USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Milli-mənəvi dəyərlər xalqın sərvətdir

Sosial

16-09-2022, 15:27

Milli-mənəvi dəyərlər xalqın sərvətdir Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.

Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu öndər gənclərimizi xalqımızın milli dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O deyirdi: “Biz öz adət-ənənələrimizi, milli-əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalı, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər çıxışlarının birində onu da xüsusi olaraq vurğulayırdı ki, “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var”.

O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxıb. Azərbaycan cəmiyyətində xalqın özünəməxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət, azərbaycançılıq haqqında etiketlər yaranıb.

Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, 21-ci əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs biz necə, öz milli-mənəvi dəyərlərimizi qoruya bilirikmi? Qloballaşma, müasirləşmə, urbanizasiya dəyərlərin yox olması deməkdirmi?

Bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu dəyərlərə biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır.

Bu gün Qərb texniki cəhətdən inkişaf etsə də, mənəvi cəhətdən onların əxlaqi dəyər anlayışı bizimki qədər mükəmməl deyil. Bu əxlaqı yaratmaq, onu bir millətdə formalaşdırmaq üçün yüz illər lazımdır. Niyə biz xalqımızın belə gözəl və mükəmməl əxlaqını digər xalqların barbarlığı xatırladan həmin mənəvi dəyərlərinə qurban verək?

Ümumilikdə dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır.

Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Gənclərin vəzifələrindən biri bu gözəl ənənələrə sadiq qalmalarıdır. Amma təəssüflər olsun ki, çox zaman belə olmur.

Ötən ilin rəsmi statistikasına nəzər yetirək - 56,314 min nikah (2020-ci illə müqayisədə artım 59,3%) və 17,191 min boşanma halı (artım 17,5%) qeydə alınıb. Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb. Özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub. Əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2020-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2021-ci ildə ölkədə qeydə alınmış 31131 cinayət hadisəsinin 8571-i və ya 27,5 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, bu da 2020-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur. Bundan başqa ailə-məişət zəmində şiddətlərin, erkən nigahların, evdən qaçmaların, narkotik alverçilərinin, məktəblilər arasında tütündən istifadə, yetkinlik yaşına çatmayan qızların ana olmaları və s. cinayətlərin sayında da artım müşahidə olunub...

Bütün bunlar gənclərimiz arasında milli mənəvi dəyərlərimizlə bağlı maarifləndirmənin zəif aparılmasının göstəricisidir. Milli-mənəvi dəyərlərindən uzaq olan şəxs heç vaxt dövlətinə, xalqına, ailəsinə, ətrafına yararlı vətəndaş ola bilməz...O ancaq pis vərdişlərin aludəçisinə çevrilə bilər ki, bu da təkcə özünün yox, bütünlükdə cəmiyyətin faciəsi deməkdir... Ona görə də, zəngin milli adət-ənənlərimiz gənc nəslə yüksək səviyyədə təlqin edilməlidir. Onlar tariximizi, dilimizi, dinimizi, adət-ənələrimizi, milli-mənəvi dəyərlərimiz sisteminə yiyələnməlidirlər.

Şuşada keçirilən Dünya Azərbaycanlılarının beşinciu qurultayında Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə diqqət ayırdı: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

...Dünyada gedən qloballaşma prosesi bizə öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifə qoyub. Biz bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik.

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Sosial

1-09-2022, 10:46

“Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» adlı layihəyə start verilib

Sosial

1-08-2022, 15:21

"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"

Sosial

6-04-2022, 14:30

Hər bir gənc vətənpərvər olmalıdır

Sosial

18-03-2022, 17:16

Dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edib

Sosial

2-02-2022, 17:11

Qaiser Navab Azərbaycan gənclərini təbrik edib

Sosial

2-02-2022, 08:35

Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir

Sosial

11-10-2021, 08:59

"Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim.." - Hacı Surxay

Sosial

22-07-2021, 17:51

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Sosial

20-07-2021, 19:00

"Qurban bayramı respublikamızda tolerantlığın təntənəsinə çevrilib"

Sosial

17-05-2021, 08:33

"Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır"

Gündəm / Siyasət / Sosial

17-04-2021, 12:12

Rus diline BAYKOT !!! zamanıdır

Son xəbərlər
  • Bugün, 15:46
    Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
  • Bugün, 15:44
    Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
  • Bugün, 15:42
    Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
  • 16-07-2026, 19:25
    Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
  • 16-07-2026, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • 16-07-2026, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
Daha çox
Çox oxunanlar
13-07-2026, 01:10
Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
12-07-2026, 13:55
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
14-07-2026, 12:44
AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
12-07-2026, 14:00
TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
14-07-2026, 12:46
Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
12-07-2026, 13:52
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə