Bakı kiçik ada dövlətlərinə sponsorluq etməkdə davam edəcək və Ermənistanın konstitusiyasını dəyişdirməsini tələb edir: İ.Əliyevin ATƏT-in baş katibi ilə görüşündə bildirib.
İyulun 13-də İlham Əliyev ATƏT-in baş katibi Helqa Mariya Şmidi qəbul edib.
Görüşdə Azərbaycanın ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatına üzv ölkələrlə münasibətləri müzakirə olunub.
İlham Əliyev "müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini" vurğulayıb.
O, həmçinin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb.
Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və "Commonwealth" təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.
Öz növbəsində, Helqa Şmid "Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz" layihəsinin əhəmiyyətinə toxunub və səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirib.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Əliyev Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd edib.
Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparılıb.