Dünən “Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə Türkiyə nəhəngi “Beşiktaş”a məğlub oldu. Məlumdu ki, ölkəmizdə də Türkiyə futboluna, eləcə də “Beşiktaş”a azarkeşlik edən yüzminlərlə adam var.
Foto.info.az “Football-plus.az”-a istinadən xəbər verir ki, hətta dünən “Beşiktaş Azərbaycan” fanklubunun üzvləri də qarşılaşmanı türkiyəli fanatlarla birgə izləyirdi. Lakin sosial şəbəkələrdə bəzi fanatların öz klubumuzu yox, “qara qartallar”ı dəstəkləməsi heç də xoş qarşılanmayıb. Belə tənqidlərdən biri də flaqman azarkeşi kimi tanınan meyxanaçı Pərviz Sabirabadlıdan gəldi. O, “Neftçi” azarkeşlərinin “instaqram”da işlətdiyi sosial şəbəkə hesablarından birinin rəy bölümünə təhqir dolu sözlər yazıb:
“Yaltaqlar…, vətənini satan…, tüpürüm onların olmayan şərəfinə, mənliyinə, qeyrətinə. Öz vətənini, xalqını, komandasını satırsansa, dünyada səndən… yoxdu”.
Bəzi söyüşlərin yerinə üç nöqtə qoymalı olduq.