USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır"

Siyasət

20-07-2022, 15:22

"Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır"Dünyada baş verən son geosiyasi dəyişikliklər fonunda Azərbaycan xarici siyasət və beynəlxalq əlaqələr müstəvisində tamamilə yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da bunun bariz nümunəsidir. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə imzaladığı sözügedən Anlaşma Memorandumu bir sıra aspektlərdən olduqca vacib sənəddir. Çünki Avropa İttifaqı ilə enerji sahəsində artıq on beş ildən çoxdur ki, fəal əməkdaşlıq münasibətləri quran Azərbaycan bu Memorandumun imzalanmasından sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynamağa başlayacaq.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi Azərbaycan artıq Avropanın enerji xəritəsini köklü şəkildə dəyişən bir ölkə halına gəlib. İndi Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır. Bizə qarşı ənənəvi olaraq həmişə ikili siyasət yürüdən Qərb indi nəhayət ki, Azərbaycanın potensialını və əhəmiyyətini doğru-düzgün dəyərləndirməyə başlayıb. Azərbaycan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa böyük önəm verir. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Yeni Memorandum iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrini daha da genişləndirmək üçün olduqca böyük imkanlar yaradır. Ona görə də Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm “yol xəritəsi” hesab etməkdə və Aİ ilə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunacağına əminliyini bildirməkdə tamamilə haqlıdır.

Azərbaycan üçün yeni fürsətlər, əlverişli imkanlar yaranıb. Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının artırılması barədə imzalanan yeni Memoranduma əsasən, Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi 2027-ci ildə 20 milyard kub metrə çatdırılacaq. Bu baxımdan, 2027-ci il Avropa İttifaqı üçün çox önəmli hədəfdir. Çünki Avropa İttifaqı qarşıdakı beş il ərzində Rusiya qazından asılılığı tamamilə sıfıra endirmək niyyətindədir. Ona görə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artır. Regionda yaranan yeni vəziyyət Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığının istiqamətlərini genişləndirməyə sövq edir.

Yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji təminatı mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığa son qoymaq istiqamətində səylərini gücləndirir. Bu da Avropa İttifaqına enerji ixrac edən alternativ ölkələrdən biri kimi Azərbaycanın əhəmiyyətini istər-istəməz artırır. Təbii qazın nəqli sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsi hazırda Aİ-nin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, srağa gün Bakıda imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu həm Aİ üçün, həm də Azərbaycan üçün yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.

Ancaq bu Memorandum təkcə iqtisadi sahədə əməkdaşlığımızın dərinləşdirilməsi və qitənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşmır. Memorandumun əhəmiyyəti həm də ondadır ki, bu sənəd Aİ ilə Azərbaycan arasında iqtisadi münasibətlərin genişləndirilməsinə stimul verməklə yanaşı, siyasi müstəvidə də əməkdaşlığımızın sıxlaşması üçün yeni imkanlar, yeni perspektivlər yaradır. Beləliklə, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından birinə çevrilir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrellin də qeyd etdiyi kimi Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək və Bakı ilə Brüssel arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də tezliklə gündəmə gələcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan kifayət qədər çevik xarici siyasət yürüdür.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2022, 03:46

Bu memorandum Aİ-Azərbaycan tərəfdaşlığını gücləndirir - XİN

Siyasət

13-06-2022, 19:39

"Şuşa Bəyannaməsinin imzalanması gücümüzə güc qatdı"

Siyasət / İqtisadiyyat

3-06-2022, 09:23

Bakıda Enerji Həftəsi və Neft sərgisi keçirilir

Gündəm / Siyasət / İqtisadiyyat

11-03-2022, 20:48

Azərbaycan iranla anlaşma memorandumu imzaladı.

Gündəm / Siyasət

14-12-2021, 17:59

Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb

Gündəm / Siyasət

14-12-2021, 16:59

İlham Əliyev Brüsseldə

Gündəm / Siyasət / Sosial

12-10-2021, 19:28

Serbiya , Azərbaycan vətəndaşlarına viza rejimini qaldırdı.

Siyasət

16-07-2021, 14:21

Avropa İttifaqının prezidenti Azərbaycana gəlir

Siyasət

9-07-2021, 15:28

"Qələbəmizdən sonra Avropanın Azərbaycana diqqəti daha da artıb"

Siyasət / Dünya

8-02-2021, 01:21

Britaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək

Siyasət

3-01-2021, 19:58

Bolqarıstanın Baş naziri Boyko Borisov Prezident İlham Əliyevə zəng edib

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • Dün, 23:27
    Zəngi liseyində mediasiya mövzusunda maarifləndirici seminar keçirilib
  • Dün, 18:28
    AŞPA-nın Strasburqda yaz sessiyası başlayır – gündəlik açıqlanıb
  • Dün, 18:05
    Xırdalanda qətl hadisəsi: 37 yaşlı kişi öldürüldü, şübhəli saxlanıldı
  • Dün, 18:02
    2026-cı il Həcc kvotası tamamlandı – qeydiyyat dayandırıldı
  • Dün, 17:59
    Antalyada İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib
  • Dün, 17:58
    Antalyada üç liderin səmimi görüşü
  • Dün, 17:56
    Başlıbel qətliamının 33-cü ildönümü qeyd olunur
  • Dün, 17:55
    Makron və Meloni görüşü gündəm oldu
  • Dün, 17:53
    Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar bərpa olunur
  • Dün, 17:52
    Gəncədə oğurluq edən keçmiş məhkum saxlanılıb
  • Dün, 17:51
    Lənkəranda torpaq sürüşməsi: çaya tökülən torpaq sel riskini artırıb
  • Dün, 17:49
    İran hava məkanını qismən açdı
  • Dün, 17:48
    Hacıqabulda 4 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı
  • Dün, 17:47
    General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 17:45
    DİN: Bir gündə 57 şübhəli saxlanılıb, onlarla cinayət açılıb
  • Dün, 17:44
    Elçin Əmirbəyov: “Regionda formalaşan sülh yeni əməkdaşlıq imkanları açır”
  • Dün, 17:42
    Fidan və Lavrov Antalyada fəaliyyət planı imzaladı
  • Dün, 17:41
    Azərbaycanda itkin düşən 7 nəfər tapılıb
  • Dün, 17:40
    Xamenei: “İran ordusu ölkənin suverenliyini qətiyyətlə qoruyur”
  • Dün, 17:36
    İran Hörmüz boğazına nəzarəti yenidən ələ aldı
  • 17-04-2026, 14:24
    Hindistan və İsrail Donald Trump-ın “Sülh Şurası” planından narahatdır: Kəşmir mübahisəsi gündəmə gələ bilər
  • 16-04-2026, 12:49
    Ərini sevgilisi ilə öldürən qadına və şərikinə hökm verildi
  • 16-04-2026, 12:46
    Binəqədidə 54 kiloqram narkotik dövriyyədən çıxarıldı
  • 16-04-2026, 12:45
    “Teleradio”nun rəhbərliyində dəyişiklik edilib
  • 16-04-2026, 12:35
    Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana gətirilir
  • 15-04-2026, 19:37
    İran ABŞ-yə sərt xəbərdarlıq edib
  • 15-04-2026, 19:35
    Pakistan ordusunun baş komandanı Tehrana səfər edib
  • 15-04-2026, 19:33
    Rusiya AZAL təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək
  • 15-04-2026, 19:31
    Akademik Zərifə Əliyevanın xatirəsi yad olunur
  • 15-04-2026, 14:53
    Türkiyədə liseydə atışma: 16 yaralı, məktəblərdə tətil başladı
  • 15-04-2026, 14:51
    Azərbaycanda narkotiklə bağlı 1044 nəfər saxlanılıb
  • 15-04-2026, 14:49
    İranda 4,2 bal gücündə zəlzələ baş verdi
  • 15-04-2026, 14:48
    Siyavuş Kərimi Muğam Müsabiqəsi ilə bağlı iddiaları rədd etdi
  • 15-04-2026, 14:46
    Xəzərdə 4.2 bal gücündə zəlzələ qeydə alındı
  • 15-04-2026, 14:37
    Hacı Əliyevə mayor rütbəsi verilib
Daha çox
Çox oxunanlar
16-04-2026, 12:35
Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana gətirilir
16-04-2026, 12:46
Binəqədidə 54 kiloqram narkotik dövriyyədən çıxarıldı
15-04-2026, 14:53
Türkiyədə liseydə atışma: 16 yaralı, məktəblərdə tətil başladı
15-04-2026, 14:15
Azərbaycanda yenilənmiş 100 manatlıq pul nişanı dövriyyəyə buraxılır
15-04-2026, 14:37
Hacı Əliyevə mayor rütbəsi verilib
16-04-2026, 12:45
“Teleradio”nun rəhbərliyində dəyişiklik edilib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
DİN: Bir gündə 57 şübhəli saxlanılıb, onlarla cinayət açılıb
Binəqədidə 54 kiloqram narkotik dövriyyədən çıxarıldı
Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana gətirilir
Akademik Zərifə Əliyevanın xatirəsi yad olunur
TƏBİB-ə yeni rəhbər təyin olunub
Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini rədd edib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə