Bu barədə jurnalistin həyat yoldaşı Əfqan Sadıqovun başına gələnlər barədə qısa yazıb:
“Əfqan Sadıqov 2016-cı ildə siyasi sifarişlə həbs olundu.https://fom.coe.int/en/alerte/detail/21727900. Həbsdən azad edildikdən sonra hakimiyyət orqanları tərəfindən açıq şəkildə təhdid edildi: "Əgər susmasan, bizim dediklərimizi etməsən öz qəbrini hazırla."
O isə cavab verdi: "Susmayacağam. Öz qəbrimi özüm qazıram." — və bu sözlərini videoya çəkərək ictimaiyyətə təqdim etdi. https://youtu.be/mgMKfVyhF3k?si=lzgXV3i0GWuO7dxA (2018).
Bu cəsarət dolu mövqeyindən sonra təqiblər daha da şiddətləndi:
Və daha sonra ard-arda üç dəfə inzibati qaydada həbs olundu.
Bir dəfə oğurlanaraq 6 gün boyunca yeri bilinmədi. Sonradan məlum oldu ki, bu müddətdə banditizmin zirzəmisində polislər tərəfindən döyülüb, işgəncəyə məruz qalıb, elektroşok verilib.
2020-ci ildə yenidən saxta və qərəzli ittihamlarla həbs edildi. (Məhkəmənin hökmünə etiraz olaraq 242 gün ölüm aclığı edib. https://www.amerikaninsesi.org/a/%C9%99fqan-sad%C4%B1qov-h%C9%99bsim-q%C9%99r%C9%99zli-idi-d%C9%99rc-etdiyim-faktlar-ara%C5%9Fd%C4%B1r%C4%B1lmay%C4%B1b/6606765.html
Həyatımız davamlı repressiyalar, təqiblər, nəzarət və qorxu içində keçdi — təkcə Əfqanın yox, ailəmizin, mənim və uşaqlarımızın.
Ölkədə qalmaq artıq bizim üçün mümkün deyildi. Təhlükəsizlik səbəbilə ölkəni tərk etmək məcburiyyətində qaldıq. Lakin təqiblər xaricdə də davam etdi:
2024-cü ildə Əfqan Sadıqov Gürcüstanın Tbilisi şəhərində Azərbaycan hakimiyyətinin sifarişi ilə saxlanıldı. (Tiflis təcridxanasında 161 gün ölüm aclığı edib) https://jam-news.net/az/jurnalist-efgan-sadiqov-gurcustanda-azadliga-buraxilib/
Biz beynəlxalq təşkilatlara müraciət etdik və nəticədə Avropa Məhkəməsinin qərarı ilə Əfqan 9 ay sonra azadlığa buraxıldı.
Hazırda mən və uşaqlarımız başqa bir ölkədəyik təhlükəsizliyimiz naminə. Lakin Əfqan hələ də Gürcüstandadır. Ona Gürcüstanı tərk etməyə icazə verilmir.
Azərbaycan rejimi konkret olaraq İlham Əliyev Əfqan Sadıqovu Gürcüstan ərazisində siyasi girov kimi saxlayır. Gürcüstan hakimiyyəti, xüsusilə İvanaşvili rejimi isə bu siyasi sifarişi yerinə yetirir.
Biz susmayacağıq. Biz haqq və ədalət uğrunda mübarizəmizi davam etdirəcəyik. Bütün bu illər ərzində həyat yoldaşım Əfqan Sadıqov və ailəmiz görünməmiş repressiyalarla, təzyiqlərlə, təhdid və şantajlarla üzləşdik.
İlham Əliyev rejimi təkcə Əfqana deyil, ona sahib çıxan, onu müdafiə edən hər kəsə o cümlədən mənə və uşaqlarıma qarşı da çirkin üsullara əl atdı.
Məni hədəf aldılar, çünki: Əfqanı tərk etmədim,onun səsini dünyaya çatdırdım,həqiqəti söyləməyə davam etdim.Susmadım!
Bütün bu təhdidlərə,həyatımıza gətirilən təhlükələrə baxmayaraq, bu gün də yoldaşımın yanındayam. Ailəmizin yanındayam. Sona qədər bir yerdə mübarizə aparacağıq.
Rejim bizi öldürə bilər amma parçalaya bilməz.
Biz haqq istəyirik. Biz ədalət tələb edirik.Bu, sadəcə bizim şəxsi mübarizəmiz deyil bu, haqq uğrunda, söz azadlığı və insan ləyaqəti uğrunda mübarizədir.Biz bu yolu birlikdə, əyilmədən, sona qədər gedəcəyik, Allah böyükdür!!!”