USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...

Siyasət

15-05-2020, 12:31

Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov mayın 11-də “MEA Capital Limited” şirkətinin könüllü şəkildə ləğv olunduğunu elan edib. Xəbəri “Turan” agentliyi yayıb.

Musavat.com xəbər verir ki, sabiq nazirin oğlu bu şirkəti iki il əvvəl təsis etmişdi. Həm də bu o vaxta təsadüf edirdi ki, Anar Mahmudovun qayınatası “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevin Bakıda yeni məhkəməsi başlamışdı. Amma daha sonrası da var. Məhz şirkətin təsis günlərində A.Mahmudovun qayınanası Zamirə Hacıyeva da bütün Britaniya mətbuatının diqqətində idi.

Zamirə Hacıyeva Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənilməsi ittihamı üzrə saxlanmışdı. Xanım Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterlinq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi.

London məhkəməsi bir neçə ay davam edən səs-küylü prosesin sonunda Z.Hacıyevanı Azərbaycana vermədi. Onun əmlakının müsadirə edilməsi, satışa çıxarılacağı haqda da məlumatlar olsa da, dünyanı bürüyən pandemiya Z.Hacıyevanın da müvəqqəti də olsa işinə yaramış kimi görünür.

Mahmudovun indi ləğv etdiyi bu şirkətin adındakı özəlliklər diqqət cəlb etmişdi. Yəni MEA abreviaturası sabiq nazirin soyadı (M) və adının (E) baş hərflərini və oğlunun adının (A) birləşməsindən yaradılmışdı. Hələ o zaman ingilis mediası da yazırdı ki, “MEA Capital Limited”də Azərbaycanda rüsvayçılıqla işdən qovulmuş sabiq nazirin və qudası Cahangir Hacıyevin “Beynəlxalq Bank”dan taladıqları pullar cəmləşib. Yeri gəlmişkən, A.Mahmudov şirkətin nizamnamə kapitalının 1 ingilis funtu olduğunu göstərmişdi.

Mahmudovun şirkətinin 1 funtluq olmadığı elə qeydiyyat sənədlərindən məlum olmuşdu. Belə ki, yerli media yazmışdı ki, Mahmudovların adlarını verdikləri şirkət Londonun dəbdəbəli rayonlarının birində qeydiyyata götürülüb. Anarın qeydiyyatda olduğu Loundes meydanındakı mənzili təxminən 4,8 milyon funt (10,5 milyon manat) dəyərində qiymətləndirilirdi. Maliyyə menecmenti sahəsində çalışacağı elan olunan bu şirkətə oğul Mahmudov özü rəhbərlik edirdi. Amma bu, keçmiş nazirin biznesmen oğlunun bu ölkədəki heç də son şirkəti deyil.

Qeyd edək ki, A.Mahmudov bu ölkədə biznesə atasının vəzifəsindən kənarlaşdırılmasından cəmi bir neçə ay əvvəl başlayıb. Belə ki, öncə Londondakı “8-10 Dover Street Limited” şirkətinin səhmdarları arasına səhmlərin 75 faizini əldə edən “Elmaha İnvestment Limited” ofşor şirkəti daxil olur.

Atasının işdən uzaqlaşdırılmasından sonra da oğul Mahmudov da Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin - “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir. A.Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı.

Eldar Mahmudovun oğlunun ailə biznesinin başında olduğu haqda xəbərlər atası işdən uzaqlaşdırılandan dərhal sonra üzə çıxmışdı. Şirkətlərin sayı, fəaliyyətinin əhatə dairəsinə görə Anar Mahmudovun Azərbaycandakı biznesi daha rəngarəng idi. Tikinti, daşınmaz əmlak, restoran, hotelçilik, pərakəndə ərzaq ticarəti, şərab idxalı və satışı, yanacaqdoldurma məntəqələri, lüks avtomobillərin satışı və servisi, avtomobil parkinqi - bunlar A. Mahmudovun şirkətlərinin əsas fəaliyyət sahələridir. Ümumiyyətlə, A. Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət vardı. Məlum olmuşdu ki, A.Mahmudov Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi, “Wine City” adlı şərab butikləri daxildir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.

2018-ci ildə sabiq nazirin şəriki kimi tanınan Sahib Ağayevin məhkəməsində də Mahmudovlarla bağlı ilginc təfərrüatlar açıqlanmışdı. Belə ki, onun rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.

İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin Dominikan Respublikasındakı şirkətlərindən birinin bank hesabına köçürülüb. Oradan isə A. Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.

Eldar Mahmudovun şəriki kimi tanınan Sahib Ağayevin 2018-ci ildə keçirilən məhkəməsində sabiq nazirə oğlunun şirkəti və biznesi barədə də sual verilibmiş. Digər suallara olduğu kimi, Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun həmin məhkəmədə adı keçən Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərsiz olduğunu söyləyib.

Yeri gəlmişkən, Mahmudovlara aid Azərbaycandakı şirkətlərin dövlət büdcəsinə milyonlarla manat vergi borcunun ödənilməmiş qaldığı barədə də xəbərlər var.
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

11-05-2020, 16:35

“Əbülfəs Qarayevi 5 il həbs gözləyir” – hüquqşünas nazirin əməllərinə qiymət verdi

Video

7-05-2020, 16:18

“MTN-çilər gizli əməliyyatdan dövlət üçün deyil, öz mənafeləri üçün istifadə edirdilər...” - DTX-nı MTN-dən fərqləndirən “başçı əməliyyatları”

Araşdırma

5-05-2020, 14:06

Çovdarovun kölgəsində qalan general Sübahir Qurbanov kimdir - İTTİHAM

Siyasət

5-05-2020, 13:44

Mahir Quliyevi “faizə oturdan” SƏBƏB: - Oğlu qumarda nə qədər pul uduzub?

Siyasət

23-04-2020, 18:11

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2020, 13:00

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Siyasət

11-04-2020, 15:10

Maqsud Mahmudov azadlıqda - Ukrayna DTX-sı saxlanılma səbəbinə aydınlıq gətirib

Siyasət

3-04-2020, 10:55

Milli Məclisdəki islahatların gerçək hədəfi... - “mahmudovçu”ların “göyərtədən kənara” atılması yekunlaşır

Gündəm

1-04-2020, 13:52

Eldar Mahmudovun bank sektorundakı yadigarı... - İDDİA

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
8-09-2026, 23:29
Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
7-09-2026, 15:15
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə