USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İlham Əliyev forumda fəxri qonaq qismində iştirak edəcək

Siyasət

6-09-2024, 11:05

İlham Əliyev forumda fəxri qonaq qismində iştirak edəcək

Məlum olduğu kimi, bu gün İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən beynəlxalq forum keçiriləcək.

İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev forumda əsas qonaq qismində iştirak edəcək.

Sayca 50-ci olacaq Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı nəzərdə tutulur.

Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.

Qeyd etməliyik ki, bu nüfuzlu forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

“The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.

İllik Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d'Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.

Ənənəvi olaraq üç gün davam edən forumun ilk günün adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Aİ-nin bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirak ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət, rəsmiləri, maliyyə və biznes dünyasının nümayəndələrinin iştirak edirlər.

Paylaş:
Digər xəbərlər

Siyasət

14-03-2024, 11:28

Bakıda prezidentin də iştirakı ilə XI Qlobal Bakı Form keçirilir

Siyasət

1-03-2024, 19:45

Ölkə başçısı İlham Əliyev bu gün keçirilən beynəlxalq tədbirdə iştirak edib

Siyasət

6-12-2023, 19:17

İlham Əliyev: “Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır”

Siyasət

2-11-2023, 14:25

Prezident İlham Əliyev TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdədir

Siyasət / Sosial

20-04-2023, 12:23

Nazir: “Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi artıb”

Gündəm / Siyasət

9-03-2023, 11:19

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib

Siyasət / Sosial

9-03-2023, 09:59

Bu gün X Qlobal Bakı Forumu öz işinə başlayır

Gündəm / Siyasət

12-01-2023, 07:39

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Siyasət

25-11-2022, 20:12

"Prezident İlham Əliyevin yürütdüyü siyasət nüfuzumuzu hər keçən gün daha da artırır"

Siyasət

16-06-2022, 19:39

"Bu forum dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür”

Siyasət

11-12-2021, 13:36

Hikmət Hacıyev Türkiyədə səfərdədir

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Son xəbərlər
  • Dün, 23:51
    İran prezidenti etirazlara qarşı təşkil olunan hökumətyönlü mitinqdə iştirak edib
  • Dün, 23:49
    İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
  • Dün, 21:37
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • Dün, 17:59
    Evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 17:57
    Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
  • Dün, 15:58
    Fələstinli yazıçı: “Öz xalqını öldürən hökumət mənim xalqımı azad edə bilməz”
  • Dün, 15:56
    Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istəyən şəxs saxlanılıb
  • Dün, 15:53
    Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb
  • Dün, 15:52
    Gəncədə peşə məktəbinin tələbəsi dünyasını dəyişib
  • Dün, 15:50
    Bakıda iki narkokuryer saxlanılıb
  • Dün, 15:48
    BMT İranla bağlı təcili iclas çağırıb
  • Dün, 15:47
    Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib
  • Dün, 15:45
    Prezident su təchizatı və drenaj sistemləri ilə bağlı müşavirə keçirib
  • Dün, 15:45
    İranın Milandakı konsulluğunun lövhəsi söküldü
  • Dün, 15:42
    SEPAH zabiti Məhdi Rəşidinin öldürüldüyü bildirilir
  • Dün, 15:41
    Pezeşkian təhlükəsizlik qüvvələrini etirazlar zamanı təmkinli davranmağa çağırıb
  • 11-01-2026, 16:40
    İranın Milandakı konsulluğunun lövhəsi söküldü
  • 11-01-2026, 16:38
    İran parlamentinin sədrindən ABŞ-yə sərt xəbərdarlıq
  • 11-01-2026, 16:36
    Yanvarın 22-də nadir planetlər paradı müşahidə olunacaq
  • 11-01-2026, 16:34
    Tehranda etirazlar zamanı 34 məscid yandırılıb
  • 11-01-2026, 16:33
    İranda etiraz hərəkatının əsas fiqurları saxlanılıb
  • 11-01-2026, 16:29
    Beyləqanda azyaşlıya qarşı cinsi zorakılıq — 5 nəfər saxlanıldı
  • 11-01-2026, 16:25
    İranın Londondakı səfirliyində bayraq dəyişdirildi
  • 10-01-2026, 15:22
    Nəsimi Nəbizadənin qardaşı həbs olunub
  • 10-01-2026, 15:19
    “Avropa üçlüyü”nün liderləri İrandakı vəziyyəti müzakirə ediblər
  • 10-01-2026, 15:17
    Əraqçi ailəsi ilə qeyri-müəyyən müddətə Livana gedib
  • 10-01-2026, 15:15
    Tərtərdə ağır qəza: Ölən var
  • 10-01-2026, 15:13
    ABŞ Venesuelada hərbi əməliyyatdan əvvəl Maduronu xəbərdar edib – Hakan Fidan
  • 10-01-2026, 15:11
    Goranboyda kişi dəm qazından ölüb
  • 10-01-2026, 15:08
    Polis bağlı qalan cinayətlərin üstünü açıb
  • 9-01-2026, 18:16
    Pezeşkian təhlükəsizlik qüvvələrini etirazlar zamanı təmkinli davranmağa çağırıb
  • 9-01-2026, 17:18
    DTX xarici ölkəyə işləyən şəxsi həbs etdi
  • 9-01-2026, 17:10
    Qablaşdırılmış yalan: Enerji içkiləri bizə güc verir, yoxsa həyatımızı oğurlayır?
  • 9-01-2026, 17:01
    AZAL Bakı–Tehran–Bakı reysini ləğv etdi
  • 9-01-2026, 03:31
    İranlı rəsmilər ailə üzvləri üçün Fransa vizaları almağa cəhd ediblər
Daha çox
Çox oxunanlar
7-01-2026, 14:06
Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 14:00
İranda iki şəhərlə bağlı ziddiyyətli məlumatlar yayılıb
7-01-2026, 22:25
Xaricdə oxuyan tələbələr arasında ilin qalibləri müəyyənləşib
7-01-2026, 23:42
Lənkəranda iki bacı dəm qazından zəhərləndi
8-01-2026, 15:06
Elşad Xose 15 sutka inzibati qaydada həbs edilib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
5-01-2026, 20:32
Samir Aşurov aclıq aksiyasını dayandırıb
2-01-2026, 22:02
Nərgiz Absalamova həbsxanadakı bayram hazırlığından yazıb
27-12-2025, 13:37
“Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
Sosial
İranda etirazçılara açıq ölüm hədəsi: Baş prokuror “mohareb” ittihamını gündəmə gətirdi
Bakıda iki narkokuryer saxlanılıb
Yanvarın 22-də nadir planetlər paradı müşahidə olunacaq
Tehranda etirazlar zamanı 34 məscid yandırılıb
İranda etiraz hərəkatının əsas fiqurları saxlanılıb
İranlı rəsmilər ailə üzvləri üçün Fransa vizaları almağa cəhd ediblər

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə