USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cəzası ağırlaşdırılıb.
Partiya bildirir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Əhmədovun bir illik qapalı tipli həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarılıb.
Məlumata görə, hazırda Əhmədov aclıq aksiyası edir.
Niyaməddin Əhmədov 2021-ci ildə Cinayət Məcəlləsinin terroru maliyyələşdirmə, dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq, qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama maddələri ilə ittiham edilərək 13 il azadlıqdan məhrum edilmişdi.