USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusdan vəfat edənlər də var”.
Bu barədə foto.info.az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
Onun sözlərinə görə, xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var:
“Ukrayna, Dağıstanda ailəlikcə virusa yoluxanlar var. Yoluxanlar və ölənlər barədə dəqiq məlumat vermək mümkün deyil. Bəzi diaspor fəalları bir-birini tanımır. Bir-birini tanıyanlar koronavirusa yoluxma ilə bağlı məlumat verirlər”.
V.Vahidqızı qeyd edib ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində və ABŞ-da yaşayan iki soydaşımız koronavirusdan ölüb.