USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?

Gündəm

25-06-2026, 20:03

Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?

Strasburqda AŞPA-nın yay sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli yan tədbirdə Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməməsi, Osman Kavala və Selahattin Demirtaş işləri, ByLock məhkumluqları və Avropa Şurasının icra mexanizmlərinin gələcəyi müzakirə olunub.

STRASBURQ, 24 iyun 2026 — Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının açılış günündə Strasburqda keçirilən yan tədbir Avropa insan hüquqları sisteminin ən ciddi problemlərindən birini gündəmə gətirib: üzv dövlətlərin, xüsusilə Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını sistemli şəkildə icra etməməsi.

Human Rights Solidarity və The Arrested Lawyers təşkilatlarının təşəbbüsü, Sir Christopher Chope-un sponsorluğu ilə keçirilən tədbir AŞPA sessiyası çərçivəsində baş tutub. Tədbirdə türk və azərbaycanlı jurnalistlərin də iştirakı müzakirə olunan mövzunun yalnız Türkiyə ilə məhdudlaşmadığını, bütövlükdə Avropa Şurası məkanında hüququn aliliyi və məhkəmə qərarlarının icrası məsələsinin geosiyasi əhəmiyyət daşıdığını göstərib.

Paneldə insan hüquqları üzrə vəkil, Avropa Cinayət Hüquqşünasları Assosiasiyasının nümayəndəsi Alexis Anagnostakis, Kiprdən AŞPA üzvü və Avropa Məhkəməsi qərarlarının icrası üzrə məruzəçi Constantinos Efstathiou, eləcə də Britaniya parlamentinin üzvü Sir Christopher Chope çıxış ediblər. Tədbirin moderatoru vəkil Coşkun Yorulmaz olub.

Müzakirənin rəsmi mövzusu Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası olsa da, əsas sual daha kəskin idi: Avropa Şurası sistemi bir üzv dövlətin açıq itaətsizliyinə nə qədər dözə bilər və bu itaətsizlik sistemin özünü sarsıtmadan harada dayandırılmalıdır?

“Məhkəmə qərarları icra olunmursa, bu məhkəməyə hakim olmaq niyə istənilir?”

Sir Christopher Chope çıxışında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmamasını sistemin özünü məhvə aparan proses kimi qiymətləndirib.

Təxminən iyirmi ildir fasilələrlə AŞPA-da fəaliyyət göstərən Chope Assambleyanın Hüquq Məsələləri Komitəsi və Miqrasiya Komitəsində çalışıb, hazırda isə Avropa Məhkəməsinə hakimlərin seçilməsi ilə məşğul olan komitənin üzvüdür. O bildirib ki, bu mövqedən çıxış edərək hakimliyə namizədlərə dəfələrlə belə bir sual verib:

“Niyə siz qərarları həmin qərarların aid olduğu dövlətlər tərəfindən icra edilməyən bir məhkəməyə hakim olmaq istəyirsiniz?”

Chope-un fikrincə, Avropa Şurası yalnız qərar qəbul edən deyil, həm də qəbul etdiyi qərarların icrasını təmin edə bilən sistem kimi qalmalıdır. Əks halda, Məhkəmənin nüfuzu və bütövlükdə Avropa insan hüquqları mexanizminin legitimliyi sual altına düşür.
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
Türkiyəyə qarşı işlərin miqyası

Tədbirdə təqdim olunan rəqəmlər Türkiyə ilə bağlı problemin miqyasını açıq şəkildə göstərib.

Məlumata görə, hazırda Avropa İnsan Hüquqları Məhkəməsində baxılmasını gözləyən bütün işlərin 36 faizdən çoxu Türkiyəyə qarşıdır. Bu, 61 250 işdən təxminən 22 450-nin Türkiyə ilə bağlı olması deməkdir.

Türkiyə təkcə pending, yəni baxılmasını gözləyən ərizələrin sayına görə deyil, həm də aparıcı qərarların və Nazirlər Komitəsinin nəzarətində olan icra edilməmiş qərarların sayına görə Avropa Şurasına üzv dövlətlər arasında ön sıradadır.

2024-cü ilin iyun ayına olan məlumata görə, Türkiyə ilə bağlı 156 aparıcı iş və 375 təkrarlanan iş icra edilməmiş qalırdı. Bundan əlavə, Türkiyənin icrası gözlənilən 137 aparıcı işi var ki, bu da Avropa Şurası məkanında ən yüksək göstəricidir.

Tədbirdə bildirilib ki, yan tədbirdən bir gün əvvəl Məhkəmə Türkiyə ilə bağlı daha 890 ərizəni qəbul edib. Bu işlər ümumilikdə bir milyondan çox insanı əhatə edir. Onların arasında Türkiyənin antiterror qanunları əsasında məhkum edilmiş təxminən 500 min şəxs də var.

Çıxış edənlər xatırladıblar ki, Türkiyə Avropa Şurası tarixində Avropa Konvensiyasının 46-cı maddəsinin 4-cü bəndi üzrə pozuntu proseduru ilə üzləşən ikinci ölkədir. Bu prosedur Konvensiya sistemində üzv dövlətə qarşı tətbiq edilə biləcək ən ciddi kollektiv mexanizmlərdən biri hesab olunur. İlk belə hal Azərbaycanla bağlı olmuşdu.

Osman Kavala və Selahattin Demirtaş işləri
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?

Müzakirədə xüsusi olaraq Osman Kavala və Selahattin Demirtaş işləri üzərində dayanılıb. Çıxış edənlər bu işləri yalnız fərdi hüquq pozuntuları kimi deyil, Türkiyədə məhkəmə sisteminin siyasi alətə çevrilməsinin simvolu kimi qiymətləndiriblər.

Vətəndaş cəmiyyəti nümayəndəsi və incəsənət himayədarı Osman Kavala səkkiz ildən çoxdur həbsdədir. O, 2017-ci ilin oktyabrında saxlanılıb, 2020-ci ilin fevralında bəraət alsa da, dərhal yeni ittihamlarla yenidən həbs olunub. 2022-ci ilin aprelində isə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Kavalaya münasibətdə onun azadlığa buraxılması barədə iki dəfə qərar verib. Buna baxmayaraq, Türkiyə məhkəmələri həmin qərarları icra etməyib.

AŞPA-nın Türkiyə üzrə keçmiş məruzəçisi Stefan Schennach tədbirdə çıxış edərək Kavalaya həbsxanada iki dəfə baş çəkdiyini bildirib. Onun sözlərinə görə, Kavalaya ömürlük həbs cəzası verildikdən sonra həyat yoldaşı ilə görüşlər ayda yalnız bir dəfə və şüşə arxasında mümkün olub.

Schennach bildirib ki, Kavalanın təcrid vəziyyəti ayrıca cinayət kimi qiymətləndirilməlidir.
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
Paneldə Selahattin Demirtaş işi də geniş müzakirə olunub. Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Demirtaş 2016-cı ilin noyabrından həbsdədir. 2024-cü ilin mayında, Avropa Məhkəməsinin Böyük Palatasının onun azadlığa buraxılması barədə qərarından təxminən dörd il sonra, Demirtaş siyasi fəaliyyəti və sosial media paylaşımları ilə bağlı ittihamlar əsasında 42 il həbs cəzasına məhkum edilib.

Schennach qeyd edib ki, Demirtaşın həyat yoldaşının onu ziyarət etmək hüququ olsa da, bu hüquqdan istifadə etmək üçün iki tam gün yol getmək lazımdır. Onun sözlərinə görə, İstanbuldan Demirtaşın saxlandığı həbsxanaya avtomobillə yol yeddi saat çəkir.

ByLock işi və kütləvi hüquqi böhran

Tədbirdə Türkiyədə ByLock tətbiqi ilə bağlı məhkumluqlar ayrıca kütləvi hüquqi böhran kimi təqdim edilib.

2023-cü ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Yalçınkaya Türkiyəyə qarşı işi üzrə mühüm qərar qəbul edib. Müəllim Yüksel Yalçınkaya terror təşkilatına üzv olmaqda məhkum edilmişdi və ona qarşı əsas sübut kimi ByLock adlı şifrəli mesajlaşma tətbiqindən istifadə iddiası göstərilmişdi.

Türkiyə hakimiyyəti bu tətbiqin 2016-cı il çevriliş cəhdinə görə məsul sayılan şəxslər tərəfindən istifadə edildiyini iddia edirdi. Lakin Avropa Məhkəməsi bu yanaşmanın avtomatik təqsirlilik prezumpsiyası yaratdığını müəyyən edib.

Böyük Palata Yalçınkaya işində Avropa Konvensiyasının 7-ci maddəsinin — qanunsuz cəza olmaz prinsipinin, 6-cı maddənin 1-ci bəndinin — ədalətli məhkəmə hüququnun və 11-ci maddənin — toplaşmaq azadlığının pozulduğunu bildirib.

Məhkəmə Türkiyə məhkəmələrinin ByLock istifadəsini terror təşkilatına üzvlüyün sübutu kimi ümumi qaydada qəbul etməsini “sərt məsuliyyətə bənzər” məhkumetmə mexanizmi kimi qiymətləndirib.

Qərarın tarixi əhəmiyyəti onun miqyası ilə bağlıdır. Məhkəmə bildirib ki, bu qərar Strasburqda baxılmasını gözləyən 8 mindən çox işə və gələcək illərdə Məhkəməyə çatacağı gözlənilən 100 mindən çox işə təsir edə bilər.

Tədbirdə qeyd olunub ki, panelin keçirildiyi günə qədər bu kateqoriyada Avropa Konvensiyasının 6-cı və 7-ci maddələrinin pozuntusu üzrə 3500-dən çox fərdi qərar qəbul edilib.

“Kavala ona görə həbsdə deyil ki, bir hökumət güclüdür; ona görə həbsdədir ki, Avropa tərəddüd edir”

Panelin ən sərt çıxışlarından biri Alexis Anagnostakis tərəfindən edilib. O bildirib ki, yaranmış vəziyyətə görə məsuliyyət yalnız Türkiyə hakimiyyətinin üzərinə qoyulmamalıdır. Onun sözlərinə görə, Avropa institutları, Avropa hökumətləri, hüquqşünaslar, vəkillər kollegiyaları və bütövlükdə sistemin arxitekturası da məsuliyyəti bölüşür.

Anagnostakis deyib ki, Osman Kavalanın hələ də həbsdə qalmasının səbəbi yalnız Türkiyə hökumətinin gücü deyil, Avropanın tərəddüdüdür.

“Kavala hələ də həbsdədir, çünki bir hökumət güclüdür — buna görə yox. O hələ də həbsdədir, çünki Avropa tərəddüd edir,” — deyə o bildirib.

Onun sözlərinə görə, Selahattin Demirtaşın həbsdə qalması da Türkiyənin sadəcə itaətsizliyi ilə deyil, bu itaətsizliyin çox az siyasi və hüquqi bədəl doğurması ilə bağlıdır.

Anagnostakis xüsusilə Türkiyədə vəkillərə qarşı təqiblərə diqqət çəkib. O bildirib ki, təxminən 10 min ərizə Avropa Məhkəməsində şifrəli mesajlaşma tətbiqləri əsasında qurulmuş cinayət işləri ilə bağlıdır. Onun sözlərinə görə, Türkiyədə bəzi vəkillər müştərilərini müdafiə etdikləri üçün məhkum edilib, bəziləri isə artıq peşə fəaliyyəti ilə məşğul ola bilmir.

“Müdafiəçi vəkil ədalətə maneə deyil və həbsdə olmamalıdır. Müdafiəçi vəkil ədalətin özüdür,” — deyə Anagnostakis bildirib.

O, çıxışını belə bir sualla tamamlayıb: “Biz indiyədək etmədiyimiz nəyi etməyə hazırıq? Ritorik olaraq yox, konkret şəkildə. Əgər cavab yeni heç nədirsə, onda üç ildən sonra yenə eyni və ya oxşar otaqda, eyni işlərlə və ya daha uzun siyahı ilə toplaşacağıq.”
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
Hakimlərə sanksiya məsələsi

Human Rights Solidarity-nin icraçı direktoru Burak Batuhan Karakuş tədbirdə Türkiyə məhkəmələrinin siyasi motivli qərarları ilə bağlı sual qaldırıb.

O bildirib ki, əgər Avropa Məhkəməsinin yeddi ayrı işində müxtəlif Türkiyə məhkəmələrinin hakimlərinin Konvensiyanın 18-ci maddəsini pozduğu müəyyən edilibsə, bu, artıq bir model kimi adlandırılmalıdır. Onun sualı belə olub: siyasi motivli həbslərdə rol oynayan ayrı-ayrı hakimlər sanksiyalarla üzləşməlidirmi?

Sir Christopher Chope bu suala cavabında fərdi hakimlərə sanksiya tətbiqinin əsas problemdən diqqəti yayındıra biləcəyini deyib. Onun fikrincə, məsələ yalnız ayrı-ayrı hakimlərin davranışı deyil, bütövlükdə sistemin siyasi məqsədlər üçün istifadə olunmasıdır.

Panel üzvləri qeyd ediblər ki, bu cür işlərdə hakimlər müstəqil qərar verən şəxslər kimi deyil, siyasi prosesin icraçıları kimi çıxış edirlər. Bununla belə, Anagnostakis vurğulayıb ki, sanksiyalar yalnız Türkiyəyə deyil, bütün üzv dövlətlərə aydın mesaj verməlidir: siyasi alətə çevrilən hakimlər və prokurorlar bunun nəticələri ilə üzləşməlidirlər.

Chope isə daha geniş problemə diqqət çəkib. Onun sözlərinə görə, əgər Türkiyənin mövqeyi supramilli qurumun daxili qərarlar üzərində legitim səlahiyyətinin olmaması fikrinə əsaslanırsa, o zaman Türkiyə Avropa Şurasından çıxmalıdır.

“Heç bir təşkilat öz daxilində belə münaqişələrlə yaşaya bilməz,” — deyə Chope bildirib.

Maqnitski tipli sanksiyalar gündəmdə
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
Constantinos Efstathiou çıxışında Türkiyə ilə bağlı institusional prosesləri xatırladıb.

O bildirib ki, AŞPA-nın 2023-cü ilin payızında qəbul etdiyi 2518 saylı qətnamə və 2261 saylı tövsiyə Osman Kavalanın həbsdə saxlanılmasına görə məsul Türkiyə rəsmilərinə qarşı Maqnitski tipli hədəfli sanksiyaların tətbiqinə çağırırdı.

Efstathiou 2024-cü ilin oktyabrında Türkiyəyə qarşı tamamlayıcı birgə prosedur təşəbbüsü irəli sürdüyünü də bildirib. Bu prosedur AŞPA və Nazirlər Komitəsinin səlahiyyətlərini birləşdirə bilərdi. Lakin təşəbbüs tələb olunan 120 imzanı toplaya bilməyib. Onun sözlərinə görə, bu prosesə geosiyasi amillər təsir göstərib.

Buna baxmayaraq, məsələ gündəmdən çıxarılmayıb. Efstathiou bildirib ki, bu ilin yanvarında həm Avropa İttifaqını, həm də Avropa Şurasını Avropa Məhkəməsinin tarixi qərarlarını sarsıdan keçmiş və hazırkı hakim və prokurorlara qarşı Maqnitski tipli sanksiyalar tətbiq etməyə çağıran yeni təşəbbüs irəli sürüb. Aprel ayına qədər bu təşəbbüs kifayət qədər imza toplayıb.

Yan tədbirdən bir həftə əvvəl isə Avropa Parlamenti Türkiyənin hazırkı ədliyyə nazirinə qarşı belə sanksiyaların tətbiqinə çağıran düzəliş qəbul edib.

Efstathiou Türkiyənin AİHM qərarlarına 79 faiz səviyyəsində əməl etməsi barədə rəsmi iddiasını da tənqid edib. Onun sözlərinə görə, bu rəqəm sadə və təkrarlanan işlərin tez bağlanması hesabına formalaşır, lakin aparıcı işləri — sistemli və struktur problemləri göstərən qərarları nəzərə almır.

“Hüququn aliliyi yalnız onu formalaşdıran, qoruyan və icra edən institutlar olduqda bərqərar ola bilər,” — deyə Efstathiou bildirib.

O əlavə edib ki, heç bir dövlət Avropa Şurasına üzv olmağa məcbur edilməyib. Əgər dövlətin konstitusiyası Avropa Konvensiyası ilə ziddiyyət yaradırsa, çıxış yolu Konvensiya qərarlarını rədd etmək deyil, konstitusiyanı dəyişməkdir.

Türkiyənin yayınma taktikaları

Tədbirdə Human Rights Watch, Beynəlxalq Hüquqşünaslar Komissiyası və Turkey Human Rights Litigation Support Project tərəfindən hazırlanmış birgə brifinqlərdə göstərilən məqamlar da müzakirə olunub.

Bu brifinqlərə əsasən, Türkiyənin AİHM qərarlarına əməl etməməsi təsadüfi deyil, müəyyən modelə əsaslanır. Prokurorlar və hakimlər Avropa Məhkəməsinin qərarlarını görməzdən gəlir, Məhkəmənin sistemli problem kimi tanıdığı əsaslarla şəxsləri təqib və məhkum etməyə davam edirlər.

Kavala və Demirtaş işlərində isə eyni faktiki və hüquqi əsasların yeni cinayət ittihamları kimi təqdim olunması, bununla da davam edən həbslərin əsaslandırılması xüsusi nümunə kimi qeyd edilib.

Paneldə bildirilib ki, Türkiyə hökuməti Avropa Şurası ilə prosedur baxımından əməkdaşlıq edən kimi görünür, mütəmadi fəaliyyət planları təqdim edir. Lakin bu sənədlərin çoxu real icra mexanizmi yaratmır və yayınma xarakteri daşıyır.

Bəzi hallarda isə Türkiyə hakimiyyəti Avropa Məhkəməsinin daxili qanunvericiliyin Konvensiyaya uyğunluğunu qiymətləndirmək səlahiyyətini açıq şəkildə sual altına alıb. Prezident Recep Tayyip Erdoğan və hakim koalisiya AİHM qərarlarını açıq şəkildə tənqid edib.

Avropa İttifaqı təsirini itirib, Avropa Şurası hələ də əsas platformadır

Çıxış edənlərdən bir neçəsi Avropa İttifaqının Türkiyə üzərində əvvəlki təsir rıçaqlarını faktiki olaraq itirdiyini bildiriblər. Onların fikrincə, uzun müddət Türkiyə üçün əsas siyasi motivasiya sayılan Aİ üzvlüyü perspektivi zəifləyib və onun yerini miqrasiya, müdafiə və regional sabitlik kimi sahələri önə çəkən strateji tərəfdaşlıq yanaşması tutub.
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
Bu şəraitdə Avropa Şurası Türkiyə ilə bağlı hələ də real legitimlik çərçivəsi təqdim edən əsas beynəlxalq institut kimi qalır. Constantinos Efstathiou bunu “real təsir rıçağı” adlandırıb.

Onun fikrincə, əsas sual bu rıçağın istifadə olunub-olunmayacağıdır.

Stefan Schennach isə çıxışında davamlı beynəlxalq diqqətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanla bağlı təcrübəsini xatırladaraq bildirib ki, ildə bir neçə dəfə ölkəyə səfər etməsi və siyasi məhbuslarla bağlı məsələni gündəmdə saxlaması nəticə verirdi.

“Əgər dəfələrlə getməsəniz, onlar məhbusları unudacaqlar,” — deyə Schennach bildirib.

Strasburqda 24 iyunda keçirilən tədbir dolu zalda baş tutub. Lakin müzakirənin sonunda cavabsız qalan əsas sual bu olub: Avropa Şurası sistemi öz qərarlarını icra etdirmək üçün yetərli siyasi iradə göstərə biləcəkmi?

Yan tədbir Human Rights Solidarity və The Arrested Lawyers təşkilatları tərəfindən, Sir Christopher Chope MP-nin sponsorluğu ilə, AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunub.

Tərlan Novruzov

Paylaş:
Digər xəbərlər

Gündəm

19-06-2026, 18:44

AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər

Gündəm

27-01-2026, 19:31

Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib

Gündəm / Siyasət

26-01-2026, 16:06

Strasbourg, Fransa — Avropa Parlament Assambleyasında “Türkiyə Dokuma Atlası” Mədəniyyət Sərgisi Açııb

Gündəm / Sosial / Hadisə

27-05-2022, 19:42

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb

Gündəm

24-09-2021, 09:18

İlham Əliyev BMT-nin 76-cı sessiyasında çıxış etdi

Gündəm

13-07-2021, 16:30

İlham Əliyev konfransda çıxış etdi

Gündəm

10-11-2020, 09:13

İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN

Gündəm

26-08-2020, 14:50

Qəvvam əs-Səltənin Moskva görüşləri və ya Cənubi Azərbaycanın taleyinin həll edildiyi günlər

Gündəm

2-06-2020, 13:15

Zakir Qaralova qarşı sensasion ittihamlar: Tələbə vaxtı evində qaldığı adama cinayət işi açıb- SABİQ BAŞ PROKUROR "ADNA TERRORU"NUN İSTİNTAQINI SAXTALAŞDIRIB

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2020, 13:55

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”

Gündəm

16-03-2020, 16:40

İlham Əliyev Sahil Babayevi qəbul etdi

Gündəm

26-02-2020, 12:59

Ermənilər hamını zorlayırdı, növbə mənə çatanda... - 9 yaşlı qızın dəhşətli Xocalı ETİRAFLARI/VİDEO

Son xəbərlər
  • 18-07-2026, 15:46
    Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
  • 18-07-2026, 15:44
    Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
  • 18-07-2026, 15:42
    Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
  • 16-07-2026, 19:25
    Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
  • 16-07-2026, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • 16-07-2026, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
Daha çox
Çox oxunanlar
16-07-2026, 19:25
Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
14-07-2026, 12:44
AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
14-07-2026, 12:46
Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
14-07-2026, 12:55
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
16-07-2026, 13:54
Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
16-07-2026, 13:56
ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə