USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Abzas Media” işi: Müdafiə tərəfi ittihamları qondarma adlandırdı – məhkəmədə sübut təqdim olunmadı

Gündəm / Siyasət / Hadisə / Araşdırma

11-06-2025, 16:43

“Abzas Media” işi: Müdafiə tərəfi ittihamları qondarma adlandırdı – məhkəmədə sübut təqdim olunmadı
İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıxovun sədrliyilə baş tutan iclasda vəkillər müdafiə çıxışlarını ediblər, araşdırmaçı jurnalist Hafiz Babalı isə son sözünü deyib.

Müdafiəçilər çıxışlarında ittiham aktına və irəli sürülən cinayət əməllərinə eyni mövqedən yanaşaraq bütün ittihamların əsassız və qondarma olduğunu bildiriblər. Onların sözlərinə görə, nə istintaq dövründə, nə də məhkəmə araşdırmasında jurnalistlərin üzərinə qoyulmuş ittihamları sübuta yetirən hər hansı ifadə, maddi sübut və ya qanuni sənəd təqdim olunmayıb.

Kekalovun “əsas” ifadəsi: təzyiq altında alındığı iddia olunur

Vəkillər bildirib ki, cinayət işinin əsası təqsirləndirilən şəxslərdən biri – Məhəmməd Kekalovun istintaq zamanı verdiyi ifadə əsasında qurulub. Lakin Kekalov sonrakı məhkəmə proseslərində bu ifadəni təzyiq altında verdiyini və ona qarşı psixoloji təzyiqlər göstərildiyini bəyan edib. O, həmin ifadədən imtina edib.

Müdafiə tərəfi eyni zamanda diqqətə çatdırıb ki, Kekalovun ifadəsinə əsasən cinayət işi açıldığı halda, onun özü ifadəni verməzdən əvvəl – yəni heç bir sübut olmadan – direktor Ülvi Həsənli artıq həbs edilibmiş. Bu isə istintaqın ardıcıllığına və hüquqi əsaslara ciddi şübhə doğurur.

Qaçaqmalçılıq və leqallaşdırma iddialarının arxasında nə var?

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı əsas ittihamlardan biri də qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasıdır. Lakin vəkillər qeyd ediblər ki, tutulan şəxslərdən heç biri ölkə sərhədini qanunsuz şəkildə keçərkən saxlanılmayıb, üstəlik onların üzərindən və yaşadıqları evlərdən də hər hansı qeyri-qanuni pul və ya əmlak aşkar edilməyib.

Onlar bildiriblər ki, “tamah məqsədilə” törədildiyi iddia edilən cinayətlər üçün zəruri olan maddi zəmin – yəni ev, maşın, digər təminatlar yoxdur. “Heç birinin şəxsi evi və avtomobili yoxdur. Belə olan halda hansı tamahdan söhbət gedə bilər?” – deyə vəkillər sual ediblər.

Qrantlar və media fəaliyyəti: Cinayət deyil, inzibati məsələ

İttiham aktında “qanunsuz sahibkarlıq” və “qeyri-qanuni maliyyə vəsaitlərinin leqallaşdırılması” iddiaları da yer alıb. Müdafiə tərəfi qeyd edib ki, bu iddiaların əsası yoxdur, çünki media qurumları kommersiya deyil, maarifçi fəaliyyətlə məşğul olur və onların maliyyələşməsi qanunla tənzimlənir. Əgər qrant vəsaitlərinin alınması doğrudursa belə, bu hal cinayət məsuliyyəti deyil, inzibati pozuntu hesab olunur.

“Abzas Media”nın ofisində aşkar olunduğu iddia edilən pulların və sənədlərin isə istintaq orqanı tərəfindən hazırlanıb ora yerləşdirildiyi bildirilib.

Vəsatətlər rədd olunub, vəkillər bəraət istəyib

Vəkillər qeyd ediblər ki, istintaq və məhkəmə dövründə təqdim etdikləri heç bir vəsatət qəbul edilməyib, bu da işin obyektiv araşdırılmasına imkan verməyib. Onlar məhkəmədən ədalətli qərar gözləmədiklərini etiraf etsələr də, təqsirləndirilən şəxslərə bəraət verilməsini tələb ediblər.

Hafiz Babalı son sözünü dedi, növbəti proses iyunun 20-də

Məhkəmənin sonunda təqsirləndirilən şəxslərə son söz demək imkanı verilib. Jurnalistlərin əksəriyyəti çıxışlarını növbəti məhkəmə iclasına saxlamaq istədiklərini bildiriblər. Yalnız araşdırmaçı jurnalist Hafiz Babalı məhkəmə zalında son sözlə çıxış edib. Növbəti proses iyunun 20-nə təyin olunub.

İş üzrə kimlər təqsirləndirilir?

Xatırladaq ki, 2023-cü ilin noyabrın 20-dən etibarən “Abzas Media”nın rəhbərliyi və əməkdaşları – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs olunublar.

Bundan öncə, 2023-cü ilin may ayında “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadə də bu iş üzrə saxlanılıb. Lakin “Abzas Media” dərhal bəyanat yayaraq onunla əməkdaşlıq münasibətlərinin olmadığını bildirib.

Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunurlar?

Təqsirləndirilən şəxslərə qarşı aşağıdakı maddələr üzrə ittiham irəli sürülüb:
• 206.3.2 – Qrup halında qaçaqmalçılıq
• 206.4 – Mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq
• 192.3.2 – Mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq
• 193-1.3.1 və 193-1.3.2 – Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma
• 213.2.1 – Vergidən yayınma (mütəşəkkil dəstə ilə)
• 320.1 və 320.2 – Sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə

Bu maddələr üzrə məhkəmə onları təqsirli bilərsə, jurnalistləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İddia: Siyasi sifariş, yoxsa hüquqi proses?

Təqsirləndirilən jurnalistlər bütün ittihamları rədd edir, həbslərinin səbəbini “Abzas Media”nın korrupsiya və hakimiyyət dairələri ilə bağlı apardığı araşdırmalarla izah edirlər. Onlar bu prosesin siyasi motivli olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni mövqeni paylaşır. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə çağırış edərək jurnalistlərin dərhal azad edilməsini və onlara qarşı irəli sürülən ittihamların geri götürülməsini tələb ediblər.

Növbəti məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə / Araşdırma

20-05-2025, 20:56

Prokuror “Abzas Media işi” üzrə ağır cəzalar tələb etdi

Gündəm / Siyasət / Hadisə / Araşdırma

16-05-2025, 20:32

Ülviyyə Əli barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanıldı – jurnalist ittihamları rədd edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-05-2025, 15:11

“AbzasMedia” işi: Azərbaycanda müstəqil jurnalistlərə qarşı məhkəmə prosesi davam edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-01-2025, 12:04

"Abzas Media işi" üzrə növbəti məhkəmə iclasında Ülvi Həsənli ifadə verib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-09-2024, 18:26

Məhkəmə Abzas Media-nın işi üzrə jurnalistlərin həbs müddətini yenə uzatdı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-07-2024, 20:01

Araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddəti 3-cü dəfə uzadılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-06-2024, 09:33

Məhkəmə jurnalistlərin həbs müddətini yenə də uzatdı

Gündəm / Siyasət / Sosial / Araşdırma

7-06-2024, 02:40

Məhkəmə Fərid Mehralızadənin həbsindən verilmiş apellyasiya şikayətini təmin etmədi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2024, 20:11

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri daha üç ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

29-01-2024, 15:14

Məhkəmə jurnalist Nərgiz Absalamovanın şikayətini təmin etmədi

Son xəbərlər
  • 5-02-2026, 22:02
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • 5-02-2026, 15:30
    Lənkəran və Astarada məhkəmə qərarları ilə narkotiklər məhv edilib
  • 5-02-2026, 15:26
    Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
  • 5-02-2026, 15:22
    Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı yeniyetmə saxlanılıb
  • 5-02-2026, 15:19
    Dəmiryolu keçidlərində iki ağır qəza: bir nəfər ölüb, bir nəfər xəsarət alıb
  • 5-02-2026, 15:15
    Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı: 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
  • 5-02-2026, 15:13
    AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
  • 5-02-2026, 14:28
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • 5-02-2026, 11:00
    Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
  • 5-02-2026, 10:58
    Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
  • 5-02-2026, 10:55
    Strasburqun Qədim Simvolu – Notr-Dam Kafedralı
  • 4-02-2026, 23:03
    Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub
  • 4-02-2026, 23:00
    Şahbaz Şərif: Pakistan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri ilə fəxr edir
  • 4-02-2026, 17:04
    Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
  • 4-02-2026, 16:57
    Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
  • 3-02-2026, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • 3-02-2026, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • 3-02-2026, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • 3-02-2026, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
Daha çox
Çox oxunanlar
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
5-02-2026, 10:55
Strasburqun Qədim Simvolu – Notr-Dam Kafedralı
5-02-2026, 11:00
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
5-02-2026, 10:58
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
5-02-2026, 15:15
Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı: 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə