
Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçirilir.
Tədbirdə rəqabət siyasətinin inkişafı, bu sahədə əməkdaşlığın genişləndirilməsi və üzv ölkələr arasında təcrübə mübadiləsi məsələləri müzakirə olunur.
İclasın açılışında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.
Forum çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edir.
Tədbirin davamında rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin çıxışları nəzərdə tutulur.
İclasın sonunda iştirakçı ölkələr arasında Birgə Kommünikenin imzalanması mərasimi keçiriləcək.