USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Toplum TV” jurnalistlərin məhkəməsi başlayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

2-04-2025, 15:42

  “Toplum TV” jurnalistlərin məhkəməsi başlayıb
İş üzrə 1 il davam edən ibtidai istintaq dövründə onlarla jurnalist və vətəndaş cəmiyyəti üzvləri həbsdə saxlanılıb

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hazırlıq iclası keçirilib.

“Abzas Media”ya bu barədə “Toplum TV”dən məlumat verilib. Bildirilib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslər və müdafiəçiləri müxtəlif vəsatətlərlə çıxış ediblər.

İş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunan Ələsgər Məmmədli prosesdə səhhətində ciddi problemlərin olduğunu xatırladıb və ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.

“İstintaq dövründə məhkəmələr başqalarına təsir göstərəcəyimi iddia edərək məni ev dustaqlığına keçirmirdilər. Ancaq indi məhkəmə başlayıb və o arqument də yoxdur ki, kiməsə təsir göstərim. Təcridxanada əməliyyat olunmağımla bağlı heç bir addım atılmayıb. İndiki halda ev dustaqlığına buraxılıb səhhətimlə məşğul ola bilərəm”, - deyə Ələsgər Məmmədli bildirib.

Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev də vəsatəti müdafiə edib. O, bildirib ki, Ələsgər Məmmədlinin xəstəliyi həyati riskli xəstəliklər kateqoriyasına daxildir və bu cür xəstəliyi olan şəxslərin həbs şəraitində saxlanılması Avropa Konvensiyasına görə işgəncə və pis rəftar hesab olunur.

İş üzrə digər həbs olunan Akif Qurbanov da ittihamları rədd edib. Qurbanov bildirib ki, istintaq dövründə təcridxanada iş üzrə tutulan şəxslərin bir-birini görməsi də problemə çevrilib. O, vəsatət qaldırıb ki, artıq onların təcridxanada görüşmələrinə mane olmasınlar, çünki onsuz da məhkəmədə görüşə bilirlər.

“Əgər deyirsinizsə ki, bu, bir bandadır və bandanın başçısı mənəm, başqalarına təsir göstərirəm? Onda məni saxlayın, hamını buraxın”, - Akif Qurbanov hakimə çağırış edib. İş üzrə həbs olunan jurnalist Əli Zeynalov isə bildirib ki, Akif Qurbanov saxlanılırsa, onunla birlikdə o da qalır.

Akif Qurbanovun vəkili Fuad Ağayev yeni qoşulduğunu əsas göstərərək, işlə tanış olmaq üçün məhkəmədən 2 həftə vaxt istəyib. Hakim işlə tanış olmaq üçün şərait yaradıb.

İş üzrə cəlb olunmuş İlkin Əmrahov, Ramil Babayevin vəkili Günay İsmayılova da məhkəmədə bir neçə vəsatətlə çıxış edib.

“Mən həm İlkini, həm Ramili müdafiə edirəm. Amma təcridxanada onların ikisi ilə eyni otaqda görüşüb müdafiə qurmağa imkan yaradılmır. Təcridxana məhkəmənin icazə vermədiyini əsas gətirərək imkan yaratmır. Ona görə təcridxanaya sənəd göndərilsin ki, şərait yaratsınlar”, - vəkil Günay İsmayılova məhkəmədə vəsatət qaldırıb.

Təqsirləndirilən Ruslan İzzətlinin vəkili Bəhruz Bayramov da vəsatət verərək İzzətlinin ev dustaqlığına buraxılmasını istəyib.

“Ruslan İzzətli böyrəyindəki bu ağır xəstəliklərlə İkinci Qarabağ Müharibəsində döyüşən adamdır, istintaqdan qaçacaq?!”.

Məhkəmə işin mahiyyəti üzrə verilən bütün vəsatətləri rədd edib. Proses aprelin 24-də davam edəcək.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib. Bu əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.

Saxlanılanların əksəriyyəti sonradan buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

Bu il yanvarın 17-də “Toplum TV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Elə həmin gün jurnalist Fərid İsmayılov həbs edilib. Onun barəsində istintaq dövrü üçün 2 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

Fevralın 5-də isə media orqanının əməkdaşı Şahnaz Bəylərqızı həbs edilib. Onun barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Lakin fevralın 26-da jurnalist Xətai rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

22-01-2025, 13:11

Bakıda həbsdə olan separatçılar ev dustaqlığına buraxılmaq üçün vəsatət qaldırıblar

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-10-2024, 22:26

Məhkəmə yenə də “Toplum TV” işi üzrə təqsirləndirilənləri həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-05-2024, 20:27

Ələsgər Məmmədlinin səhhətində ciddi problem yaranıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-04-2024, 15:07

Toplum TV işi üzrə həbs olunan İstintaq Ələsgər Məmmədlinin müalicəsi məsələsi necə olacaq?

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2024, 20:31

Məhkəmə Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-04-2024, 13:11

“Toplum TV” cinayət işi üzrə 9 nəfər həbs olunub

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-04-2024, 20:19

Ələsgər Məmmədli: “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

Sosial

17-11-2023, 17:43

Bakıda qəstdən adam bıçaqlamağa görə tutulan ərəb biznesmenin məhkəməsi başlayıb

Sosial / Hadisə

14-08-2023, 12:22

Evdən küllü miqdarda oğurluq edən falçının məhkəməsi başlayıb

Gündəm / Sosial / Araşdırma

5-04-2023, 16:17

"Tərtər işi" üzrə ittiham olunan ordu generaıl Bəkir Orucovun məhkəməsi başlayıb

Sosial

6-08-2021, 12:33

DTX-nin həbs etdiyi rəis 4 milyon zərəri nağd pulla ödədi

Son xəbərlər
  • Dün, 13:34
    İlham Əliyev “Euronews”a müsahibə verib
  • Dün, 13:31
    Dövlət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dün, 13:28
    Trampdan Paşinyana təklif
  • 19-01-2026, 20:11
    Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  • 19-01-2026, 20:08
    FİFA prezidentindən qalmaqallı finalla bağlı açıqlama
  • 19-01-2026, 20:05
    İran Ermənistana uçuşları dayandırdı
  • 19-01-2026, 20:04
    Suraxanıda narkotacir saxlanılıb
  • 19-01-2026, 20:02
    İlham Əliyev Davosda “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
  • 19-01-2026, 16:44
    “Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
  • 19-01-2026, 15:43
    Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda səfərdədirlər
  • 18-01-2026, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • 18-01-2026, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • 18-01-2026, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • 18-01-2026, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
Daha çox
Çox oxunanlar
15-01-2026, 02:53
İran hava sahəsini bağladı
15-01-2026, 13:53
Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
14-01-2026, 21:52
Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
14-01-2026, 14:39
İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
14-01-2026, 15:05
Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
İran Ermənistana uçuşları dayandırdı
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə