USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hüquq müdafiəçisinə qarşı xüsusi ittiham üzrə cinayət işi icraata götürüldü

Siyasət / Araşdırma

9-07-2025, 12:48

Hüquq müdafiəçisinə qarşı xüsusi ittiham üzrə cinayət işi icraata götürüldü
Vəkillər Kollegiyasının üzvü ona qarşı böhtan iddiası qaldırıb

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli barəsində xüsusi ittiham qaydasında başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə məlumat Mərkəzin “Facebook” hesabında yayımlanıb.

İyulun 7-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən hazırlıq iclasında vəkil Elvin Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsi barədə qərar verilib.

Elvin Əliyev Fikrət Cəfərlinin onun barəsində böhtan xarakterli məlumat yaydığını, bu səbəbdən işgüzar nüfuzuna xələl gəldiyini iddia edir. Vəkil hüquq müdafiəçisinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələb edib.

İddiaya səbəb olan paylaşım Elvin Allahverdiyevin keçmiş vəkili ilə bağlı sosial şəbəkədə yayılmış şikayətlə bağlıdır. Həmin şikayətdə vəkilin məhkuma qarşı qeyri-peşəkar və hədələyici davranışlara yol verdiyi, ondan 10.500 manat almasına baxmayaraq vəd edilən hüquqi nəticəni təmin etmədiyi qeyd olunub. Məlumat İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sosial media səhifəsində jurnalist paylaşımına istinadla yayımlanıb.

Fikrət Cəfərli iddianı əsassız və siyasi sifarişli adlandırıb. O, bildirib ki, yayımlanan məzmun onun şəxsi mövqeyi deyil, jurnalistin paylaşdığı müraciətə istinaddır:

“Bu, məhbusun prezidentə ünvanladığı şikayətdir. Biz sadəcə jurnalistin paylaşdığı məlumatı istinadla paylaşmışıq. Bu halda niyə biz ittiham olunur və məhkəməyə verilirik?”

Hüquq müdafiəçisi hesab edir ki, Vəkillər Kollegiyasını tənqid etdiyinə görə cəzalandırılır:

“Məqsəd məni susdurmaq, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzini isə bağlatdırmaqdır.”

Hazırlıq iclasında dövlət hesabına təyin olunmuş müdafiəçi, Cəfərlinin mövqeyini bölüşməyib və məsələni məhkəmənin səlahiyyətinə buraxıb. Bu isə hüquq müdafiəçisinin narazılığına səbəb olub.

Məhkəmə baxışı 14 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtan yaymağa görə cərimə, ictimai və islah işləri, eləcə də 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Paylaş:
Digər xəbərlər

Hadisə

5-03-2025, 15:32

Vəkil Adəm Məmmədov həbs olundu

Sosial

13-09-2024, 00:28

Vəkil Babək Rzayev həbs edildi

Hadisə

3-06-2024, 23:12

Müdafiə Nazirliyində mənimsəmə üzrə daha iki şəxs həbs edilib

Hadisə

19-02-2024, 10:56

Vəkil Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edildi

Hadisə

18-08-2023, 23:20

Bu gün keçirilən məhkəmədə Qubad İbadoğlunun şikayəti qismən təmin edilib

Gündəm / Siyasət / Sosial / Araşdırma

1-02-2023, 18:04

Nəsimi rayon məhkəməsi Gültəkin Hacıbəyliyə qarşı cinayət təqibini dayandırdı

Son xəbərlər
  • Dün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Dün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Dün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Dün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə