USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Xalq artisti Siyavuş Kərimi Respublika Muğam Müsabiqəsində qaliblərin yerlərinin pulla satılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, “AStar TV”yə müsahibəsində səsləndirilən fikirləri əsassız və “cəfəngiyyat” adlandıraraq bu ittihamları qəti şəkildə təkzib edib.
Qeyd edək ki, ötən il keçirilən müsabiqə ilə bağlı oxşar iddialar səsləndirilmişdi. Müğənni Almaxanım Əhmədli çıxışlarından birində Siyavuş Kərimini qaliblərin yerlərini pulla satmaqda ittiham etmişdi və bunun iddia deyil, fakt olduğunu bildirmişdi.
Xatırladaq ki, Siyavuş Kərimi uzun illər Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsində çalışıb.