USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2020, 13:55

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”Keçmiş deputat, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlunun “AzPolitika.info”-ya müsahibəsi

- Alqış bəy, indi hamını bir sual düşündürür. Koronavirus həyatımızı necə dəyişdi...

- Birmənalı cavab vermək çətindı. Sözsüz ki, həyəcanlı günlər yaşayırıq. O da var ki, hər bir hadisənın həmişə iki – mənfi və müsbət tərəfi olur. Koronavirusun mənfi tərəfi bəllidir. Bu virus insan sağlamlığına, həyatına təhdiddir. Arzulara, istəklərə, ömürlərə son qoyur. Ölüm gətirir. Eyni zamanda koronavirus heç bir siyasi gücün, ictimai qınağın, inzibati resursun görə bilmədiyi bir işi görür: Cəmiyyəti təşkilatlandırır, ekstremal sınaqlardan çıxarır, dövlətləri, hökumətləri testdən keçirir. Hər kəsi, uşaqdan böyüyə, gigiyenik qaydalara düzgün və vaxtında əməl etməyə vadar edir. Adamlar vaxtlı-vaxtında evlərinə dönür, bir-birlərinə, doğmalarına daha çox vaxt sərf edirlər. Evdə oturub mütaliəyə zaman ayıra bilirlər...

- Təəəsüf ki, heç də hər yerdə belə deyil. Sosial izolyasiyanın tələblərinə əməl etmək istəməyənlər kifayət qədərdir. Koronavirus da sanki bəzi vətəndaşlarımıza məsuliyyət hissini aşılamaqda acizdir...

- Belə məqamlar təkcə bizə məxsus milli cizgilər deyil. Karantin pozuntularını yalnız məsuliyyətsizliklə izah etmək düzgün olmazdı. Bəşəri xarakterdən törəyən incəliklər var. İnsanın naturası çox mürəkkəbdir və bu mürəkkəblik bütün xalqların timsalında, hər yerdə eynidir. Nəzərə alaq ki, koronavirus təkcə insan sağlamlığına təhlükə törətmir, taleləri hədələmir, həm də bu virusdan başqa bir təhdid də doğur. Təsəvvür edin, insan illər, onilliklər, qərinələr boyu eyni qaydalarla işləyir, istirahət edir, idarə edir, idarə olunur. Oturuşmuş vərdişlər qazanır. Bəzi şablonlar yaradır və ona itaət edir. Birdən-birə bir virus çıxıb deyir ki, ey insan övladı, sən öz vərdişlərindən əl çəkməlisən. Koronavirus bu gün insanlara vərdiş etdikləri kimi yaşamağa mane olur. Vərdişləri tərgitmək isə çox çətindir. Farsların bir deyimində ifadə olunduğu kimi, tərki adəti beməvaci mərəzəst, - adəti tərk etmək xəstələndirər. İnsan xisləti onun vərdişlərinə, normalaşmış həyat tərzinə yönələn təhdidi səhətinə olan təhdiddən qat-qat ağır, aqresiya ilə qarşılayır. Bu həqiqətdir. Yəqin ki, müşahidə edirsiniz, böyük əksəriyyət virusun qarşısını almaq üçün vaksinin nə vaxt tapılacağından daha çox karantin müddətinin haçan bitəcəyi ilə maraqlanır...

- Özünüz karantin günlərini necə kecirirsiniz, nə mütaliə edirsiniz, hansı telekanalları izləyirsiniz?...

- Doğrusu, karantin rejimi həyat tərzimə elə bir xüsusi düzən gətirmədi. Bircə həmişəki kimi piyada gəzə bilmirəm. Qalan hər şey əvvəlki ahəng və qaydalarla davam edir. Mən həmişə mütaliəyə meyilli olmuşam. Amma bu günlər, daha çox təbiətə aid, vəhşi heyvanlara həsr edilmiş verilişləri, sənədli filmləri izləyirəm. Əvvəllər də bu məzmunlu verilişlərə baxırdım, hazırda isə belə verilişlərə bir az da üstünlük verirəm. İndi təbiətə fərqli bir baxışla yanaşmaq imkanı yaranıb. Təbiət həmişə, bütün stixiyasında ədalətlidir. Vəhşilik öz yerində, amansız rəqabət var, yaşamaq uğrunda gərgin mübarizə gedir. Amma hər şey bir ədalət çərçivəsində baş verir. Hansı fakt diqqətimi çəkib? Şir ovladığı qəniməti yeyən zaman tülkü, çaqqal, canavar kənardan oğrun-oğrun müşahidə edir ki, şir nə vaxt çıxıb gedəcək, onlar da həmin qənimətin qalıqlarından dada bilsinlər. Ancaq şir heç vaxt özündən zəif heyvanların qənimətinə göz dikmir. Təəssüf ki, insan cəmiyyətində belə bir mükəmməl ədalət yoxdur. Müqayisə köntöy səslənə bilər. Bunu necə izah edəsən ki... baxın, ali təhsilli, uzun müddətli karyeralar keçmiş icra başcıları yaşamaq, dolanışığını təmin etmək üçün böyük və geniş imkanlara malik olduğuna baxmayaraq, sosial ranqına görə ondan çox-çox zəif olan süpürgəçinin maaşını oğurlayır. Bu dəhşətdir. Görünür, bizim başımıza gələn problemlərin bir səbəbi də odur ki, biz təbiətdən gen düşmüşük. İnsanın xoşbəxtliyi, özünüdərki cəmiyyətlə yox, təbiətlə bağlıdır.

- Bəzən insanları koronavirusun mövcudluğuna inandırmaq da olmur. Hətta belə fikirlər dilə gətirilir ki, belə şey yoxdur, uydurmadır və sair...

- Yəqin ki, bu da insanın xislətiylə izahını tapa bilən bir məsələdir. Şübhə etmək insanın təbii hüququdur. Cünki hər gün nə qədər yalanla üzləşirik? Çevrəmizdə nə qədər adam var ki, gözümüzün içinə baxa-baxa yalan danışır. Atasının, övladının adına yalandan and içir. Yalan arayışlarla özünə imtiyazlar əldə edir və s. Mövcud olduğumuz mühiti təkcə həqiqətlər idarə eləmir axı. Şübhəçilik, hər şeyə şübhəylə yanaşması insanın fitrətindədir. İndi bu əsas deyil. İndi əsas odur ki, bu prosesdən sağ-salamat, ən az itkilərlə çıxa bilək.

- Alqış müəllim, bu dövrdə sosial şəbəkələrin rolunu necə qiymətləndirirsiniz. Görünən budur ki, sosial şəbəkə yenə diktə edən tərəf kimi çıxış edir...

- Məncə, problemi yalnız sosial şəbəkələrə yükləmək düz olmazdı. Bu uzun müdət davam etmiş bir xəttin nəticəsidir. Biz informasiya erasında yaşayırıq. İnsanın, xüsusilə də 21-ci əsrin sakini olan insanın informasiyaya olan münasibəti aclığa, susuzluğa qarşı olan tələbatı qədərdir. Belə bir analogiya aparaq: Tutaq ki, mən sizdən su istəyirəm. Siz məni Bakının ən məşhur restoranlarına aparıb, ən ləziz yeməkləri sifariş verirsiniz. Düşünürsünüz ki, bahalı restoran, yüksək kalorili qidalar mənim susuzluğumu unutduracaq. Bu mümkünsüzdür. Yaxud, mən deyirəm ki, acam, siz mənə ən sərin bulaqların suyunu tapıb gətirirsiniz. Və hesab edirsiniz ki, yemək mənim yadımdan çıxacaq. Bu necə ola bilər? Belə cəhdlərlə vaxti bir müddət uzatmaq olar. Bir az gec, bir az tez, sonda susuz adamın suyunu, ac adamın yeməyini vermək lazım gələcək. İnformasiyaya tələbat da belədir. İnformasiyaya olan ehtiyacı ancaq informasiyanın özüylə qarşılamaq yeganə həll variantıdır. İnformasiya əvəzinə informasiyaya oxşayan nəsə təqdim edəndə, KİV ictimai etimadı itirir. Nəticədə insanlar sosial şəbəkəni alternativ informasiya mənbəyi kimi qəbul edirlər. Ac adam çörəyə daraşan kimi, informasiyasiz adam da sosial şəbəkələrdə yazılan, deyilən, göstərilən hər şeyi, hər yalanı, uydurmanı həqiqi informasiya kimi az qala gözünə təpir...

- Bəs çıxış yolunu nədə görürsünüz?

- Kompleks tədbirlərə ehtiyac var. Hər şeydən əvvəl informasiya resurslarına inam olmalıdır. Bunsuz dönüş yaratmaq çətindir. KİV-lərə olan ictimai etimadı təmin edən vacib şərtlərdən birincisi isə alternativ fikirdir. Bunsuz KİV-lərin yeni dövrə reablitasiyası alınmayacaq. Təbii ki, KİV-lərin bir sosial institut kimi özünü yaşatması üçün çoxsaylı şərtlər tələb olunur. Bir sıra - mənəvi-əxlaqi, hüquqi, iqtisadi əsaslar olmadan uğur qazanmaqdan danışmaq mümkün deyil.

- Son günlər hakimiyyətin bu sahəylə bağlı atdığı addımları necə dəyərləndirisiniz? KİV-ə Dəstək Fonduna, MTRŞ–na yeni rəhbərlət təyin olundu...

- Məşhur bir fikirdə deyildiyi kimi, kadrlardan çox şey asılıdır. Hər bir sahədə yenilənmənin ilk əlamətlərindən biri yeni simaların idarəçiliyə cəlb edilməsidir. Yəqin ki, yeni təyinatlar prosesə impuls verə biləcək. Hər halda biz ümid edirik. Eyni zamanda deyim ki, informasiya məkanının idarə edilməsi həddindən artıq həssas bir mövzudur. Bu sahənin problemlərinə münasibətdə iki fərqli baxış var.

Birinci baxış - bu sahəni təmsil edənlərin mövqeyini ifadə edən peşəkar yanaşmadır. Peşəkarlıqda güzəşt yoxdur. KİV üçün, KİV təmsilçisi üçün informasiya yalnız informasiyadır. Peşəkarlıq informasiyaya bir istiqamətli yanaşma tələb edir.

İkinci baxış - siyasi baxışdır. Siyasətci üçün informasiya reytinqdir, iqtisadiyyatdır, seçiciyə, elektorata təsir vasitəsidir. Peşəkar redaktordan, jurnalistdən fərqli olaraq siyasətçi, dövlət məmuru informasiyaya bir neçə istiqamətdən (dövlətçilik, idarəçilik, milli maraqlar və sair) yanaşır. Ona görə də informasiya məkanının idarə edilməsində peşəkar münasibətlə siyasi yanaşma heç də həmişə üst-üstə düşmür. Əslində, bu iki fərqli yanaşmanın uzlaşmasını təmin etmək, kənardan göründüyü qədər asan deyil. Burada yüksək peşəkarlıq və siyasi müdriklik tələb olunur.

KİV-lərin perspektivi bu iki amildən birbaşa asılıdır.

Paylaş:
Digər xəbərlər

Video

11-04-2020, 14:30

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı - VİDEO

Müsahibə

8-04-2020, 16:50

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

İdman

3-04-2020, 14:44

"Qalatasaray"ın sabiq basketbolçusunda koronavirus aşkarlandı

Gündəm

2-04-2020, 10:52

Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb

Səhiyyə

27-03-2020, 17:30

Koronavirusun yeni simptomu aşkar olunub. Səhərlər üzə çıxır

Səhiyyə

25-03-2020, 14:00

Nə üçün koronavirus pnevmoniyası adi pnevmoniyadan daha təhlükəlidir?

İdman

21-03-2020, 09:10

"Qorxulu günlər yaşayırıq" – Vaqner

Maraqlı

20-03-2020, 12:34

Koronavirusun yaratdığı təşviş fonunda insanlar necə davranmalıdırlar? - Psixoloqdan tövsiyələr

Siyasət

24-02-2020, 16:22

"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
6-11-2026, 18:54
Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
6-11-2026, 22:04
Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
7-11-2026, 19:54
“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə