USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Xankəndidə polis əməkdaşları ötən gün xeyli sayda silah-sursat aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, üç tapança, bir tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7 575 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.