USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ağstafa rayonunda 2 nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən dava-dalaş olub.
Foto.info.az xəbər verir ki, rayonun Sadıqlı kəndinin mərkəzindəki parkda 1977-ci il təvəllüdlü Namazov İsə Sadıq oğlu ilə, həmyerlisi, 1995-ci il təvəllüdlü Omarov Elnur Eldar oğlu arasında münaqişə baş verib. Bu zaman onlar bıçaqla bir-birlərinə zərbələr endiriblər. Hər iki şəxs kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.