
Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində narkotiklərlə bağlı genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, narkotik və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 44 fakt aşkarlanıb.
Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 759 kq-dan artıq narkotik vasitə çıxarılıb. Bildirilib ki, aşkar edilən cinayətlərin 54-ü qrup halında törədilib və bu faktlar üzrə yüzlərlə kiloqram narkotik və psixotrop maddə müsadirə olunub.
Eyni zamanda, 500 cinayət faktının əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədildiyi qeyd olunub və bu hallarla bağlı 454 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Ümumilikdə isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilib. Onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır və həmin şəxslərdən 112 kq-dan artıq narkotik vasitə götürülüb.