Cari ilin yanvar-avqust aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 594 milyon ABŞ dolları təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır.
AZƏRTAC -a istinadən Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilib.
Bildirilir ki, Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,5 faiz olub. Bununla da Azərbaycan qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb.
Hesabata görə, 8 ayda Gürcüstandan Azərbaycana 284,2 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu da illik müqayisədə 11,9 faiz azdır. Yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 309,5 milyon dollarlıq məhsul idxal edib. Bu göstərici də illik müqayisədə 15,7 faiz azdır.