Ötən gün Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində birinci hazırlıq iclası keçirildi. Məhkəmə prosesinə sədrlik edən Hakimin tanışlıq elanından sonra, dövlət ittihamçısı, ittihamı elan etməyə başladı.
Bu zaman Əvəz Zeynallı "yalançının ölənlərinə lənət" deyərək prokuroru düz danışmağa dəvət etdi. Buna baxmayaraq, prokuror öz bildiyini və ya əlinə verilən ittihamı səsləndirməyə davam etdi. Zeynallı bununla razılaşmayıb hakimə səsləndi ki, "prokurorun yalanlarına dözə bilmirəm. Xahiş edirəm məni aşağıdakı "at damı"na aparın sonra, gətirəsiniz".
Hakim Zeynallının dediklərinə məhəl qoymadıqda, müttəhim dövlət ittihamçısının çıxışına imkan vermədi. Bundan sonra, Məhkəmə prosesi Hakim tərəfindən təxirə salındı.