51

Vəkil Fəxrəddin Mehdiyev: “Bəxtiyar Hacıyevin saxlanma şəraiti sərtləşdirilib”

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

16-02-2023, 19:29

Vəkil Aqil Layıc: "Bəxtiyar Hacıyev ölüm aclığına keçdi"

Gündəm / Sosial / Müsahibə / Araşdırma

15-02-2023, 23:51

38 gündür aclıq edən Bəxtiyar Hacıyev saxlanma şəraitindən şikayət edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-01-2023, 22:31

Bəxtiyar Hacıyev xalqa müraciət etdi

Gündəm / Siyasət / Sosial

28-01-2023, 20:20

Bəxtiyar Hacıyevin səhhəti getdikcə pisləşir

Gündəm / Sosial / Hadisə

25-01-2023, 19:28

Vəkil: “Bəxtiyar Hacıyevin vəziyyəti getdikcə pisləşir”

Gündəm / Siyasət / Sosial / Araşdırma

23-01-2023, 19:03

Vüqar Hacıyev: "Qardaşım Bəxtiyar Hacıyevin səhhəti çox pisdir"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2023, 19:41

Vəkil Rövşanə Rəhimli: "İctimai fəal Bəxtiyar Hacıyevin səhhəti getdikcə pisləşir"

Gündəm / Sosial / Hadisə / Araşdırma

18-01-2023, 20:52

Məhkəmə Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına məhdudiyyətlə bağlı şikayətini təmin etməyib

Gündəm / Siyasət / Sosial

16-01-2023, 23:07

Vəkil Aqil Layıc: Bəxtiyar Hacıyev Ombudsman Səbinə xanımla görüş istəyini nəzərimə çatdırdı

Gündəm / Siyasət / Sosial

8-01-2023, 15:31

Bəxtiyar Hacıyev ailəsi ilə görüşünə və telefon danışığına imkan verilməməsindən şikayətçidir

Gündəm / Sosial

27-12-2022, 08:06

Bəxtiyar Hacıyevin səhhəti ağırlaşır

Son xəbərlər
  • Dün, 16:04
    Bu gün bütün Azərbaycan Novruz bayramını qeyd edir
  • Dün, 15:41
    ABŞ səfərbərlikdən qaçan rusları ölkədən deport edir
  • Dün, 15:16
    "Prezident İlham Əliyev hələ ki, sülh siyasətini təmkinlə davam etdirir"
  • Dün, 11:39
    Türkiyədə imtahan suallarını oğurlayaraq paylayan 24 nəfər saxlanılıb
  • Dün, 11:23
    “Niva” sürən qadın sürücü anasını vurub öldürdü
  • Dün, 11:21
    Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
  • Dün, 11:19
    İrandən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub
  • Dün, 11:15
    “Makarov” tapanca satmaq istəyən şəxs saxlanılıb
  • Dün, 11:12
    Bakıda iki mərtəbəli evdə yanğın olub
  • Dün, 11:10
    Azərbaycanda devalvasiya qaçılmazdır
  • Dün, 10:28
    Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 mini keçib
  • Dün, 10:24
    İran Qarabağda təxribata hazırlaşır
  • Dün, 10:18
    Ermənilər atəşkəsi pozdu
  • 19-03-2023, 23:13
    Füzuliyə qayıdış vaxtı açıqlandı
  • 19-03-2023, 23:08
    Cəlilabadda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
  • 19-03-2023, 17:33
    Bakı metrosu Novruzov bayramı ilə əlaqədar retro vaqonları nümayiş etdirir
  • 19-03-2023, 17:27
    Gəncə prokurorluğunda baş verən qətllə bağlı cinayət işi başlanıb
  • 19-03-2023, 13:41
    Gəncədə arvadını qətlə yetirilib, ər tutulub
  • 19-03-2023, 13:33
    İctimai fəal Elvin Mustafayev həbs olundu
  • 19-03-2023, 13:28
    Rafael Fiziyev ABŞ idmançısına məğlub oldu
  • 19-03-2023, 13:27
    Qəzada ana və iki azyaşlı övladı xəsarət alıb
  • 19-03-2023, 13:24
    Samuxda gənc qız intihar edib
  • 18-03-2023, 22:04
    Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib
  • 18-03-2023, 21:58
    Putin haqqında həbs qərarı verilib
  • 18-03-2023, 15:49
    Qohumlar 21 kq narkotiklə tutuldu
  • 18-03-2023, 13:47
    İranda yenə zəlzələ olub
  • 18-03-2023, 12:38
    Naxçıvanda türk tələbələr arasında dava olube
  • 18-03-2023, 12:18
    DSX -nın elektron sistemi çökdü. Aeroportda sıxlıq yaranıb
  • 17-03-2023, 21:08
    AzerGold” QSC kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib
  • 17-03-2023, 15:22
    "Azərbaycan istənilən halda Ermənistanı sülhə məcbur edəcək"
  • 17-03-2023, 11:25
    Vüqar Qurbanov polis generalın rüşvətxor qardaşına yeni vəzifə verdi
  • 17-03-2023, 10:23
    Bu gün Səbail rayonunun bəzi hissəsində su olmayacaq
  • 17-03-2023, 10:19
    Zaqatalada ər arvadını tüfənglə öldürüb
  • 17-03-2023, 00:34
    Ermənistanda general həbs olunub
  • 17-03-2023, 00:29
    461 hərbçiyə yeni mənzillər verilib
Daha çox
Çox oxunanlar
16-03-2023, 10:25
Rüfət Səfərova küçədə hücum edən şəxs saxlanılıb
16-03-2023, 09:50
Rafael Dadaşovun ehtiramla anırıq
14-03-2023, 10:10
Saatlıda polis aksiyanı sərt şəkildə dağıdıb
14-03-2023, 13:18
DSX: "İrandan Azərbaycana küllü miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb"
16-03-2023, 21:19
Polis Ağdaş sakinindən qanunsuz saxladığı silahı götürüb
16-03-2023, 10:21
Türkiyədə baş verən sel zamanı 5 nəfər itkin düşüb
Müsahibə
13-03-2023, 17:25
Saatlıda su probleminə görə etiraz edənləri polis zorakılıqla saxlayıb
10-03-2023, 00:03
Azərbaycan qeyri-azad ölkə siyahısında 9-ci yerdədir
9-03-2023, 22:43
Bəxtiyar Hacıyev haqqında yayılan video materialların saxtalaşdırıldığını bildirib
3-03-2023, 21:28
Hakimiyyətin şərləyib qanunsuz həbs etdiyi siyasi məhbuslar
2-03-2023, 22:47
Şərlənərək həbs olunan AXCP üzvü Elnur Həsənovun halı pisləşib
2-03-2023, 00:55
Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi
Araşdırma
19-03-2023, 13:33
İctimai fəal Elvin Mustafayev həbs olundu
14-03-2023, 10:10
Saatlıda polis aksiyanı sərt şəkildə dağıdıb
13-03-2023, 17:25
Saatlıda su probleminə görə etiraz edənləri polis zorakılıqla saxlayıb
10-03-2023, 00:03
Azərbaycan qeyri-azad ölkə siyahısında 9-ci yerdədir
9-03-2023, 22:43
Bəxtiyar Hacıyev haqqında yayılan video materialların saxtalaşdırıldığını bildirib
6-03-2023, 23:34
Erməni təxribatına görə 4 şəhid verdik. Allah rəhmət etsin
Sosial
Bu gün bütün Azərbaycan Novruz bayramını qeyd edir
ABŞ səfərbərlikdən qaçan rusları ölkədən deport edir
Türkiyədə imtahan suallarını oğurlayaraq paylayan 24 nəfər saxlanılıb
“Niva” sürən qadın sürücü anasını vurub öldürdü
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İrandən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

Sizin reklam burada

E-mail:[email protected]

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: [email protected] | [email protected]
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə