USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Abdullahian Bayramova iki dəfə ardıcıl zəng edib

Siyasət

9-04-2023, 15:29

Abdullahian Bayramova iki dəfə ardıcıl zəng edib



İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu təbiidir. İki ölkə arasındakı münasibətlər çox aşağı səviyyədədir, faktiki müharibənin astanasındayıq.

Foto.info.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, münasibətlərin hazırkı səviyyəsi nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir:

“Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır: 1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir; 2) Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir.

İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır”.

Ekspertin fikrincə, iki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azaldacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib:

“Ona görə ki, İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə, münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentarilərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava! ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir”.

E.Şahinoğlu qeyd edib ki, iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var:

“Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini lideri mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyə etməlidir”.

Nazirlərin telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə etdiklərini xatırladan politoloq iki ölkə arasında ortaq layihələrin icrasının vacib olduğunu vurğulayıb:

“Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

9-04-2023, 13:19

Bakı Tehranın planını ifşa etdi

Siyasət / Sosial

2-03-2023, 01:10

Azərbaycanın Tehrandakı səfirliyinə hücumunun araşdırılmasından Bakı razı deyil

Gündəm / Siyasət

16-01-2023, 23:00

İran XİN rəhbəri Çavuşoğlunun dəvətini qəbul edib

Gündəm / Siyasət / Dünya

14-01-2023, 18:19

Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib

Gündəm / Siyasət

11-11-2022, 19:10

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Iranın Bakıdakı səfirinə NOTA verdi

Siyasət

5-07-2022, 14:44

İranın Türkiyə əleyhinə bəyanatı… - Ağar

Siyasət

25-11-2021, 15:08

İrandan Azərbaycan və Ermənistana çağırış

Siyasət

14-10-2021, 11:47

Karajanov: Bakının meydanı genişdir, uduzan Tehran olacaq

Siyasət

13-10-2021, 07:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Siyasət

6-10-2021, 11:37

Tehran Bakı-Ankara xəttinə qarşı - Laaorussi

Siyasət

23-09-2021, 12:00

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Siyasət

20-05-2021, 09:34

Putin Əliyevlə Paşinyana zəng etməkdə nə məqsəd güdür? - ŞƏRH

Son xəbərlər
  • Dün, 23:43
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 19:14
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 18:33
    “Mediada Yalanlar və Tarixi Parallellər
  • Dün, 18:02
    Qarabağ FK bu gün Newcastle United F.C.ni qəbul edir
  • Dün, 18:00
    “Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
  • Dün, 17:58
    İrəvanda seçki ərəfəsində hərbi parad planlaşdırılır
  • Dün, 17:56
    Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
  • Dün, 17:55
    Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
  • Dün, 17:54
    Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb
  • Dün, 17:52
    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşı Xocalı rayonunda minaya düşüb
  • Dün, 17:51
    Borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılıb
  • Dün, 17:49
    Göyçayda mübahisə zamanı 36 yaşlı kişi ölüb
  • Dün, 17:47
    Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
  • Dün, 17:44
    Xəzər sahilində suiti cəsədləri tapılıb
  • 17-02-2026, 16:08
    İdrak Liseyində yaralanan müəllim evə buraxılıb
  • 17-02-2026, 16:07
    Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 17-02-2026, 16:05
    Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahını bitirdi
  • 17-02-2026, 16:03
    Ruben Vardanyan 20 il həbs cəzasına məhkum edildi
  • 17-02-2026, 16:01
    Adil Əliyev-ə töhmət verildi
  • 17-02-2026, 12:03
    “AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb
  • 17-02-2026, 11:23
    Dünyada “ofissiz iş” modeli genişlənir: Azadlıq artır, sosial təminat sual altındadır
  • 17-02-2026, 08:23
    Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
  • 16-02-2026, 21:37
    Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – qanlı hadisənin şahidi danışdı
  • 16-02-2026, 21:35
    AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
  • 16-02-2026, 21:33
    Bərdədə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
  • 16-02-2026, 21:31
    TƏBİB-də rəhbər dəyişikliyi: Anar İsrafilov səlahiyyətləri icra edəcək
  • 16-02-2026, 21:31
    Vüqar Qurbanovu vəzifəsindən Müşahidə Şurası azad edib
  • 16-02-2026, 19:59
    Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”
  • 16-02-2026, 14:41
    DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
  • 16-02-2026, 12:21
    Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
  • 16-02-2026, 12:18
    Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
  • 16-02-2026, 08:43
    Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
  • 15-02-2026, 15:52
    Almaniyada yenidən bank qarəti
  • 15-02-2026, 15:48
    Almaniya XİN: “Bizə ABŞ-nin məsləhətinə ehtiyacımız yoxdur”
  • 15-02-2026, 15:46
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
Daha çox
Çox oxunanlar
16-02-2026, 14:41
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
16-02-2026, 08:43
Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
17-02-2026, 08:23
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
12-02-2026, 10:37
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
14-02-2026, 11:04
Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
16-02-2026, 12:18
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
“Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
Xəzər sahilində suiti cəsədləri tapılıb
İdrak Liseyində yaralanan müəllim evə buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə