USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib

Gündəm / Hadisə

28-01-2026, 05:12

AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
Strasburq, 27 yanvar 2026 — Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş xanım prezidenti Petra Bayr bu gün Strasburqda mətbuat nümayəndələri ilə ilk görüşünü keçirib. Xanım Petra Bayerin iş otağında təşkil olunan tədbirdə məhdud sayda mətbuat nümayəndəsi iştirak edib. AŞPA prezidenti ilə görüşə Azərbaycandan Foto.info.az xəbər agentliyi, AzTV-nin Avropa üzrə nümayəndəsi, AzerFreedom TV jurnalistləri, eləcə də Türkiyə, Moldova və Ukraynadan olan media təmsilçiləri dəvət olunublar. Strasburgda keçirilən AŞPA-nın qış sesiyasını işıqlandırmaq üçün 270 -dən artıq Avropa və Asiyanın nüfuzlu TV və xəbər agentliklərinin jurnalistləri iştirak edir.

Qeyd edək ki, bu görüşdən əvvəl AŞPA-nın yeni seçilmiş prezidenti Petra Bayr öz iş otağında Moldova Respublikasının Prezidenti xanım Maya Sandunu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

Media nümayəndələrinin də məhz iş otağında qəbul edilməsi AŞPA-nın və onun rəhbərliyinin mediaya, eləcə də söz və ifadə azadlığına verdiyi önəmin bariz göstəricisi kimi qiymətləndirilir.

AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib

Görüş zamanı AzTV jurnalistinin Azərbaycan–Ermənistan arasında gedən sülh prosesinə münasibətlə bağlı sualını cavablandıran xanım prezident bildirib ki; “sülh prosesi hazırda müsbət istiqamətdə irəliləyir. Onun sözlərinə görə, son dövrlərdə ciddi insidentlər qeydə alınmayıb və ümumi vəziyyət stabildir. Bununla yanaşı, hələ də həllini gözləyən məsələlərin mövcud olduğunu vurğulayan Petra Bayr, xüsusilə erməni məhbuslarla bağlı problemlərə və Qırmızı Xaçın ölkəni tərk etməsindən sonra onlarla əlaqənin kəsilməsinə diqqət çəkib.

Dəhliz məsələsində ciddi çətinliklərin olmadığını deyən AŞPA prezidenti, Ermənistanda keçiriləcək seçkilərdən sonra prosesin daha sürətlə davam edəcəyinə ümid etdiyini bildirib. O, sülhün iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıdığını, münasibətlərin normallaşmasının və qarşılıqlı əməkdaşlığın mümkünlüyünü qeyd edib. Xüsusilə razılaşmada hər iki ölkənin beynəlxalq məqsədlərinə mane olunmamasını nəzərdə tutan bəndi müsbət addım kimi dəyərləndirib.”

Azərbaycan nümayəndə heyətinin 2024-cü ildən etibarən AŞPA-da iştirak etməməsi məsələsinə toxunan xanım Bayr bildirib ki, yaxın aylarda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirməyi planlaşdırır. O, AŞPA-nın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və Azərbaycanın yenidən Assambleyada təmsil olunacağına inandığını qeyd edib.

Xanım Petra Bayr bu vəzifəyə AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə qələbə qazanaraq seçilib. O, səsvermənin ilk turunda mütləq çoxluqla qalib gəlib və bir il müddətinə–yenilənə bilən mandatla prezidentliyi qəbul edib.

Görüş zamanı Bayr AŞPA-nın gələcək fəaliyyət prioritetləri, Avropa dəyərlərinin qorunması və beynəlxalq hüququn gücləndirilməsi barədə danışıb. O, demokratiya, insan hüquqları və ifadə azadlığı kimi əsas prinsiplərin müdafiəsinin vacibliyini vurğulayıb və “insafsızlığa qarşı susmamalıyıq” mesajını verib. 

Bayr həm də Avropa Şurasının insan hüquqları konvensiyalarının həyata keçirilməsinin genişləndirilməsi, regional əməkdaşlığın dərinləşdirilməsi və gənc nəsillərlə əlaqələrin gücləndirilməsi planlarından bəhs edib.

Görüşdə o cümlədən regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA prezidenti ilə görüşərkən, Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və parlamentlərarası əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıb. 

Bayr AŞPA-nın 36-cı prezidenti olaraq Teodoros Rousopoulosun yerini alıb. O, Avstriyadan seçilən üçüncü prezidentdir və bu vəzifədəki beşinci qadındır.
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib

Paylaş:
Digər xəbərlər

Hadisə / Araşdırma

26-01-2026, 20:37

Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib

Hadisə

20-01-2024, 15:45

Prezident və xanımı "20 Yanvar" Şəhidlərini ehtiramla yad ediblər

İdman

15-10-2023, 01:25

Almaniyada yaşayan Azərbaycan əsilli idman ustası Sabir Süleyman növbəti beynəlxalq Sudo hakimlik seminarını keçirib

Sosial / Hadisə / İdman

5-08-2023, 22:43

Azərbaycanlı idman ustası Almaniyada növbəti “SUDO” Beynəlxalq Hakimlik seminarını keçirib

Sosial / Hadisə

10-07-2023, 19:14

Zakir İbrahimov “AzerGold” QSC-də çalışan Daşkəsən sakinləri ilə görüşüb

Son xəbərlər
  • Bugün, 15:46
    Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
  • Bugün, 15:44
    Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
  • Bugün, 15:42
    Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
  • 16-07-2026, 19:25
    Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
  • 16-07-2026, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • 16-07-2026, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
Daha çox
Çox oxunanlar
13-07-2026, 01:10
Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
12-07-2026, 13:55
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
14-07-2026, 12:44
AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
12-07-2026, 14:00
TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
14-07-2026, 12:46
Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
12-07-2026, 13:52
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə