USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Heybət Quliyev aralarında yaranan mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.
İlkin məlumatlara görə, qətli törədən şəxs İlkin adlı bir nəfərdir. Mübahisə zamanı İlkin bıçaqla Heybət Quliyevin şah damarına bir neçə zərbə endirib. Ağır xəsarət alan Quliyev hadisə yerindəcə həyatını itirib.
Cinayəti törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hadisənin motivləri və təfərrüatları istintaqdan sonra dəqiqləşəcək.