USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gürcüstanla Azərbaycan arasında “silah tranziti” insidenti yoluna qoyuldu - TİFLİS-BAKI OXU REGİONAL SABİTLİYİN ƏSASI KİMİ

Siyasət

19-08-2020, 14:00

Gürcüstanla Azərbaycan arasında “silah tranziti” insidenti yoluna qoyuldu - TİFLİS-BAKI OXU REGİONAL SABİTLİYİN ƏSASI KİMİGürcüstanın “iyul müharibəsi” zamanı Ermənistan üçün silah təchizatında tranzit məntəqəsi kimi xidmət etdiyinə dair insident iki ölkə rəhbərlərinin müdrikliyi sayəsində yoluna qoyuldu. Prezident İlham Əliyevin həmin “silah tranziti” insidenti ilə bağlı dərindən düşünülmüş və ölçülüb-biçilmiş mövqeyi Bakı ilə Tbilisi arasında münasibətlərin dərindən soyumasını gözləyənləri məyus etdi.

İki ölkə arasında əsrlərə dayanan dostluq, qardaşlıq münasibətlərində çatlar yaratmaq cəhdləri baş tutmadı, ölkələrin rəhbərləri ani emosiyalardan və maraqlardan yüksəkdə dayandı, sübut elədilər ki, strategiya hardadır, anlaşılmazlıq, hətta iki ən yaxın qonşular arasında baş verən permanent anlaşılmazlıq hardadır.

Qardaşlıq münasibətlərinin həqiqi etirafı, Bakının baş verənlərə dair Tbilisinin operativ hərəkətlərinə verdiyi yüksək qiymət özünü göstərdi-bu günlərdə Gürcüstan hakimiyyəti ölkə ərazisindən Ermənistan üçün daha bir silah karvanınn keçirilməsi cəhdinin qarşısını qətiyyətlə aldı. Bununla da iki ölkə rəhbərliyi dünyaya birmənalı mesaj vermiş oldular.

Hərçənd məhz silah təchizatı problemini beynəlxalq səviyyəyə qaldıran prezident İlham Əliyevin prinsipial mövqeyi sayəsində iki qardaş ölkə arasında strateji münasibətlər üzərində asılmış bütün təhdidləri aradan qaldırmaq mümkün oldu.

İki ölkə arasında strateji tərəfdaşlıq isə rəqəmlərlə və reallıqlarla təsdiqlənir. Axı ilin sonuna qədər bütün Avrasiya regionu Cənub Qaz Dəhlizinin reallaşmasını gözləyir. Üstəlik Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergi ödəyiciləridir. Ən yaxın zamanlarda Azərbaycan şirkətləri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair yeni iri layihələr həyata keçirməyi planlaşdırır.

Azərbaycan 2020-ci ilin ilk yarısında Gürcüstanın 3-cü ən iri ticarət partnyoru olub, bu göstərici üzrə təkcə Çindən və Rusiyadan geridə qalıb. Azərbaycan Gürcüstan iqtisadiyyatında ən ciddi investorlardan biridir. SOCAR gürcü xəzinəsinin ən iri vergi ödəyicisidir və Gürcüstanda ciddi aktivlərə malikdir. Kulevi terminalından ildə 2 milyon ton Azərbaycan nefti ötürülür, Gürcüstanın tranzit potensialı əhəmiyyətli dərəcədə Azərbaycanın hesabına təmin olunur, söhbət həm energetika, həm nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıqdan gedir. Gürcüstan ərazisindən hər il minlərlə yük konteyneri daşınır.

İki ölkənin strateji tərəfdaşlığı o dərəcədə dərindir ki, bu gün həmin münasibətlərdə hansısa çatların yaranmasını hətta hipotetik olaraq da təsəvvür etmək mümkün deyil, axı belə çatlar yaranarsa nəticədə təkcə Gürcüstan büdcəsi və ölkə iqtisadiyyatı deyil, eyni zamanda Tbilisinin imici də ziyan çəkəcək. Axı Avropa İtttifaqı Gürcüstan və Azərbaycanı bütün Avropa qitəsinin gələcək enerji təhlükəsizliyini təmin edəcək nəqliyyat şəbəkəsi kimi təsəvvür edir. Şübhəsiz ki, Tbilisi-Bakı oxu konsepsiyasının müəllifi prezident İlham Əliyevin özüdür, onun təşəbbüsü və şəxsi iştirakı ilə iri geoiqtisadi və nəqliyyat layihələri həyata keçirilib. Geoiqtisadi və kommunikasiya arteriyaları Azərbaycanın və Gürcüstanın iştirakı ilə formalaşan regional təhlükəsizlik sisteminin əsasını təşkil edib. Məhz İlham Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə geoiqtisadi üçbucağının yaradılmasının təşəbbüskarı olub. Formalaşan bu geosiyasi oxa mühüm əlavə iqtisadi inteqrasiya və hərbi-siyasi bağların möhkəmlənməsinə xidmət edən Azərbaycan-Türkiyə müttəfiqliyinin regional proseslərdəki dominant rolu olub.

Gürcü istebleşmentinin sağlam düşüncəli dairələri çoxdan dərk ediblər ki, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının , onun əsasını qoyan Bdzina İvanişvilinin və baş nazir Georgi Qaxariyanın Bakıya dair müəyyən etdiyi kursun düzgün olduğunu çoxdan dərk ediblr. Bu kurs sıx əməkdaşlığa və bütün regionun rifahı naminə möhkəm ittifaqa hesablanıb.

Bakı-Tbilisi siyasi-iqtisadi oxu mehriban qonşuluğa dair ən mükəmməl və uğurlu modellərdən biri olmaqla digər region ölkələri üçün də nümunə hesab oluna bilər.

Və bu mehriban qonşuluğun möhkəmlənməsində ayrıca amil Gürcüstandakı azərbaycanlı diasporudur ki, Bakı bu diasporun vəziyyətini həmişə diqqətlə izləyir. Azərbaycanlı diasporunun Gürcüstanın həyatında getdikcə daha fəal rol oynaması, o cümlədən azərbaycanlıların yüksək vəzifələr tutması, yeri gəlmişkən, Mixail Saakaşvilinin dövründə bu baş vermirdi, ölkələrimizin bir-biri ilə yaxınlaşmasının daha bir göstəricisidir. Tarixdə ilk dəfə, məhz “Gürcü arzusu”nun hakimiyyəti dövründə etnik azərbaycanlı Zaur Dərgallı Marneuli rayonunun icra hakimiyyətinə başçılıq edib. Azərbaycanlı icmasının multikulturalizmə söykənən gürcü cəmiyyətinə qanunauyğun inteqrasiyasını prezident İlham Əliyev “Gürcü arzusu”nun lideri Bdzina İvanişvili ilə şəxsi danışıqlarında dəfələrlə müzakirə edib.

Gürcüstanın azərbaycanlılar yaşayan regionlarının inkişafı rəsmi Bakı üçün birinci dərəcəi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti Gürcüstandakı azərbaycanlıların problemlərinə olduqca həssas yanaşır və onların gürcü regionlarının demokratik özünüidarəçiliyinə cəlb edilməsi səviyyəsi azərbaycanlıların sosial və mədəni haqlarına əməl edilməsinin mühüm göstəricisidir. Samtsxe-Cavaxetiya regionunda Ermənistan hökuməti və xüsusi xidmət orqanları tərəfindən qızışdırılan erməni separatizmindən fərqli olaraq Gürcüstanda etnik azərbaycanlılar vahid, bölünməz, suveren Gürücüstan əqidəsi, inamı uğrunda mübarizə aparıblar. Hərçənd eks-prezident Mixail Saakaşvilinin idarəçiliyi dövründə azərbaycanlılar yerli özünüidaretmə və icra hakimiyyətlərində təmsil oluna bilmirdi. Bununla belə Saakaşvilinin hakimiyyəti dövründə Ermənistanın maraqları üçün Azərbaycanın ziyanına lobbiçilik edən etnik ermənilər hakimiyyətdə yüksək və əhəmiyyətli postalara gətirilirdilər.

Öz tarixi vətənləri ilə ayrılmaz bağlar quran azərbaycanlılar heç vaxt Gürcüstandan ayrılmaq iddiası irəli sürməyiblər: nə birinci gürcü respublikasının dövründə, nə sovetləşmədə, nə siyasi suverenliyin bərpası və sərhədlərə yenidən baxılmasından sonra. Gürcüstan erməniləri isə başqa məsələdir. Tarixin səhifələrini vərəqləyəndə Ermənistanın Gürcüstanın tarixi Lori rayonuna israrlı və davamlı iddialarını görməmək mümkündürmü?! Şiddətli gürcü-erməni müharibəsi nəticəsində daşnaklardan ibarət Ararat hökuməti döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğradı. Və Lori Gürcüstanın tərkibində qaldı. Lakin tarixi situasiyadan istifadə edən, menşevik Gürcüstanını sovet Ermənistanı, deməli həm də bolşevik Rusiyası ilə müharibəyə təhrik edən erməni separatçıları Lorinin və Axalkalakinin Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdılar.

İyulun 7-də Qafqaz bürosunun Stalinin iştirakı ilə baş tutan həmin tarixi iclasında Ermənistan Lorini qopara bildi. Həmin iclasdan üç gün əvvəl Qafqaz bürosu Qarabağı Azərbaycanın tərkibində saxladı, hansı ki, bunda hətta Mikoyan özü israr edirdi və Leninə məktubunda yazıb rəhbəri inandırırdı ki, Qarabağ kəndliləri heç cür Yerevanla bağlı deyillər və Bakının yuridikasiyası altında qalmalıdır. Tarixin məkrli şəkildə yenidən təkrarlanan dərslərini yaddan çıxarmaq lazım deyil. Axı ötən əsrin əvvəllərində Ermənistan Gürcüstanı Azərbaycanla toqquşdurmaq cəhdlərindən əl çəkmirdi. Amma o vaxt da, indi də iki xalqın çoxəsrlik qardaşlığı, siyasi dərrakəsi qalib gəldi.

Ermənistan bu gün də Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq cəhdlərindən əl çəkmir, amma siyasi uzaqgörənlik və müdriklik, iki ölkə hökumətlərinin müdrikliyi Cənubi Qafqazda atmosferi yumşaldır, digər ölkələrdən olan bəzi siyasi fiqurların bu atmosferi zəhərləmək cəhdlərini neytrallaşdırır.

Silah tranziti insidentini, habelə Ermənistanın Azərbaycanın qonşu ölkələrlə münasibətlərini korlamağa yönəlmiş məkrli cəhdlərini yada salarkən Azərbaycanla Rusiya arasında digər strateji tərəfdaşlığa da toxunmaq lazım gəlir. Azərbaycanda heç kim Rusiya ilə strateji tərəfdaşlığın səmimi dostluq xarakterini şübhə altına almır. Və bir neçə gün əvvəl İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng vurdu. Biz dəfələrlə qeyd etdiyimiz kimi iki ölkə liderlərini şəxsi dostluq və qarşılıqlı etimad birləşdirir. Prezident İlham Əliyev V.Putinlə söhbətində Rusiyadan Ermənistana qısamüddətli, amma şiddətli iyul toqquşmaları zamanı son silah təchizatına dair məsələni qaldırdı. Bu telefon söhbəti zamanı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yaymamışdı. Amma söhbətdən bir neçə saat sonra Kremlin mətbuat xidməti İ.Əliyevin telefon zəngi haqda məlumat yaydı, bildirildi ki, Azərbaycan prezidenti Rusiya prezidentinə guya koronavirusa qarşı peyvəndin tapılması ilə bağlı təbriklərini çatdırmaq üçün zəng vurub. Və Peskovunn xidmətinin versiyasına görə, təbrikə cavabında V.Putin Azərbaycan və Ermənistanı cəbhə xəttində gərginliyi azaltmağa çağırıb. Azərbaycan cəmiyyəti Rusiya prezidentinin mətbuat xidmətinin informasiyasını təəcüblə qarşıladı. Bundan sonra rəsmi Bakı İ.Əliyevin V.Putinə telefon zənginin əsl motivi barədə informasiyanı təqdim etməli oldu.

Beləliklə, Azərbaycan dövlətinin vaxtında müdaxiləsi sayəsində qısa müddətdə Azərbaycan özünün başlıca strateji tərəfdaşları ilə münasibətləri yoluna qoya, situasiyanı yumşalda və ən vacib suallara cavab tapa bildi. Bu, ölkələrimizin sağlam düşüncəli siyasi dairələrində müəyyən pozitiv ümidlər yaradır: müdrikliyi və qarşılıqlı maraqları əsas tutaraq, emosoyalara deyil, balanslı və qarşılıqlı faydalı yanaşmaya üstünlük verərək ən kəskin məsələni də həll etmək olar. Sülhün, insanların, başımızın üstündəki dinc səmanın naminə! //virtualaz.org//

Paylaş:
Digər xəbərlər

Gündəm

13-08-2020, 11:33

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Siyasət

25-07-2020, 16:28

Daha bir ölkə Ermənistana silah veribmiş — SENSASSİON FAKT

Siyasət

24-07-2020, 11:28

Bakı Tiflis və Belqradı cəzalandıracaqmı? - GƏLİŞMƏ

Hadisə

19-07-2020, 12:59

Gürcüstanda azərbaycanlı və ermənilər arasında mübahisə olub

Siyasət

8-06-2020, 14:50

Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında danışıqlar Qətərdə keçiriləcək

Siyasət

2-05-2020, 16:31

Özünü "Azərbaycanın dostu" kimi aparan Mişanın GİZLİ ÜZÜ - İLGİNC

Gündəm

11-04-2020, 13:49

İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH

Bölgə

28-03-2020, 12:50

İsmayıllı sakinindən silah götürüldü

Gündəm

23-02-2020, 11:00

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO

Son xəbərlər
  • Dün, 21:00
    Bakıda WUF13 keçirilir
  • Dün, 20:52
    Çavuşoğlunun güllələnən qardaşı vəfat edib
  • Dün, 16:52
    ABŞ İrana danışıqların davamı üçün beş şərt irəli sürüb
  • Dün, 16:37
    İranlı nazir: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib
  • Dün, 16:29
    Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13-də iştirak üçün Azərbaycana gəlib
  • Dün, 16:25
    Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) fəaliyyətə başlayıb.
  • Dün, 16:19
    Prezident İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib
  • 16-05-2026, 14:00
    Bakıda TDT ölkələrinin QHT-lərinin II Həmrəylik Forumu keçirilir
  • 16-05-2026, 13:59
    İsmayıllı–Lahıc yolunda qaya uçqunu baş verib
  • 16-05-2026, 13:55
    Kollektor üzərində tikilən evlərin sökülməsi gündəmdədir
  • 14-05-2026, 17:50
    Kiyevdə matəm elan olunub
  • 14-05-2026, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • 14-05-2026, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • 14-05-2026, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
13-05-2026, 08:45
Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
13-05-2026, 08:26
Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
13-05-2026, 08:43
Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
13-05-2026, 08:29
Tramp Çinə səfərə yola düşüb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Kollektor üzərində tikilən evlərin sökülməsi gündəmdədir
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə