USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

BAĞLANAN BANKLARDAN DAHA BETƏRLƏRİ VAR – Yaxud, biznes kreditlərinə qəpik-quruş ayıran banklar hansılardır?

İqtisadiyyat

16-05-2020, 17:42

BAĞLANAN BANKLARDAN DAHA BETƏRLƏRİ VAR – Yaxud, biznes kreditlərinə qəpik-quruş ayıran banklar hansılardır?Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin edilib və daha sonra bu 4 bankın lisenziyası ləğv olunub. Nəticədə çoxlu sayda sahibkarın külli miqdarda vəsaiti həmin banklarda batıb, hər bankda çalışan yüzlərlə bank işçisi işsiz qalıb.

Maraqlıdır ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi son mətbuat konfransında bank sektorunda yoxlamaların hələ yeni başladığını qeyd edib: “Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank kimi bankların sayı çox olar.”

Baş bankirin bu açıqlaması digər banklarda əmanətləri və hesabı olan olan sıravi vətəndaşlarda, eləcə də sahibkarlarda narahatlıq yaratmaqla yanaşı, bir çox suallar doğurub. Məsələn, əgər belə bankların sayı çoxdursa, nədən ilk olaraq məhz bu 4 bank seçilib və seçim edilərkən hansı kriteriyalar əsas götürülüb?

Qeyd edək ki, ölkə başçısı bu ilin yanvarında keçirilən iqtisadi müşavirədə bank sektorundakı problemlərə toxunarkən bir məsələni xüsusi qeyd etmişdi – biznes kreditlərinin istehlak kreditlərindən daha vacib olmasını: “Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər… Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir… Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.”

Ancaq məsələ ondadır ki, bank sektoruna nəzarət funksiyası daşıyan Mərkəzi Bank həmin müşavirədən cəmi 4 ay sonra 4 bankın ləğvinə qərar verdi və bu, istər həmin banklarda əmanətləri olan vətəndaşlar, istərsə də hesablarında külli miqdarda vəsait olan sahibkarlar üçün növbəti sürpriz oldu. Xüsusilə sahibkarların bu banklarda külli miqdarda vəsaiti batdı.

Biznes kreditlərinə istehlak kreditlərinə nisbətdə üstünlük verilməsainə gəlincə, yenə də bir çox banklar bunun əksini edirlər. Və maraqlıdır ki, bağlanan banklar bu məslədə hazırda fəaliyyət göstərən bəzi adlı-sanlı banklara nisbətən daha yaxşı nəticələrə malik olublar.

2020-ci ilinin ilk rübünün nəticələrinə dair statistika göstərir ki, məsələn bağlanan “AGBank” ASC və “NBCBank” öz maliyyə durumlarının imkan verdiyi çərçivədə kifayət qədər aktiv şəkildə biznes kreditləri veriblər. Belə ki, “NBCBank” 85 milyon, “AGBank” isə 146.6 milyon manatlıq biznes krediti portfelinə malikdir.

Ancaq onlarla müqayisədə “BANK BTB” 75 milyon, “Exspressbank” 62 milyon, “Bank Avrasiya” isə cəmi 60 milyon manatlıq biznes kreditləri verib.


İstehlak kreditləri üzrə lider banklardan olan “Bank of Baku” isə təxminən bağlanan “NBCBank” qədər – cəmi 87 milyon manatlıq biznes krediti portfelinə malikdir.

Müqayisə üçün qeyd edək ki, həmin bu “Bank of Baku” 260 milyon manatlıq istehlak krediti verib, yəni biznes kreditlərindən 3 dəfə çox(!). Əvəzində, “NBCBank” 40 milyon, “AGBank” isə cəmi 22 milyon manatlıq istehlak krediti portfelinə malik olub. Bu, o deməkdir ki, həmin banklar biznes kreditinə istehlak kreditindən dəfələrlə artıq vəsait ayırıblar.

Onlarla müqayisədə sistem bankları sayılmayan “Unibank”( 272 milyon manat), “Bank of Baku”(260 milyon manat), “Expressbank”(141 milyon) kimi banklar dəfələrlə artıq məbləğdə istehlak krediləri paylayıblar – yəni ölkə başçısının da dediyi kimi, asan yol tutublar. Ancaq nədənsə, belə bankları “düz yola” dəvət edən hələ ki, yoxdur…

Təbii ki, Mərkəzi Bankın sözügedən 4 bankı bağlamaqda kapitalın mənfi olması kimi müəyyən arqumentləri var. Təbii ki, burada həqiqət payı mövcuddur və həmin banklar əlbəttə ölkənin heç də ən sağlam bankları deyildi.

Lakin aşağı-yuxarı eyni durumda olan banklar az deyil. Və yaxşı olar ki, Mərkəzi Bank bankların biznesə dəstəyi məsələsinə də fikir versin və onların fəaliyyətini qiymətləndirərkən bu amili xüsusi nəzərə alsın.

Misal üçün bank sektorunun və biznes mühitinin heç də sağlamlığından xəbər verməyən istehlak kreditlərinin yüksək həcmi barədə mənzərə ilə tanış olmaq üçün bir statistikaya nəzər yetirək.


Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditinin kredit portfelindəki payı üzrə cədvəli göstərir ki, “Bank of Baku”-nun istehlak kreditləri ümumi kredit portfelinin 75 faizini təşkil edir. Eyni siyahıda “Expressbank” – 69 faiz, “Unibank” – 59 faiz, “Azər-Türk Bank” – 56 faiz, “Bank BTB” – 48 faiz göstəricilərlə “lider”dirlər.

Həmin bankların əksəriyyəti istehlak kreditlərilə müqayisədə biznes kreditlərinə qəpik-quruş ayırırlar. Hələ yoxlayan olsa, biznes adı ilə ayırdıqları pulların da əksəriyyətinin özlərinə yaxın şəxslərə verildiyi üzə çıxar. Elə bunun nəticəsidir ki, uzun illərdir “sahibi olmayan” bir çox sahibkarlar məlum səbəblərdən belə bankların qapısından əliboş qaytarılır.

Ancaq Mərkəzi Bank nədənsə indiyə qədər bu reallığa elə bir ciddi əhəmiyyət verməyib. Daha doğrusu, üzdə biznesin canlandırılması üçün bankların biznes kreditləri ayırmasında maraqlı olduğunu göstərsə də, reallıqda bu istəyin gerçəkliyə çevrilməsinin şahidi ola bilmirik.

Çünki bankları və sahibkarları biznes kreditlərilə bağlı stimullaşdıran heç bir ciddi addım atılmır. Və belə davam etdikcə də qeyri-neft sektorunda, bütövlükdə iqtisadiyyatda canlanma gözləmək mənasız olur…/azpolitika.info/

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

14-05-2020, 11:00

BANKLARA İNANAQ, YOXSA İNANMAYAQ? - Elman Rüstəmov yenə əhalini çaş-baş saldı

İqtisadiyyat

13-05-2020, 18:00

Kredit güzəşti etməyən bankla bağlı Mərkəzi Banka müraciət edə bilərsiz - RƏSMİ

İqtisadiyyat

7-05-2020, 12:49

Azərbaycanda bəzi bankların maliyyə vəziyyətini pisləşdirən səbəblər açıqlanıb

İqtisadiyyat

5-05-2020, 14:43

"Turan Bank"da pullarınız bata bilər - SIĞORTALANMIR

Araşdırma

4-05-2020, 12:18

“AtaBank” və “AmrahBank”ı bitirən SƏBƏB – “Dollar maxinasiyası” necə həyata keçirilib?

İqtisadiyyat

1-05-2020, 14:28

22 bank mənfəətdə, 6 bank zərərdədir – TAM SİYAHI

İqtisadiyyat

30-04-2020, 09:02

İndi də "Muğan Bank"ın bağlanacağı deyilir... - İDDİA

Siyasət

3-04-2020, 11:50

Elman Rüstəmovun yerinə onu gətirirlər... - İDDİA

İqtisadiyyat

21-02-2020, 09:23

"Millikart"ın nizamnamə kapitalı artırılıb

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
5-09-2026, 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə