USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Dostluq” Xəzər regionunun inkişafı üçün sağlam zəmanətdir

Siyasət / İqtisadiyyat / Dünya

1-02-2021, 17:42

“Dostluq” Xəzər regionunun inkişafı üçün sağlam zəmanətdir
“Report” İnformasiya Agentliyi Azərbaycan Respublikasının Türkmənistan və Əfqanıstandakı keçmiş səfiri Vəhdət Sultanzadə ilə müsahibəni təqdim edir:

- Bildiyimiz kimi, yanvarın 21-də Xəzərdəki “Dostluq” karbohidrogen yatağının birgə istismarına dair ölkəmizlə Türkmənistan arasında memorandum imzalandı. Uzun müddət ərzində sözügedən ölkədə çalışmış diplomat kimi həmin hadisəyə dair fikirlərinizi bilmək maraqlı olardı.

- Oxucularımızı təfərrüatla yormamaq üçün qısaca deyə bilərəm ki, bu hadisə bütövlükdə Xəzər regionu üçün taleyüklüdür. Memorandumun imzalanması ilə ölkəmizin nəqliyyat habı kimi əhəmiyyəti daha da artmaqla beynəlxalq nüfuzu da artır. Xəzərin Azərbaycan ilə Türkmənistana aid sektorlarında yerləşən həmin yataq iki ölkə arasında müştərək əsaslarla istismar olunacaq, bu da qardaş ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Sözügedən sənədin imzalanması göstərir ki, Xəzəryanı ölkələri öz aralarında razılaşa bilər və razılaşmalıdır da.

- Bəs bu memorandumun imzalanmasına aparan yollar barədə nə deyərdiniz?

- Öz işindən danışmaq düzgün olmasa da, həqiqəti söyləmək naminə hər şeyi olduğu kimi deyəcəyəm. 2009-cu ilin 27 oktyabr tarixində “Ruhiyət” sarayında üç min nəfərin iştirak etdiyi təntənəli mərasimdə hötmətli prezident Qurbanqulu Berdıməhəmmədov mənə ölkələrimiz arasında qardaşlıq münasibətlərinə verdiyim töhfəyə görə Türkmənistanın ali dövlət mükafatı olan “Vətənə olan sevgisi üçün” medalını təqdim etmişdi. Bu mərasim müstəqilliyin 18-ci ildönümü münasibətilə keçirilirdi. Demək ki, səfirlikdə müşavir vəzifəsində çalışdığım ilk üç il ərzində xalqlarımız arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirmək baxımından müəyyən düşüncələri həyata keçirmək mənə müyəssər olmuşdu. Bununla belə həmin yüksək mükafatı şəxsən özümdən daha çox bütün Azərbaycan xalqına aid edirəm. Çünki bu hadisə əslində ölkələrimiz arasında dostluq münasibətlərinin başlanğıc nöqtəsi oldu. Üstündən 4 ay keçmiş Bakıya çağırılıram, hörmətli Prezidentimiz İlham Əliyev məni qəbul edərək Türkmənistanda səfir təyin edilməyim barədə sərəncam imzaladığını bildirir. Mənim üçün əlamətdar olan bu hadisə 2010-cu ilin 10 fevral tarixində baş verib. Fevralın 22-də isə Türkmənistan xarici işlər naziri Rəşid Mərədovun qəbulunda olub etimadnaməmin surətini ona, ertəsi gün də həmin sənədin əslini hörmətli prezident Qurbanqulu Berdıməhəmmədova təqdim etdim. Elə həmin görüşdən sonra da ölkələrimiz arasında yaxınlaşma meylləri özünü göstərdi.

- Həmin görüşdə nələr baş verdi?

- Hörmətli prezident Qurbanqulu müəllimə etimadnaməmi təqdim edərkən ondan bir xahişim oldu. O zaman ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq məsələsi hələ həllini tapmamışdı. Mən də səlahiyyətimdə olmayan bu məsələnin iki ölkə başçısı, yəni bilavasitə prezidentlər - İlham Əliyevlə Qurbanqulu Berdıməhəmmədov arasında həll olunacağını dedim. Bununla yanaşı, iki ölkə arasında mədəniyyət, elm, humanitar əlaqələri artırmağı təklif etmək istəyimi ifadə etdim. Vaxtilə SSRİ-nin Türkiyədəki konsulu vəzifəsində işləyərkən də məhz mədəni əlaqələri önə çıxartmaqla iki ölkə arasında yaxınlaşmaya, gərginliyi azaltmağa nail olmuşdum. İndi də həmin təcrübə karıma gəldi. Hər bir qarşıdurmada, ixtilafda əsas olan insanlardır, onların əmin-amanlığıdır. Gərək dialoq aparasan, dialoq əsnasında hər məsələni həll etmək olar. Burada hörmətli prezident Qurbanqulu Berdıməhəmmədovun müdrikliyini, dövlətçilik təfəkkürünü qeyd etməliyəm. Dərhal razılığını bildirdi.

- Bütövlükdə Xəzəryanı ölkələrin münasibətləri hansı zəmində qurulur?

- Xəzərin hüquqi statusuna dair 2018-ci ilin avqust ayında imzalanmış konvensiya region ölkələri arasında həm də enerji sahəsində çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Konvensiya Xəzər regionunda bütün sahələrdəki əməkdaşlıq üçün təməl sənədidir. Məhz həmin konvensiya imzalandıqdan sonra, 2020-ci ilin mart ayında ölkələrimizin başçıları arasında görüş keçirildi, həmin görüşdə hörmətli Prezidentimiz İlham Əliyev qarşı tərəfə xitabən “biz həmişə bir-birimizi dəstəkləmiş, bir-birimizin uğurlarına sevinmişik” dedi. İndi də imzalanmış bu memorandum həmin yaxınlaşma mərhələsinin bir növ məntiqi sonu oldu. Yeri gəlmişkən, həmin sənədi Türkmənistan tərəfindən xarici işlər naziri Rəşid Mərədovun imzalaması şəxsən məni çox sevindirdi. Çünki qardaş ölkələrimiz arasında münasibətlərin inkişafına Rəşid müəllimin zəhməti ölçüyəgəlməzdir.

- Vəhdət müəllim, “Dostluq” yatağına əvvəllər bizdə "Kəpəz", Türkmənistanda isə "Sərdar" deyirdilər. Bu yatağa Dostluq adını kim verib?

- 2013-cü ildə Türkmənistan prezidentinə hörmətli dövlət başçımız İlham Əliyevdən təqdim olunmuş məktubda iki ölkə arasında əlaqələrə, o cümlədən neft-qaz sahəsindəki əməkdaşlığa dair bir sıra təkliflər yer alırdı. Türkmənistan prezidenti də bu təşəbbüsü dəstəkləyərək, o cümlədən ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğuna işarə olaraq bu müştərək yatağa “Dostluq” adı verməyi irəli sürdü. Bildiyimiz kimi, bu təşəbbüs də hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən tam dəstək gördü.

- İki ölkənin xarici işlər nazirləri tərəfindən memorandum imzalanarkən müzakirə olunmuş məsələlərdən biri də tranzit potensialımızı üzə çıxarmaq çərçivəsində Lapis – Lazuli nəqliyyat dəhlizi layihəsi də vardı. Bu layihə Siz səfir vəzifəsindən geri çağırıldıqdan sonra işə salındı...

Doğrudur. Amma bu məsələ çoxdan hiss olunurdu, sadəcə Türkmənistan-Əfqanıstan sərhədindəki gərginlik onu həyata keçirməyə mane olurdu. Odur ki, həmin layihənin həyata keçirilməsi bu qədər uzandı. Nəhayət, 2017-ci ilin 15 noyabr tarixində Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə, Türkmənistan arasında müvafiq saziş imzalandı. Həmin ilin 13 dekabr tarixində də Əfqanıstanın qərbində, Herat əyalətində Lapis-Lazuli dəhlizinin təntənəli açılış mərasimi keçirildi. Elə həmin gün də sınaq çərçivəsində Heratdan Türkmənistanın Sərhədabad şəhərinə yola salınan 9 TIR daha sonra Türkmənbaşı Beynəlxalq Dəniz Limanına, oradan da bərə ilə Bakı Beynəlxalq Dəniz Limanına çatdırıldı. Əlbəttə, adıçəkilən dəniz limanları yaradan Azərbaycan və Türkmənistan bu beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük töhfələr vermələri qeyd edilməlidir. Hazırda hər iki ölkəmiz digər iştirakçılarla yanaşı, Asiya və Avropa arasında mühüm yerüstü bağlantı olmağa iddialı olan Lapis-Lazuli nəqliyyat dəhlizinin inkişafı üçün səylər göstərir. Bu layihənin tam gücü ilə işə salınması ilə Xəzər regionu, bəlkə də, Yer üzündə ən dinc və sürətli inkişaf edən regiona çevriləcək.

Sözsüz ki, iqtisadi inkişaf üçün dinclik və əmin-amanlıq ən mühüm şərtdir. Buna ən bariz misal XX əsrdə baş verənlərdir. Lakin inkişaf üçün böyük səylər də göstərilməlidir.

Əlbəttə. Bu gün həm Azərbaycan, həm də Türkmənistan sürətlə inkişaf edən ölkələrdir. Hər iki ölkədə kimya sənayesi, kənd təsərrüfatı inkişaf edir, neft-qaz sənayesinin isə büdcədəki payı ildən-ilə azalır. Bu istiqamətdəki işləri SOCAR da, “Türkmənneft”də davam etdirməlidir. Bu gün SOCAR təkcə karbohidrogenlərin hasilatı və nəqli yox, kimya sənayesi, logistika sahəsində də böyük layihələrə imza atır. Bu da intəhasız fəaliyyət meydanıdır. İlkin olaraq SOCAR-ın Aşqabadda, “Türkmənneft”in də Bakıda nümayəndəlik açması arzu olunandır. Bununla bir çox işlər sadələşər, ölkələrimiz arasındakı əməkdaşlıq sürətlənər. Çünki Xəzər yaxınlaşma hövzəsi, bu memorandum isə yaxsınlaşma nöqtəsidir.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Sosial

29-01-2021, 01:08

“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini elan edir

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

27-01-2021, 20:49

Azərbaycan və Rusiya mütəxəssisləri istixanalarda videomonitorinq keçirib

Siyasət / İqtisadiyyat / Sosial

26-01-2021, 21:56

SOCAR-ın rəhbər strukturlarında kadr islahatları gözlənilir

Dünya

11-01-2021, 16:54

Mövlud Çavuşoğlu azərbaycanlı həmkarının iştirakı ilə keçiriləcək toplantıları anons etdi

İqtisadiyyat

20-09-2020, 10:41

"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması

İqtisadiyyat

20-09-2020, 15:01

Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır”

Dünya

17-03-2020, 14:36

Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiqlədi

Siyasət

11-03-2020, 16:05

Azərbaycanla Misir hərbi əməkdaşlığı müzakirə etdi

Siyasət

11-03-2020, 12:35

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

11-03-2020, 12:17

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Siyasət

21-02-2020, 14:14

Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında memorandum imzalandı

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • Bugün, 14:19
    Ələt yaxınlığında yeni yük hava limanı tikilir
  • Bugün, 14:17
    İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
  • Bugün, 14:16
    Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
  • Bugün, 14:14
    Köhnə IVECO avtobusları yenidən Bakı küçələrinə qayıdır
  • Bugün, 13:23
    Türkiyə millisi dünya çempionatında uğursuz start götürdü
  • Dün, 23:30
    Ukrayna dronları Krımda kimya zavoduna zərbə endirib
  • Dün, 23:29
    ABŞ NATO üçün Avropadakı hərbi dəstəyini azaldacaq
  • Dün, 23:23
    Ukrayna Krıma gedən körpülərə zərbə endirib
  • Dün, 23:21
    İran “İslamabad Memorandumu”nun sabah imzalanacağını təkzib edib
  • Dün, 23:20
    Zaqatalada ilan sancması: bir nəfər ölüb, daha bir nəfər xəstəxanaya yerləşdirilib
  • Dün, 22:50
    Flora Kərimova xəstəxanaya yerləşdirilib
  • Dün, 18:49
    Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
  • Dün, 18:41
    Ukrayna Rusiyanın cənubunda neft-qaz infrastrukturuna zərbələr endirib
  • Dün, 18:38
    Gömrükdə əməliyyat: 3 əməkdaş sərbəst buraxılıb, 1 nəfər həbs edilib
  • Dün, 18:37
    İrandan PUA vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb
  • Dün, 18:35
    Ermənistanda səslərin yenidən sayılması: nəticələrdə dəyişikliklər qeydə alınıb
  • Dün, 17:16
    Bu gün Azərbaycanda “Son zəng” keçirilir
  • Dün, 16:34
    Ramiz Mehdiyevin ailəsinə məxsus. “Bank BTB” adını dəyişdi və BOKT-a çevrildi
  • Dün, 16:29
    Litvada hava həyəcanı: qırıcılar havaya qalxdı, dron şübhəsi aerostat çıxdı
  • Dün, 16:01
    ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin edib
  • Dün, 15:58
    Hikmət Hacıyev: “Orta Dəhliz strateji geoiqtisadi sistemə çevrilir”
  • Dün, 15:57
    Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərlərinin iclası keçirilir
  • Dün, 15:55
    Polis əməliyyat keçirdi: 47 kiloqramdan çox narkotik aşkarlanıb
  • Dün, 15:54
    Bakıda restoranda 5 min dollar oğurlayan şəxs saxlanılıb
  • Dün, 15:51
    Əli Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlanıb
  • Dün, 15:08
    Hindistanda hərbi təyyarə qəzası: 5 nəfər ölüb
  • Dün, 15:04
    İlham Əliyev III Çarlzı təbrik edib
  • Dün, 01:38
    Netanyahu Prezident İlham Əliyevi təbrik edib
  • 12-06-2026, 22:51
    Balakəndə 10 tona yaxın yabanı çətənə kolu məhv edilib
  • 12-06-2026, 22:50
    Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs edildi
  • 12-06-2026, 22:43
    Şahbaz Şərif: “Sülh sazişinin yekun mətni artıq razılaşdırılıb”
  • 12-06-2026, 22:41
    İnsan haqları müdafiəçisi Rüfət Səfərova 8 il həbs cəzası verilib
  • 12-06-2026, 14:55
    Şuşada abidələrin razılaşdırılmadan köçürülməsi qadağan ediləcək
  • 12-06-2026, 14:53
    Paşinyan Putini Rusiya Günü münasibətilə təbrik edib
  • 12-06-2026, 14:50
    İlham Əliyev Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib
Daha çox
Çox oxunanlar
9-06-2026, 14:13
Qarabağ Universitetinin fəaliyyətinə 17 milyon manat ayrılıb
11-06-2026, 15:19
“İdrak” liseyində müəllimin güllələnməsi işi: Silah sahibi də cinayət məsuliyyətinə cəlb olunub
9-06-2026, 13:18
Abid Qafarovdan yeni təşəbbüs: “NO-ID Journalism” layihəsi təqdim olundu
8-06-2026, 00:06
Ermənistanda exit-poll: Paşinyanın partiyası parlament seçkilərində liderdir
10-06-2026, 01:32
NASA 2027-ci ildə Ay missiyasına qatılacaq astronavtları açıqladı
9-06-2026, 02:10
Berlində həbsdə olan qadın jurnalistlər və dini inanclı qadınlara dəstək aksiyası keçiriləcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Köhnə IVECO avtobusları yenidən Bakı küçələrinə qayıdır
Bu gün Azərbaycanda “Son zəng” keçirilir
İlham Əliyev III Çarlzı təbrik edib
Balakəndə 10 tona yaxın yabanı çətənə kolu məhv edilib
Bakı–Qəbələ qatarı iyulun 4-dən Ucar stansiyasında da dayanacaq
Lavrov: Ermənistanın KTMT-dən çıxarılması məsələsi gündəmə gələ bilər

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə