USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Təzə Pir məscidində Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.
Kult.az xəbər verir ki, mərasimdə Ombudsman Səbinə Əliyeva, incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, yaxınları iştirak edirlər.
Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılacaq.
***
Ruhəngiz Qasımova dəfn olunub.
Mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib.