Qərb Türkiyədə hakmiyyət dəyişikliyinə, ölkənin güclənməsinin qarşısını almaq və öz adamlarını iqtidara gətirmək üçün hərbi çevrilişdən və iqtisadiyyatı hədəf alıb. 2016-cı il hərbi çevriliş cəhdi baş tutmadı. Məqsəd Türkiyəni yeni hədəflərə aparan beynəlxalq müstəviyə çıxaran R.T.Ərdoğan iqtidarını devirmək idi. Xalq öz iqtidarını qorudu.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə 2023-cü il seçkilər ərəfəsində Anti-Turkiyə qüvvələr yenidən düyməni basıb. Türkiyə iqtisadiyyatını hədəf alıb, erkən seçkilərə gedərək Ərdoğanın devirmək. Türkiyə müxalifəti də bu prosesdə Ərdoğanın hakmiyyətdən getməsində maraqlıdır. Və üzərinə gedirlər.
R.T. Ərdoğan bəzi ərəb ölkələrindən maliyyə yardımı alması gözlənilir: "Türk vətəndaşı "lirə" nin yanında deyil, Türkiyəni müasir, güclü, inkişaf etdirən R. T. Ərdoğanın yanında olacaq.
2023-cü ilə qədər Türkiyə daxilində Qərbin bir çox dairələri ssenarilər hazırlayacaq. Amma, baş tutmayacaq".