USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiyanın Yekaterinburq şəhərində ağır cinayətlərdə ittiham olunan azərbaycanlı Məzahir Səfərovun məhkəmə prosesi başlanıb.
Şəhərin Leninski Rayon Məhkəməsi ilkin olaraq onun barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarına əsasən, Səfərov 2025-ci il iyulun 19-na qədər həbsdə saxlanılacaq.
Rusiya mediasının yaydığı məlumatlara görə, hazırda məhkəmə Məzahir Səfərovun işi üzrə araşdırmalara başlayıb. İttihamın detalları açıqlanmasa da, onun bir neçə ağır maddə ilə təqsirləndirildiyi bildirilir.
Hadisə Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. İstintaq və məhkəmə prosesi ilə bağlı əlavə məlumatlar verildikcə yenilənəcək.