Saxlanıldığı gün Nəsimi Rayon Polis İdarəsində ictimai fəal Cəlal Cavadova zorla narkotik maddə qatılmış maye içirildiyi deyilir.
Bu barədə ictimai fəal Sezgin Rüstəmov Cəlal Cavadova istinadla məlumat yayıb.
“Cəlal Cavadov saxlanılan gün Nəsimi Rayon Polis idarəsində qabağına narkotik mayesi olan su qoyublar. Cəlal deyib ki, öldürsəniz də bunu içmərəm. Daha sonra polislər işgəncə verərək, zorakı şəkildə həmin mayəni ona içizdiriblər. Bir müddət keçdikdən sonra Cəlalın vəziyyəti pisləşib, onu gecə ilə “Semaşko”nun (1 saylı Şəhər Kliniki Xəstəxanası) toksikologiya şöbəsinə aparıblar”, S.Rüstəmov yazıb.
C.Cavadov bildirib ki, heç bir günahı yoxdur: “Həbsinin səbəbi Meydan TV jurnalistlərinin həbsinə etiraz etməyidir. Hamıya salamı var”.