USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bu gün saat 01:45-də "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü İlham İntiqam oğlu Əsədzadə dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.
Bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır.
"ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır", - deyə məlumatda qeyd olunub