USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Müharibə veteranın hüquqları tapdanır

Sosial

15-07-2022, 13:26

Müharibə veteranın hüquqları tapdanırMasallı rayon, Qəriblər kənd sakini Birinci Qarabağ müharibəsi veteranı Abiyev Cəmaləddin Aşur oğlu Avrasiya.net-ə yazdığı məktubunda intihar edəcəyini bildirib. Səbəb isə bəzi məmurlar tərəfindən haqsızlıqla üzləşməsi və hüquqlarının tapdanması göstərilib.

Avrasiya.net onun redaksiyaya ünvanladığı müraciəti olduğu kimi təqdim efir:

Ailəliyəm. Vətən üçün 3 əsgər böyüdürəm. Heç yerdə işləmirəm. Bu günə qədər dövlətdən heç bir sosial yardım almamışam. Əksinə İkinci Qarabağ müharibəsi başlayan gündən bu günə qədər Silahlı Qüvvələrə Yaşat fonduna və Qarabağ Dirçəliş fonduna könüllü ianələr edirəm.

1997-ci ildə ölkədə torpaq islahatları aparıldı. Torpaqlar pay şəklində əhaliyə verildi. Amma bu paydan bizim ailəmiz məhrum olundu. Ailəmizin heç bir üzvünə bir qarış belə pay torpağ verilmədi. O cümlədən veteran olduğum üçün mənə 2 pay verilməli idi. Mən də bu paydan məhrum oldum. Buna səbəb o vaxt ki, kənd bələdiyyə sədri Qardaşəli Allahyarov olmuşdur. Bu şəxs kəndin pay və örüş torpaqlarını atasının malı kimi Lerik, Yardımlı camaatına həyətyanı torpaq sahəsi kimi, satıb taladı. Hal-hazırda da kəndin örüş torpaqlarının 19 hektarı bu qardaşların əsarətindədir.

İndi mənim tələbim pay torpağı deyil. Bu şəxs tərəfindən mənim başıma gətirilən müsibətləri sizin diqqətinizə çatdırıram. Bunu da qeyd edim ki, qazilər və veteranlar əbəs yerə özlərinə intahar etmir. Bu yaxınlarda mən də intihar körpüsündən keçməyə hazırlaşıram.

Çıxarışla 0,06 ha həyətyanı torpaq sahəsi alıb özümə fərdi yaşayış evi inşa etmişəm. Tikintiyə icra hakimiyyəti tərəfindən müvafiq rəy də almışam. Heç bir idarənin mənim işimə etirazı olmayıb. Buna baxmayaraq adını qeyd etdiyim Allahyarov Qardaşəli yeznəsi Mehtiyev Hüseyn Telman oğlunun və digər həmkəndlim Əliyev Cəsarət Cavanşir oğlu vasitəsilə məni məhkəmələrdə süründürürlər.

Məlumat üçün deyim ki, Qardəşəli Allahyarov Masallı Rayon isti su sanatoriyasının müdiridir. Bu şəxs sanotariyanın hesabına yuxarı təşkilatlarda xeyli vəzifəli dostlar qazanmışdr. Hal-hazırda bizim ev tikdiyimiz ərazini bu şəxs almağ istəyirdi. Arzusu baş tutmayan bu şəxs bizimlə prinsipə girib yeznəsi vasitəsilə haqsız iddialarla bizi məhkəmədə süründürür. Bundan da istifadə edən bəzi məhkəmə hakimləri öz maraqları çərçivəsində oyun oynayır. Bu hadisələri yaşayan bir adam kimi belə qənaətə gəldim ki, dövlət sənədi dövlətin qanunları ikinci planda qalır. Birinci planda isə pulun olmalıdır. Yuxarı instansiyalarda adamın olmalıdır ki, məhkəmələrdə qalib gələsən.

Bu sanatoriya rəhbəri Allahyarov Qardaşəlinin muzdlu iddiaçıları bizi 9 dəfə məhkəməyə vermişdi. Məhkəmələr hamısı bizim xeyrimizə nəticələnmişdir. Təkcə 4 dəfə eyni iddia ilə Şirvan Apellyasiya Məhkəməsi bizim xeyrimizə qətnamə qəbul etmişdir. Həmin qətnamələrdən birinidə Apellyasiyanın hakim Tale Kərimov vermişdi. Sonra iddiaçılar bizi Şirvan Apellyasiya məhkəmə vasitəsilə Ali Məhkəməyə verdilər. Ali Məhkəmədə müəyyən səbəblərdən iştirak edə bilmədik. Seyid cəddinə arxayın olan kimi biz də dövlət sənədinə və xeyrimizə olan 9 məhkəmə qətnaməsinə inandıq. Sən demə, iddiaçılar üzvü olduqları ictimai Nəzarət Qualisiyasının sədri hazırda həbsdə olan dələduz Rasim Məmmədovun köməkliyi ilə işə baxan Ali Məhkəmənin hakimi Gündüz Quliyevlə okeyləşib xeyrimizə olan 9 qətnaməni ləğv edib, işi yenidən Şirvan Apellyasiya məhkəməsinə göndərdilər.

Eyni iddia ilə işi icraata götürən hakim Fuad Soltanov ilk məhkəmə baxışında aldığımız torpağın kateqoriyası barədə əlaqədar idarələrə sorğu verəcəyini tərəflərə bildirdi. Növbəti proses 16.12.2020 təyin olunmuşdur. Lakin pandemiya səbəbindən məhkəmələr təxirə düşdü. Həmən ərəfələrdə hakim F. Soltanovun verdiyi sorğulara cavablarda məhkəməyə daxil olubmuş. Sorğularda bir daha təsdiq edir ki həmən ərazi DƏDRX-nin bazasında yaşayış məntəqələri torpağı kateqoriyasına aiddir. Pandemiya ərəfəsində hakim Fuad Soltanov dünyasını dəyişdi. Məhkəmələr fəaliyyətə başlayandan sonra iş Şirvan Apellyasiya məhkəməsinin Hakimi Tale Kərimovun icraatına verildi.
17.03.2021-ci ilə təyin olunmuş məhkəmə prosesində baş verən qanunsuzluqları sizin diqqətinizə çatdırıram.

Proses zamanı işdə tərəf olmayan məhkəmə bildirişi verilməyən şəxsiyyət vəsiqəsi olmayan Qardaşəli Allahyarovu hakim zala buraxdı. Çünki, hakimə əvvəlcədən tapşırıq belə olmuşdu. Hakim Q. Allahyarovun yalan ifadələrini dinləyərkən. Sonda ona belə bir sual verdi: İsti su sanatoriyasının müdiri sənsən? Q. Allahyarov dedi: hə mənəm. Hakim ona dedi ki, zalda məni gözlə. Biz çölə çıxdıq. Hakimlə sözünü bitirən Q. Allahyarov məhkəmənin həyətində bizə yaxınlaşaraq dedi məhkəmə bizim xeyrimizə olacaq. Sizin evlərinizi sökəcəyik.

Prosesdəndə 10 gün qabaq kənddə belə bir söz-söhbət gəzirdi. Deyirdilər ki, Qardəşəli Allahyarovun Bakı şəhərində yaşayan hüquqşünas dostu var Nicat Gözəlov adında. Hər yay aylarında həmin Nicat Gözəlov Qardaşəli Allahyarova məxsus sanatoriyada təmənnasız istirahət edir və hakim Tale Kərimovlada dostluq münasibətindədir. Bu məhkəmə prosesində gördüklərim eşiddimlərimi bir daha təsdiq etdi. Hələ prosesin bitməsinə 2 ay qalmış, qarşı tərəf məhkəmənin öz xeyirlərinə olmasını bilirdilər. Biz bu gördüklərimizdən və eşitdiklərimizdən vəkil tutmaq qərarına gəldik.

07.05.2021-ci ilə təyin olunmuş məhkəmə prosesində vəkilimlə iştirak etdim. Hakim prosesi yekunlaşdırmaq istəyirdi. Vəkilim hakimlə mübahisə edərək işlə tanışlığı olmadığı üçün hakimnən vaxt istədi. Nəhayət hakim razılaşaraq növbəti prosesi 21.05.2021-ci ilə təyin etdi. Proses zamanı vəkilim Ruslan Mirzəyev dünyasını dəyişən əvvəlki hakimin verdiyi sorğuların cavablarını və daşınmaz əmlak tərəfindən bizə verilən çıxarışların tam qanuni əsaslı olmasını, hakimin diqqətinə çatdırdı və hakimə bir daha izah etdi ki, vətəndaşlara verilən çıxarışı ləğv etmək yalnız bələdiyyəyə icra orqanlarına aid olmasını bildirdi.

Vətəndaşın isə məhkəmə qarşısında bu tələbi qoymağa qanunla icazəsi yoxdur və sonda müharibə veteranı kimi hakim Tale Kərimovdan borc, xərclə tikdiyim evin sənədini ləğv etməməyini xahiş etdim. Hakim heç bir xahişimizi nəzərə almadı. Qarşı tərəfin xeyrinə ədalətsiz 4 dövlət çıxarışını ləğv etdi. Çünki, yuxarıda qeyd etdiyim kimi məhkəmələrdə qalib gəlmək üçün yaxşı pulun və yuxarı instansiyalarda adamın olmalıdır və sonda hakimin bir qanun pozuntusunuda diqqətinizə çatdırıram.

Proses bitdikdən sonra məhkəmənin həyətində bu ədalətsiz qərarın şokunu yaşayarkən hakimin köməkçisi iddiaçıları yanına çağırıb onlarla görüşüb təbrik etdi və sən demə qətnaməni həmən an qarşı tərəfə verib. Kəndə döndükdən sonra iddiaçılar həmən qətnaməni bayraq edib hər kəsə göstərirdilər. WhatsApp vasitəsilədə Rusiyaya qədər yaydılar. Ürəkləri soyumayan bu dələduzlar həmən qətnaməni zərfə qoyub poçt vasitəsilə hər birimizin ünvanına göndərdilər. İddiaçıların bu hərəkətini özümüzə təhqir bilib ölkə başçısına və əlaqədar qurumlara şikayətlər etdik. Hakimin bu qanunsuz əməllərinə məhkəmə Hüquq Şurası rəsmi xəbərdarlığ etsə də bu bizim üçün heç nəyi dəyişmədi. Bu ədalətsiz qərardan Ali məhkəməyə kassasiya şikayəti versək də Ali Məhkəmənin hakimi Şirvan Apellyasiya məhkəməsinin Hakimi Tale Kərimovun verdiyi ədalətsiz qətnaməni heç bir əsas gətirmədən qüvvədə saxladı.

29.11.2021 ali məhkəmədə proses zamanı vəkilim Ruslan Mirzəyevin uzun məruzəsinə qulaq asmadı. Prosesin sonuna qədər sağ tərəfində oturan hakim həmkarı ilə dodağaltı pıçıldayır gülürdü. Sonda hakim Abiddin Hüseynovdan müharibə veteranı kimi xahiş etsəm də heç nəyi nəzərə almadı. Adətən hakimnən cinayətkar prosesin sonunda cinayətinin azalmasını xahiş edəndə hakim ona verilən cəzadan heç olmasa 4-5 ay azaldır.

Sizdən xahiş edirəm. Mənim problemimi sosiallaşdırıb ölkə başçısına və əlaqədar qurumlara çatdırasınız.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Müharibə veteranın hüquqları tapdanır
Müharibə veteranın hüquqları tapdanır

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

12-07-2022, 23:28

Vətən müharibəsi qazisi Elvin Cəfərov intihar etdi

Sosial

5-04-2022, 20:46

I Qarabağ müharibəsində xəsarət alanlara birdəfəlik ödənişlər iyulda veriləcək

Sosial

18-02-2022, 08:39

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi

Sosial

27-12-2021, 10:27

“AzerGold” QSC-nin əməkdaşları Qarabağ Dirçəliş Fonduna ianələr ediblər

Sosial

27-09-2021, 16:53

2000-dən çox şəhid haqqında məqalə yaradılıb - Eltürk

Sosial

25-08-2021, 16:16

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev təqdim ediləcək

Sosial

20-08-2021, 10:25

Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərdi

Siyasət / Sosial / Hadisə / Bölgə

8-02-2021, 15:56

Əhəd Abıyevdən korrupsiya əməliyyatı xəbəri ilə bağlı AÇIQLAMA

İqtisadiyyat / Sosial

26-01-2021, 15:11

“YAŞAT”ın rəhbəri: “Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq”

Sosial

27-11-2020, 16:16

Şəhid ailələri və müharibə əlillərinə daha 28 mənzil verildi

Sosial

20-11-2020, 10:01

Qarabağ döyüşçülərinə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək

Gündəm / Sosial / Video

16-09-2020, 15:15

Sabirabad rayonu Şəhriyar kəndinin sakinlərinin dözülməz həyat şəraiti

Son xəbərlər
  • Dün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Dün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Dün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Dün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə