USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Muacib işğaldan azad olunmuş Qarabağa səfər edib. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanında görülmüş işlərlə tanış olduqdan sonra, Şuşa şəhərlərinə səfər ediblər.
Şuşada görkəmli şair Vaqifin məqbərəsini, Şuşa qala divarlarını və Bülbülün ev muzeyini ziyarət ediblər. Daha sonra, Cıdır düzündə olublar
Səfər zamanı qonaqları Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Hamad bin Abdullah bin Xudeyr, səfirliyin əməkdaşları, Azərbaycanın Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, həmçinin həmkarı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və prokurorluğun əməkdaşları müşayiət edib.