USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Karantində çoxlu qəzəllər, şeirlər oxudum, istədiyim verilişlərə baxdım. Evdə qalmaqdan darıxmadım”.
foto.info.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova İTV-də yayımlanan “Gəl qonaq ol!” səhər şousunun canlı yayımına “Skype” vasitəsi ilə qoşularkən deyib.
Sənətçi efirlərə qatılmamasının səbəbini belə şərh edib:
“Son zamanlar efirdə yayımlanan verilişlərin və ora qatılan ifaçıların səviyyəsi aşağı və bərbaddır. Özümü o proqramlarda görmədiyimdən efirlərə çıxmıram. Yalnız sevdiyim verilişlərə gedirəm. Yaxşı proqramlar olsun ki, gedim”.
Xalq artisti mətbəxi sevmədiyini, amma dadlı yeməklər bişirdiyini deyib və çıxışını akapella oxuyaraq yekunlaşdırıb.