SƏSVERMƏ ÖNCƏSİ KİMLƏRİN QARDAŞIMIN ƏLEYHİNƏ ÇİRKİN KAMPANİYA APARDIĞI MƏLUM OLUB
Bu barədə professorun qardaşı paylaşım edib:
“Avropa Parlamentinin prezidenti Roberta Metsola hazırda ev dustaqlığında olan siyasi məhbus professor Qubad İbadoğlunu Strasburqa dəvət edib.
Dəvət məktubunda yazılır:
“Sizin Avropa Parlamentinin 2024-cü il Saxarov adına Düşüncə Mükafatının finalçıları arasında olduğunuz barədə məlumatı çatdırmaq mənim üçün şərərdir. Biz hərtərəfli müzakirələrdən sonra bu mükafatı Venesuelada demokratik qüvvələrinin lideri Maria Corina Machado və seçilmiş prezident Edmundo Qonzales Urrutiaya vermək qərarına gəldik. Mən Sizi ürəkdən bu mükafatın dekabrın 18-də Strasburq şəhərində Avropa Parlamentinin plenar islcasında baş tutması gözlənilən təqdimat mərasminə dəvət edirəm.
Bizim əməkdaşlarımız Sizin dekabrın 16-19 tarixlərində Avropa Parlamentinə səfərinizlə əlaqədar proqram tərtib edəcək və səfərlə bağlı bütün xərclər ödəniləcək. Eyni zamanda, biz Sizin Avropada olduğunuz müddətdə tibbi müayinə və müalicənizi də planlaşıdırırıq.
Mən Sizi Avropa parlamentində salamlamaq üçün səbrsizliklə gözləyirəm.”
Qardaşımın ölkədən çıxışına qadağa qoyulduğu üçün məktuba müsbət cavab verə bilməyib. Qeyd edim ki, professor Qubad İbadoğlu Saxarov adına Düşüncə Mükafatının finalçıları arasına düşən yeganə azərbaycanlıdır. O, səsvermə nəticəsində məşhur texnoloq-milyader İlon Mask kimi güclü rəqiblərini qabaqlayaraq finala çıxıb. Məlum olub ki, qardaşımın mükafatı almasına mane olmaq üçün revanşit və millətçi erməni lobbisi əlindən gələni əsirgəməyib. Ermənilər Qubad İbadoğlunun 2020-ci il İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycanın haqq mövqeyini müdafiə edən FB və Twitter postlarını skan edərək Avropa Parlamentinin deputatlarına göndərib, sosial media platformalarında “Mükafatı bu səbəbdən ona vermək olmaz” anti-təbliğatı aparıblar.
Qubad İbadoğlunun əleyhinə dərc edilən postlardan birini və dəvət məktubunu şərh bölməsinə yerləşdirirəm.”