USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb.
Şəhər sakini, 1937-cü il təvəllüdlü H.Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S.Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H.Hacıyev saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.