ABŞ kəşfiyyatı İranın hücumuna cavab olaraq İsrailə üç variant təklif edib.
ABŞ kəşfiyyatı İsrailə İranın 13 aprel hücumuna cavab olaraq üç variant təklif edib ki, bunların sırasında kütləvi, dağıdıcı zərbə endirilməsi də var.
Belə bir iddia ilə amerikalı jurnalist və Pulitserovski mükafatı laureatı Seymur Xerş özünün “Substack” bloqunda mənbələrə istinadən çıxış edib.
İsrail mənbələrinin məlumatına görə, yəhudi dövlətinə təklif edilən ilk cavab variantı vəziyyəti gərginləşdirəcək və İsrailin dünyadakı nüfuzuna daha da xələl gətirəcək kütləvi dağıdıcı zərbənin vurulması olub.
İkinci variant kimi, əgər Təl-Əviv həqiqətən də Tehranın bombası olduğunu və ya bomba hazırlamaq üzrə olduğunu düşünürsə, İranın İsfahan əyalətindəki Natanz nüvə obyektini məhv etməklə İsrail və dünya üçün ən böyük təhlükəyə qarşı məhdud zərbə endirilməsi nəzərdən keçirilib.
Nəhayət, üçüncü variant olaraq Natanz kompleksinin hədəf olmadığı qabaqcıl zərbə təklif olunub və İsrail hakimiyyətini bu variant üzərində dayandığı iddia olunub.