USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Boş qalmış Qəbələ... – Orada otellər də səssizliyə qərq olub

Maraqlı

25-04-2020, 13:35

Boş qalmış Qəbələ... – Orada otellər də səssizliyə qərq olubBütün dünyanı ağuşuna alan koronavirus pandemiyası turizm şirkətləri, turizmlə sıx bağlı olan otelləri çox ciddi şəkildə vurmaqda davam edir. Otellərin bu narahatlığı ləğv edilmiş rezervasiyalar, işçilərin vəziyyəti və karantin rejiminin nə vaxta kimi davam edəcəyi ilə bağlıdır.

Otel sahibləri turizm şirkətlərində yaranmış vəziyyətin ciddiliyini anladıqlarını, amma bunun onların narahatlığına son qoymadığını qeyd edirlər. İnfeksiyanın yayılmasının aprel ayının sonu və may ayının əvvəlində getdikcə azalacağını düşünən və bir çox şirkətlərlə əlaqə saxladıqlarını bildirən agentliklərdən birinin rəsmisi Fuad Qəribov iyun-iyul aylarında turizmin yavaş-yavaş dirçələcəyinə ümid etdiklərini qeyd edir. Onun sözlərinə görə, hələlik sadəcə olaraq zamanın keçməsini gözləməkdən və problemin hansı istiqamətdə davam edəcəyini seyr etməkdən başqa çıxış yolları yoxdur.

Azərbaycanın əsas turizm bölgələrindən olan Qəbələyə hazırda dərin sükut çöküb. Ötən il bu vaxtlar yaz-yay mövsümünün açılışını edərək minlərlə turistə ev sahibliyi etmiş Qəbələdə bu gün bütün otel, restoran və istirahət mərkəzləri bağlıdır. Ümumilikdə 30-dan artıq otelin fəaliyyət göstərdiyi Qəbələ rayonu gün ərzində mövsümdən asılı olaraq 2000-6500 arasında turistin səfər etdiyi bölgədir. Bu otellər arasında dünya standartlarına cavab verənlərlə yanaşı, ulduzu az olan və gündəlik gecələmək üçün nəzərdə tutulanlar da fəaliyyət göstərir. Bu da hər təbəqədən olan insanların bu xidmətlərdən yararlanması deməkdir. Amma bu gün koronavirus səbəbindən bütün otellər boşdur və ancaq xüsusi icazə ilə otellərdə fəaliyyət göstərən azsaylı personalı görmək mümkündür.

Qəbələnin ən məşhur otellərindən sayılan Qafqaz Tufandağ Oteli bu günlərdə ən sakit günlərini yaşayır. Hazırda bu oteldə də rəhbərlik və xüsusi təyinatlı personaldan başqa heç kim yoxdur.

Otelin baş meneceri Ramin Qurbanov deyir ki, yaranmış vəziyyətdə turizm sektoru ən böyük zərər etmiş sahələrdən biridir: “Bu hazırkı vəziyyətdə başadüşüləndir. Çünki insanlar yaranmış problemə görə öz səyahət planlarını dəyişməyə məcbur oldular. Problemin turizmin yenicə inkişaf etməkdə olduğu Azərbaycandan yan keçməsi mümkün deyildi. Biz fevral ayının sonları, eləcə də mart ayının əvvəlindən etibarən rezervasiyaların ləğvi tələblərini aldıq. Bu əsasən xarici ölkələrdən olan rezervasiyalar idi. Mart ayının 28-dən etibarən isə ümumilikdə otellər gözləmə rejiminə alındı. Çünki xüsusi karantin rejiminə əsasən artıq ölkə əhalisinə də evlərini tərk etmə məhdudiyyəti qoyuldu. Təbii ki, otellər şəbəkəmizdə qonaq qəbul edə bilməzdik və bu gün də mümkün deyil. Pandemiya bizim büdcəyə də çox böyük zərbə vurub.

Amma menecer onu da deyir ki, karantin dövrünün müəyyən müsbət cəhətləri də olub.

“Bu müddət ərzində öz iş prinsipimizi analiz etdik və mənfi cəhətlərimizi anladıq, boşluqlarımızı görə bildik və hazırda onların üzərində çalışırıq. Gələcəkdə dövrün tələblərinə, standartlara uyğun xidmət göstərə bilmək bizim üçün çox vacibdir. Təbii ki, bu dövr ərzində ölkə rəhbərliyinin verdiyi qərarlara və öhdəliklərə uyğun olaraq əməkdaşlarımız, eləcə də şirkətimiz öz üzərinə düşmüş öhdəlikləri yerinə yetirdi və əməkdaşlarımız öz iş yerlərini itirmədilər. Hazırda onlar gözləmə dövründədirlər və pandemiya dövrü bitdikdən sonra öz iş yerlərinə qayıdacaqlar. Düşünürəm ki, pandemiya dövründən sonra insanlarda bir müddət fobiyalar olacaq ki, bunu da əsasən xaricdən gələcək qonaqlara şamil etmək lazımdır. Odur ki, xarici vətəndaşlar bir müddət başqa ölkəyə səyahət etməkdən çəkinəcəklər. Yəqin ki, hələ bir müddət də otellərimiz boş qalmaqda davam edəcək”, – deyə Ramin Qurbanov əlavə edib.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

25-04-2020, 16:42

Banklara əhali axını gözlənilir: Bəs, epidemioloji vəziyyət...? - GƏLİŞMƏ

Gündəm / Siyasət / Sosial / Hadisə / Səhiyyə / Araşdırma

23-04-2020, 11:00

Oqtay Şirəliyevin “İmmunlaşdırma həftəsi” necə baş tutacaq? - Karantin rejimi və peyvəndlərdən narazılıq

Araşdırma

13-04-2020, 12:30

«Bileti qaytarmırlar, müştəri də bizi polislə hədələyir» - TURİZM ŞİRKƏTLƏRİNDƏ YENİ PROBLEM

Video

11-04-2020, 09:51

Otellərin karantin üçün istifadə edilməsi nə dərəcədə düzgündür - Silinməyən ləkə

Təhsil

2-04-2020, 16:46

Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...

İqtisadiyyat

14-03-2020, 11:55

Azərbaycanda turizm müəssisələrinə girişə qadağa qoyuldu

Dünya

13-03-2020, 14:51

Tbilisidə bağlanan otellərin sayı artır

Bölgə

13-03-2020, 09:53

Qəbələ rayonunda 28 kilometrlik avtomobil yolu yenidən qurulur

İqtisadiyyat

4-03-2020, 12:00

“Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər” - GƏLİŞMƏ

Son xəbərlər
  • Dün, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • Dün, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • Dün, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • Dün, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • Dün, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
Daha çox
Çox oxunanlar
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
1-10-2026, 13:20
ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
30-09-2026, 21:39
AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
1-10-2026, 13:11
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
1-10-2026, 13:03
AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
1-10-2026, 13:07
Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə